Hər vaxt belə olardı onsuz da. Dərdi olan, birbaşa arva-
dımın yanına qaçardı.
-Bura gəlməyin yaxşıdır. İndi bir az şərab və su iç; sonra
da rahatca oturaraq hər şeyi izah et. İstəsən Ceymsi yatmağa
göndərə bilərəm?
-Ah, xeyr, xeyr. Həkim tövsiyəsinə və köməyinə ehtiya-
cım var. Məsələ İsayla əlaqədardır. İki gündür evə gəlməyib.
Onun üçün çox narahatam.
Ərinin problemləriylə əlaqədar, bir həkim olaraq mənə,
köhnə bir məktəb yoldaşı olaraq də arvadıma ilk dəfə giley-
lənmirdi. Onu əlimizdən gəldiyi qədər sakitləşdirməyə və
rahatlaşdırmağa çalışdıq. Ərinin harada olduğunu bilirdimi?
Onu geri gətirməyimiz mümkün olacaqdımı?
Görünüşə görə mümkün idi. Son zamanlarda, şəhərin
şərqindəki bir tiryək təkkəsinə dadanmış olduğuna dair də-
qiq məlumatlar əldə etmişdi. Böhran zamanları indiyə qədər
bir gündən çox sürməzmiş və axşam olana, gərgin bir halda
evə dönərmiş. Halbuki indi qırx səkkiz saat keçmişdi. Yüz
faiz sahil tərəflərdəki zibilliklərdə yatmış halda o zəhəri çə-
kirdi. Onu Yuxarı Svandam küçəsindəki “Qızıl Bar”da tapa
biləcəyimizə əmin idi. Özünün əlindən nə gələrdi ki? Gənc
və utancaq bir qadın olaraq elə bir yerə girib ərini o quldur-
ların əlindən qurtara bilməzdi. İnsanlar nə deyərdi sonra?
Məsələ bu idi və tək həlli vardı. Ona oraya qədər yoldaşlıq
etməliydim. Ya da, daha yaxşısı, xanımın gəlməsinə gərək
var idimi? Nəhayət, mən İsa Vitneyin tibbi məsləhətçisiydim
və üzərində heç olmasa bu qədər təsirim ola bilərdi. Tək ba-
şıma getsəm daha yaxşı olardı. Əgər verdiyi ünvandadırsa,
ərini iki saata tapıb, faytonla evə göndərəcəyimə söz verdim.
Və beləcə on dəqiqə ərzində, rahat kreslomdan və isti evim-
dən çıxmış, qəribə bir vəzifə üçün şərqə doğru getməkdə
141
idim. Qarşıma daha nə qəribəliklər çıxacağını bilə bilməzdim
təbii olaraq. Amma macəramın ilk mərhələsində çətinliklə
qarşılaşmadım. Yuxarı Svandam küçəsi, çayın şimalını Lon-
don körpüsünün şərqinə bağlayan sahillərin arxasındakı
murdar küçələrdən biri idi. Axtardığım yer, iki bina arasın-
dan nərdivanlarla düşülən mağara kimi qaranlıq bir yer idi.
Sürücüyə gözləməsini söyləyərək, illərdir üzərindən keçən
sərxoş ayaqların təsiriylə çürümüş nərdivanlardan aşağı en-
dim və qapının üstünə yerləşdirilmiş bir yağ lampasının işı-
ğında, dəstəyi tapıb açdım. Yataqları immiqrant gəmilərinin
kameraları kimi yerləşdirilmiş, havası tünd tiryək tüstüsüylə
ağırlaşmış, uzun, basırıq bir otaqda peyda oldum. Qəribə şə-
killərdə yatmış insanlar, qaranlıqdan çətinliklə seçilirdilər.
Çiyinlər bükülmüş, düzlər qıvrılmış, başlar arxaya atılmış,
eləcə yatırdılar. Sağda-solda bir neçə cüt parlayan göz, yeni
gələn adama baxırdı. Qaranlıq kölgələrin arasından, metal
qəlyanlarda yanan zəhərin parlayıb sönməsiylə yaranan ki-
çik, qırmızı işıq çevrələri görülürdü hərdənbir. Bəziləri öz-
özünə deyinir, bəziləri kiçik qruplar halında qəribə, batıq və
monoton bir səslə söhbət edirdi. Danışma, söhbət əsnasında
bəziləri həyəcanla səsini yüksəldir, sonra yenə səssizliyə gö-
mülür, amma nəticədə hər kəs yanındakını dinləmədən öz
düşüncələrini yeridirdi. Otağının küncündəki kömür man-
qalının yanında, dirsəkləri dizlərində, çənəsi iki əlinin ara-
sında, üç ayaqlı taxta bir stulun üstündə oturmuş oda ba-
xan, zəif, uzunboylu, yaşlı bir adam vardı. İçəri girdiyim
vaxt, solğun bənizli, malayalı bir mühafizəçi, əlində bir qəl-
yan və müəyyən qədər tiryəklə yanıma gəldi və bir yataq
göstərdi.
