atıb. Aşağıdakı səs-küyü eşitməsə digər paltarları da atcaq-
mış, amma yalnız pəncərəni bağlamaqla kifayətlənib.
-Ola bilər.
-Daha yaxşısını tapana qədər bu fərziyyəni istifadə edə-
cəyik. Söylədiyim kimi, Buneni həbs edib polis bölməsinə
aparıblar, amma əleyhində dəlillər tapa bilməyiblər. İllərdir
dilənçilik etdiyi bilinir, amma heç bir cinayət işləməyib. Tam
burada, ortaya cavablandırılması lazım olan bəzi suallar çı-
xır. Neville St. Kleyrin o tiryək təkkəsində nə işi vardı? Ora-
da başına nə gəlib? İndi haradadır? Huq Bunenin bu işdə
barmağı varmı? İndiyə qədər, ilk baxışda sadə görünüb bu
qədər çətin olan bir hadisə görmədiyimi etiraf etməliyəm.
Şerlok Holms bu hadisələr zəncirini izah edərkən, fayto-
numuz şəhərin kənar məhəllələrindən çıxıb çöl əraziyə gir-
mişdi artıq. Hekayə bitdiyində, bəzi pəncərələrindən hələ
işıq sızan iki kəndin arasından keçirdik.
-Linin kənar məhəllələrindəyik, - dedi yol yoldaşım. -
Bu qısa səfərimiz boyunca, Middleseksdən başlayıb, Surrey-
dən keçərək sonunda şəhərə çatdıq. Ağacların arasındakı bu
işıqları görürsənmi? Ora “The Cedars” və lampanın yanında
oturan qadın, atların ayaq səslərini yəqin ki, eşidib.
-Amma araşdırmanı niyə Beyker küçəsində aparmırsan?
-Çünki orada həllini gözləyən bir çox araşdırmam var.
Xanım St. Kleyr istifadə etməyim üçün iki otaq verdi və əmi-
nəm sənin kimi bir yoldaş və həmkarım olduğunu görəndə
də sevinəcək. Əriylə əlaqədar yeni xəbərlərim olmadıqca
onunla qarşılaşmaqdan nifrət edirəm, Uatson. Axır ki, gəl-
dik.
Böyük bir villanın qarşısında dayandıq. Bir lakey gələ-
rək faytonu apardı. Mən də Holmsun arxasınca, daş yoldan
evə doğru getməyə başladım. Yaxınlaşdığımızda qapı açıldı
152
və önümüzdə, boyuna və biləklərinə çəhrayı şifonlar tikilmiş
paltar geymiş, sarışın, qısaboylu bir qadın qabağa çıxdı. Bir
əli qapıda, digəri yüngülcə havaya qaldırılmış, bədəni bir az
önə əyilmiş, maraqlı nəzərlərlə bizə baxırdı.
-Nə oldu? - deyə qabağa gəldi. Sonra iki adam olduğu-
muzu görüncə əvvəl sevindisə də, dostumun başını yelləyib
çiyinlərini silkələdiyini görüncə ümidsizcəsinə içini çəkdi.
-Xəbərlər yaxşı deyilmi?
-Xeyr.
-Bəs, pis xəbər varmı?
-Xeyr.
-Buna da şükr. Amma lütfən qapıda dayanmayın. Yəqin
yorğunsunuz, sizin üçün uzun bir gün oldu.
-Bu, dostum doktor Uatsondur. Bir neçə əməliyyatda
mənə çox böyük köməyi toxunmuşdur. Təsadüfən onunla
qarşılaşdıq və onu da bu araşdırmaya daxil etdim.
-Sizinlə tanış olduğuma sevindim, - dedi əlimi səmi-
miyyətlə sıxaraq. Bir çatışmazlıq olsa, üzrlü hesab edin. Hər
şey o qədər ani oldu ki…
-Sevimli xanım, - dedim, - köhnə əsgər olaraq bu tip
problemlərə əhəmiyyət vermirəm. Əgər sizə ya da buradakı
dostuma bir köməyim toxuna bilsə, çox xoşbəxt olacağam.
Masası axşam yeməyiylə bəzənmiş yemək otağına keç-
diyimiz zaman dedi:
- Cənab Holms, sizə bir neçə sual vermək istəyirəm.
