-Harda olduğunu bilirəm.
-Bunu necə öyrəndin?
-Əvvəldən sənə demişdim ki, qadın özü göstərəcək.
-Mən hələ də heç nə başa düşməmişəm.
-Sirr pərdəsi qalsın, istəmirəm. - Güldü. - Məsələ çox sa-
dədir. Küçədəki hər bir adamın bu axşam üçün hazırlanmış
aktyorlar olduğunu başa düşmüsən yəqin ki?
-Bunu təxmin etmişdim.
-Elə isə davam edirəm. Dava düşəndə ovcumun içində
qırmızı boya vardı. İrəli atıldım və yerə yıxıldım. Əlimi üzü-
mə sürtdüm və acınacaqlı bir görüntü yaratdım. Köhnə
nömrələrimdəndir.
-Bunu da başa düşmüşdüm.
-Sonra məni içəri apardılar. İçəri qəbul etməyə məcbur
oldu. Həm də ən çox şübhələndiyim zala apardı. Yataq ota-
ğını da görə bildiyim üçün hansı otaqda gizlədiyini başa dü-
şəcəkdim. Məni divana uzatdılar. Özümü təngnəfəs kimi
göstərib, pəncərəni açdırdım və sənə tüstü bombasını atma-
ğa şərait yaratdım.
-Bunun nə xeyri oldu?
-Ən önəmlisi bu idi. Bir qadın evində yanğın baş ve-
rəndə, qeyri-iradi olaraq, ən çox dəyər verdiyi əşyaya doğru
qaçır. Çünki bu güclü instinktdir və bu üsuldan əvvəlcə Dar-
linqton skandalında və “Arsvors sarayı” işində istifadə et-
mişdim. Evli qadın uşağı götürür, subay qadın zinət qutu-
sunu. Bu hadisədə isə bu qadın üçün ən dəyərli şeyin bizim
axtardığımız şey olması aydın idi. Onu xilas etmək istəyə-
cəkdi. Tüstü və bağırtılar polad kimi sinirləri də sarsıtmağa
kifayət edərdi. Fotoşəkil zəngin üstündəki bölmənin arxa-
sında gizlədilib. Gurultunu eşidən kimi dərhal ora qaçdı və
fotoşəkli çıxardı. Boş yerə səs-küy salındığını deyəndə, onu
29
yerinə qoydu və otaqdan çıxdı. Onu yenidən görmədim.
Mən yerimdən qalxdım, üzr istədim və evdən çıxdım. Foto-
şəkli götürüb, götürməməklə bağlı tərəddüd etdim. Ancaq
faytonçunun məni izlədiyini görəndə gözləməyin daha eti-
barlı olacağı qərarına gəldim. Bir az tələskənlik, hər şeyi po-
za bilərdi.
-Bəs indi nə olacaq?
-Araşdırmamız hadisə ilə yekunlaşdı. Sabah Kral və sə-
ninlə - əgər gəlmək istəsən – ora gedəcəyik. Xanımı zalda
gözləyəcəyik, fəqət o gələndə nə bizi, nə də fotoşəkli tapa
bilməyəcək. Əlahəzrət bundan çox məmnun olacaqdır.
-Saat neçədə orada olacağıq?
-Səhər səkkizdə. O saatda hələ yuxuda olur və bu da bi-
zə vaxt qazandırır. Eyni zamanda tələsməliyik. Çünki evlilik
həyatında və vərdişlərində böyük dəyişikliklərə yol aça bi-
lər. Ləngimədən Krala teleqram göndərim.
Beyker küçəsinə gəldik və qapıda dayandıq. Holms ci-
bində açarları axtararkən ordan keçən biri:
-Gecəniz xeyir cənab Şerlok Holms, - dedi.
Küçədə çoxlu adamlar vardı, ancaq bu səs küçədən sü-
rətlə keçən gəncdən gəlirdi.
-Bu səsi əvvəllər də hardasa eşitmişəm, - Holms yarıqa-
ranlıq küçəyə baxa-baxa mızıldandı. - Kim olduğunu bilmək
istərdim.
