128
Uşağı götürən müvafiq icra hakimiyyəti orqanı dərhal prokurora
məlumat verməyə, uşağı müvəqqəti yerləşdirməyə borcludur.
Həmin orqan uşağın alınması barədə aktın çıxarılmasından sonra
.... gün ərzində məhkəməyə valideynləri valideynlik hüquqlarından
məhrumetmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia
ilə müraciət edə bilər.
A) 3
B) 7
C) 5
D) 10
E) 15
129
Valideynlər (onları əvəz edən şəxslər) Uşaqların tərbiyəsi ilə bağlı
iş üzrə məhkəmə qətnaməsinin icrasına mane olarlarsa, onlar
barəsində ..................... nəzərdə tutulmuş tədbirlər tətbiq olunur.
A) mülki qanunvericiliklə
B) inzibati qanunvericiliklə
C) cinayət-prosessual qanunvericiliyi ilə
D) cinayət qanunvericiliyi ilə
E) mülki-prosessual qanunvericiliklə
130
Uşağın alınıb başqa bir şəxsə verilməsi ilə əlaqədar məhkəmə
qətnaməsinin məcburi icrasında müvafiq icra hakimiyyəti
orqanının, uşağı götürən şəxsin, zəruri hallarda isə ............ orqanı
nümayəndəsinin iştirakı vacibdir.
A) məhkəmə
B) milli təhlükəsizlik
C) prokurorluq
D) polis
E) ədliyyə
131
Aşağıdakılardan hansı yanlışdır?
A) Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
B) Uşaqları saxlamağın qayda və formasını məhkəmə müəyyən
edir.
C) Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq
barədə saziş bağlamaq hüququna malikdirlər.
D) Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün
vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
E) Aliment ödənilməsi barədə valideynlər arasında saziş
olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və
məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti
orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması
barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq
hüququna malikdir.
132
Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların
valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın
və (və ya) valideynlərin başqa gəlirlərinin .............. miqdarında
aliment tutulur.
A) dörddə bir hissəsi
B) üçdə bir hissəsi
C) beşdə bir hissəsi
D) ikidə bir hissəsi
E) altıda bir hissəsi
133
Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların
valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın
və (və ya) valideynlərin başqa gəlirlərinin .............. miqdarında
aliment tutulur.
A) dörddə bir hissəsi
B) üçdə bir hissəsi
C) beşdə bir hissəsi
D) ikidə bir hissəsi
E) altıda bir hissəsi
134
Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların
valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa
görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ..............
miqdarında aliment tutulur.
A) dörddə bir hissəsi
B) üçdə bir hissəsi
C) beşdə bir hissəsi
D) ikidə bir hissəsi
E) altıda bir hissəsi
135
Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı
digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə
tərəfindən .......... müəyyən edilir.
A) gəlirlərinin dörddə bir hissəsi məbləğində
B) gəlirlərinin üçdə bir hissəsi məbləğində
C) gəlirlərinin beşdə bir hissəsi məbləğində
D) gəlirlərinin ikidə bir hissəsi məbləğində
E) sabit pul məbləğində
136
Uşaq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji
müəssisələri tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin
dövriyyəsindən əldə olunan gəlirin ........ faizi uşağın adına bankda
açılan hesaba köçürülür.
A) 20
B) 25
C) 50
D) 75
E) 40
137
Aşağıdakılardan hansı yanlışdır?
A) Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də
gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
B) Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi
yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini
saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
C) Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti
olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment
əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan
məhkəmə qaydasında tutulur.
D) Uşaqlar valideynlik hüquqlarından məhrum edilən
valideynlərinə aliment ödəməkdən azad edilmirlər.
E) Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı
tərəflərin sazişi ilə də müəyyən oluna bilər.
138
Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu
köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında
alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə
və ümumi uşaqlarının doğulduğu gündən .... il ərzində arvad zəruri
vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında
tələb etmək hüququna malikdir.
A) 1
B) 2
C) 3
D) 4
E) 5
139
Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu
köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında
alimentin ödənilməsi barədə saziş olmadıqda 18 yaşından yuxarı ....
qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad
zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə
qaydasında tələb etmək hüququna malikdir.
A) I
B) II
C) III
D) I və ya III
E) I və ya II
140
Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən .... il
ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə
qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment
ödəməyi tələb etmək hüququna malikdir.
A) 1
B) 2
C) 3
D) 4
E) 5
141
Nikah pozulana qədər və ya nikah pozulduğu gündən .... il ərzində
əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər
(arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri
vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb
etmək hüququna malikdir.
A) 1
B) 2
C) 3
D) 4
E) 5
142
Ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan
.... il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi
yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra
məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən
(arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.
A) 1
B) 2
C) 3
D) 4
E) 5
Dostları ilə paylaş: |