Amma lütfən mənə dürüst cavab verin.
-Təbii ki, xanım.
-Duyğularımı problem hesab etməyin. İsterika keçirəcək
və ya huşumu itirəcək deyiləm. Gerçək fikrinizi eşitmək is-
təyirəm.
-Nə barədə?
153
-Hər şeydən əvvəl, Nevillenin həyatda olduğuna ina-
nırsınızmı?
Şerlok Holmsun bu sualdan xoşu gəlmədiyi sezilirdi.
-Lütfən, dərhal indi, dürüst cavab verin, - qadın, maraq-
la baxaraq təkrar etdi.
-O halda, doğrusunu söyləmək lazımdırsa, inanmıram."
-Öldüyünümü düşünürsünüz?
-Bəli.
-Sizcə öldürülübmü?
-Belə demədim. Amma bəlkə…
-Yaxşı hansı gün öldürülüb?
-Bazar ertəsi.
-Yaxşı. Elə isə, cənab Holms, sizcə necə olub ki, bu gün
ondan məktub gəlib?
Şerlok Holms, elektrik vurmuş adam kimi kürsüsündən
atıldı.
-Nə? - deyə çığırdı.
-Bəli, bu gün. Qadın əlində tutduğu bir kağız parçasını
yelləyərək gülümsədi.
-Baxa bilərəmmi?
-Əlbəttə.
Məktubu həyəcanla qadının əlindən qapdı və masada
açaraq, lampanın köməyiylə diqqətli şəkildə araşdırdı. Mən
də oturduğum yerdən qalxıb, çiyininin üzərindən baxırdım.
Qalın bir zərfin içində idi. Üstündə, bu günün tarixi möhür-
lənmiş bir Qravesend markası vardı.
-Kobud bir yazıdır, - deyə mızıldandı Holms. Hər halda
bu, ərinizin əlyazması deyil xanım.
-Deyil, amma məktubdakı yazı onun əlyazmasıdır.
-Anladığım qədəriylə, məktubu poçtla göndərən adam
ünvanı araşdırmaq məcburiyyətində qalıb.
154
-Necə yəni?
-Gördüyünüz kimi, adı özü üçün quruyub, ona görə
qapqaradır. Gerisi boz rəngdədir, bu da qurutma kağızı is-
tifadə edildiyini göstərir. Əgər hamısı yazıldıqdan sonra qu-
rudulmuş olsaydı, yuxarıdakı kimi tünd-qara rəng olmazdı.
Adam adı yazıb və ünvanı yazmazdan əvvəl bir müddət
gözləyib. Bu da ünvanı bilmədiyini göstərir. Kiçik bir detal-
dır, amma kiçik detallar hər zaman əhəmiyyətliləridir. İndi
məktuba baxaq. Aha, içində başqa şeylər də varmış.
-Bəli, bir üzük vardı. Möhür üzüyü.
-Yaxşı bu yazının ona aid olduğuna əminsinizmi?
-Əlyazma formalarından biridir.
-Biridir?
-Tələsik yazarkən istifadə etdiyi əlyazımasıdır. Hər za-
mankı yazısına çox bənzəməz, amma bu yazısını da yaxşı ta-
nıyaram.
“Sevgilim, əsla qorxma. Hər şey yoluna düşəcək. Orta-
da, düzəltməsi bir az zaman alacaq böyük bir səhv var. Səbr
et... NEVİLLE.” Karandaşla, bir kitabın boş səhifələrindən bi-
rinə yazılmışdır, su izi yoxdur. Əlləri çirkli adam tərəfin-
dən, Qravesenddən göndərilmişdir. Aha! Qapağı da yanılmı-
ramsa, tütün dolduran bir adam tərəfindən yapışdırılmışdır
və siz, bunun ərinizin yazısı olduğuna qətiliklə əminsiniz,
elədirmi xanım?
-Bəli. Bunları Neville yazıb.
-Və bu gün Qravesenddən məktubla göndərilib. Təhlü-
kənin bitdiyini sanmayın, amma buludlar dağılır xanım St.
Kleyr.
-Amma heç olmasa həyatdadır, cənab Holms, elə deyil-
mi?
155
Dostları ilə paylaş: |