30
III
O gecə Beyker küçəsində qaldım. Səhər tost və qəhvə-
dən ibarət səhər yeməyimizi yeyərkən Bohemiya kralı otağa
girdi.
-Onu almağı həqiqətən də bacardınız, - deyə bağırdı. –
Şerlok Holmsun çiynindən tutub üzünə xoşbəxtliklə baxdı.
-Hələ yox.
-Amma böyük bir ehtimal var, elə deyil?
-Bəli, böyük ehtimalla.
-Elə isə gəlin. Səbirsizliklə getmək istəyirəm.
-Fayton çağırmağımız lazımdır.
-Xeyir. Mənim faytonum aşağıda gözləyir.
-Elə isə gedək.
Aşağı endik və yenidən Brioni qəsrinə doğru yollandıq.
-İren Adler evləndi, - Holms sözə başladı.
-Evləndi? Nə vaxt?
-Dünən.
-Bəs kiminlə?
-Norton adlı ingilis vəkil ilə.
-Ancaq onu sevə bilməz.
-İnanıram ki, sevir.
-Niyə?
-Çünki belə olduqda əlahəzrətin gələcəkdə olacaqlardan
qorxmasına ehtiyac qalmır. Əgər qadın ərini sevirsə, demək
əlahəzrəti sevmir. Əlahəzrəti sevmirsə, onun planlarına mü-
daxilə etmək üçün ehtiyac qalmaz. - Brioni qəsrinin qapısı
açıldı və pilləkənlərin başında yaşlı bir qadın bizi süzdü.
-Cənab Şerlok Holms eləmi, - dedi.
31
Holms maraqla və olduqca çaşqın ifadə ilə qadına baxa-
baxa qalmışdı:
-Bəli, cənab Holms mənəm.
-Gözəl! Xanım sizin gələcəyinizi demişdi. Özü bu gün
səhər əri ilə 5:15 qatarı ilə Çerinq Kross vağzalından Ameri-
kaya yola düşdü.
-Nə! - Şerlok Holms geriyə doğru səndələdi. Üzü kədər-
dən və çaşqınlıqdan ağappaq olmuşdu.
-İngiltərədən getdilər?
-Bir daha dönməmək şərti ilə.
-Bəs sənədlər? - Kral sərt şəkildə soruşdu. - Uduzduq!
-Bilmək olmaz. - Holms xidmətçini itələyib zala girdi.
Kral və mən də arxasınca içəri soxulduq. Ora darmadağın
idi. Mebellər sağa-sola aşmışdı. Rəflər və siyirmələr boşal-
dılmışdı. Qadın sanki qaçmamış hər şeyi talan etmişdi.
Holms zəngə doğru atıldı. Zəngin üstündəki kiçik bölməni
açdı və əlini soxub bir fotoşəkil və bir məktub çıxardı. Foto-
şəkil İren Adlerin gecə paltarında çəkilmiş şəkli idi. Məktu-
bun üstündə: “Şerlok Holmsa: özü gəlib istəyənə qədər
açılmayacaq.”
Dostum zərfi cırıb, məktubu açdı və üçümüz birlikdə
oxumağa başladıq. Bir gün öncə, gecə yazılmışdı və belə
deyilirdi:
ƏZİZİM CƏNAB ŞERLOK HOLMS,
Həqiqətən çox peşəkardınız. Məni necə lazımdı tələyə saldı-
nız. Yanğın məsələsinə qədər heç nədən şübhələnməmişdim. Öz
planlarımın necə pozulduğunu anlayanda, düşünməyə başladım.
Aylar əvvəl məni sizinlə bağlı xəbərdar etmişdilər. Mənə kral bir
detektiv tutmalı olsa, mütləq sizə müraciət edəcəyini demişdilər.
Ünvanınızı da mənə vermişdilər. Ancaq yenə də yerini öyrənmək
istədiyiniz şeyin, yerini mənim göstərməyimi təşkil etdiniz.
32
Dostları ilə paylaş: |