-Təşəkkür edirəm, çox qalmayacağam, dedim. Tanışım
cənab İsa Vitneylə danışmaq üçün gəlmişəm. Sağ tərəfimdə
142
bir tərpəniş oldu və qaranlıqda mənə baxan solğun, zəif və
pərişan haldakı Vitneyi gördüm.
-Aman Tanrım! Bu Uatsondur, dedi. Yazıq bir halda idi.
Bütün bədəni titrəyirdi. Bax görək Uatson, saat neçədir?
-On birə qalır.
-Hansı gündür?
-19 iyun, cümə.
-Ay da! Mən elə bilirdim, çərşənbədir. Çərşənbə günü
deyilmi? Məni qorxutmağa çalışırsan, eləmi? Üzünü qolları-
nın arasına aldı və hıçqıra-hıçqıra ağlamağa başladı.
-Sənə cümə olduğunu söylədim. Həyat yoldaşın iki gün-
dür səni gözləyir. Özündən utanmalısan!
-Onsuz da utanıram. Amma səhvin var Uatson, çünki
yalnız bir neçə saatdır buradayam. Neçə ədəd olduğunu
unutdum, amma ən çox üç-dörd qəlyan çəkmişəm. Amma
səninlə evə gedəcəyəm. Yazıq, kiçik Qatamı qorxutmaq istə-
mirəm. Mənə kömək et! Faytonla gəlmisən?"
-Bəli, çöldə gözləyir.
-O zaman gəlirəm. Amma borcum nə qədərdir görəsən?
Borcum nə qədərdir, bunu öyrən Uatson. Bu an pərişan hal-
dayam. Əlimdən heç bir şey gəlməz. Dərmanın pis, başgicəl-
ləndirən tüstüsünü udmamaq üçün nəfəsimi tutaraq yatan-
ların arasından keçdim və yerin sahibini axtarmağa başla-
dım. Manqalın başındakı uzunboylu adamın yanından ke-
çərkən birinin pencəyimdən çəkdiyini hiss etdim. Batıq bir
səs:
-Yanımdan keç və sonra arxana dönüb mənə bax, - dedi.
Sözləri dəqiq şəkildə eşitmişdim. Səs ancaq yanımda oturan
yaşlı adamdan gəlmiş ola bilərdi. Amma o, əvvəlki kimi dal-
ğınlıqla oturmuşdu. Çox zəif və yaşlı idi. Dizlərinin arasın-
dakı tiryək qəlyanı, sanki bir az əvvəl əlindən düşmüş kimi
143
görünürdü. İki addım irəliləyərək arxama baxdım. Təəccüb-
dən qışqırmamaq üçün özümü çətinliklə saxladım. Adam
yalnız mənim görə biləcəyim bir şəkildə dönmüş mənə
baxırdı. Kürəyi dikəlmiş, qırışları yoxa çıxmış, gözləri köhnə
parlaqlığına qovuşmuşdu. Orada atəşin başında otu-ran və
təəccübümə gülən, Şerlok Holmsdan başqası deyildi. Azacıq
yaxınlaşmamı işarə etdi və yenə köhnə yaşlı halına geri
döndü.
-Holms! - deyə pıçıldadım, burada nə işin var?
-Mümkün olduğu qədər asta səslə danış, deyə cavab
verdi, qulaqlarım yaxşı eşidir. Bu sərxoş yoldaşından xilas
olsan səninlə bir az danışmaq istəyərəm.
-Çöldə bir araba gözləyir.
-O zaman yoldaşını evə göndər. Ona sonuna qədər gü-
vənə bilərsən, çünki bu an heç bir şey edə biləcək vəziyyətdə
deyil. Ayrıca xanımına mənimlə birlikdə olduğuna dair bir
qeyd göndərsən yaxşı olar. Çöldə gözləsən beş dəqiqəyə gə-
lərəm.
Şerlok Holmsun istəklərini rədd etmək çox çətin idi,
çünki həmişə hakimiyyət ədasıyla açıqca ifadə edərdi dü-
şüncələrini. Vitneyi faytona yerləşdirdikdən sonra ediləcək
başqa bir şey qalmadığını düşündüm. Artıq dostumun qəri-
bə macəralarından birinə qatılmağa hazır idim. Bir neçə də-
qiqədə qeydi yazmış, Vitneyin borcunu ödəmiş, arabaya yer-
ləşdirməyi bacarmışdım. Bir az sonra əldən ayaqdan düş-
müş qoca içəridən çıxdı və Şerlok Holmsla küçədə getməyə
başladıq. Bir müddət kürəyi bükük, axsaya-axsaya getdi.
Sonra ətrafını gözdən keçirdi, kürəyini dikəltdi və içdən bir
qəhqəhə çəkdi.
-Uatson, - dedi, - hər halda, kokain istifadəsi və digər zə-
ifliklərimə tiryək çəkməyi də əlavə etdiyimi düşünmürsən.
144
Dostları ilə paylaş: |