Aşağıdakı fikirlərdən hansə düzgündür. A dini nikah hüquqi əhəmiyyətə malik deyildir; b analıq, atalıq



Yüklə 359,85 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix12.10.2018
ölçüsü359,85 Kb.
#73483
1   2   3   4   5   6   7   8   9   10   11

110

Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən 

valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini 

yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə 

etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra 

hakimiyyəti orqanına, .... yaşına çatdıqda isə məhkəməyə müraciət 

etmək hüququna malikdir.

A) 10


B) 14

C) 15


D) 16

E) 18


111

Ailə Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya 

qəyyumluq və himayə orqanı yalnız .... yaşına çatmış uşağın razılığı 

ilə qərar qəbul edə bilər.

A) 10

B) 12


C) 14

D) 15


E) 16

112


Müvafiq icra hakimiyyəti orqanı (qəyyumluq və himayə orqanı) 

uşaq .... yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də 

soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin 

birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə 

bilər.

A) 14


B) 15

C) 16


D) 17

E) 18


113

Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 

.... faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan 

uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara 

bilər.

A) 25


B) 30

C) 50


D) 60

E) 40


114

Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında 

bir-birinin əmlakına mülkiyyət hüququnu hansı formada həyata 

keçirirlər?

A) istifadə, sərəncam

B) sahiblik

C) istifadə, sahiblik, sərəncam

D) istifadə, sahiblik

E) istifadə



115

Valideynlərin hüquq və vəzifələrinə xitam verilir:

1. Uşaqlar yetkinlik yaşına çatdıqda

2. Yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda

3. Yetkinlik yaşına çatmayan şəxslər arasında nikaha xitam 

verildikdə

4. Yetkinlik yaşına çatmayan uşaqlar məhdud fəaliyyət qabiliyyəti 

əldə etdikdə

5. Yetkinlik yaşına çatmayan uşaqlar tam fəaliyyət qabiliyyəti əldə 

etdikdə


A) 1,2,4

B) 1,3,4


C) 1,2,5

D) 1,3,5


E) 1,4,5

116


Yetkinlik yaşına çatmayan valideynlər nikaha daxil olmamışlarsa, 

onların uşaqları doğulduqda həmin valideynlər .... yaşına çatdıqdan 

sonra atalığın (analığın) müəyyən edilməsində müstəqil hərəkət edə 

bilərlər.

A) 15

B) 16


C) 17

D) 18


E) 19

117


Yetkinlik yaşına çatmayan valideynlər öz uşaqlarına münasibətdə 

atalığı və analığı ümumi əsaslarla qəbul etmək, atalığa (analığa) 

dair mübahisə açmaq, habelə .... yaşına çatdıqdan sonra məhkəmə 

qaydasında atalığı (analığı) müəyyən etmək hüququna malikdirlər.

A) 14

B) 15


C) 16

D) 17


E) 18

118


Valideynlər uşaqların əsas ............... almasını təmin etməyə 

borcludurlar.

A) ali təhsil

B) ibtidai təhsil

C) orta təhsil

D) peşə təhsili

E) ümumi təhsil



119

Aşağıdakılardan hansı yanlışdır?

A) Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun 

həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər.

B) Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-

prosessual qanunvericiliyə uyğun ölçü götürülür.

C) Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və 

müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat 

almaq hüququna malikdir.

D) Yalnız uşağın həyat və sağlamlığı üçün valideyn tərəfindən 

təhlükə olduqda məlumat verilməsindən imtina edilir.

E) Məlumat verilməsindən imtinadan şikayətə inzibati qaydada 

baxılır.

120


Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı 

hallardan hansında məhrum edilə bilməzlər:

A) öz valideynlik vəzifələrini yerinə yetirmədikdə

B) alimenti qəsdən ödəmədikdə

C) valideynlik hüquqlarından sui-istifadə etdikdə

D) xroniki alkoqol və narkomaniya xəstəsidirsə

E) uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına 

qarşı ehtiyatsızlıqdan cinayət törətdikdə

121

Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında 



qətnamə ........... sonra .... gündən gec olmayaraq bu qətnamədən 

çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.

A) qanuni qüvvəyə mindikdən, 5

B) çıxardıqdan, 3

C) qanuni qüvvəyə mindikdən, 3

D) çıxardıqdan, 5

E) qanuni qüvvəyə mindikdən, 7

122


Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər (onlardan 

biri) ilə uşaqların birgə yaşamaq məsələlərini məhkəmə 

Azərbaycan Respublikasının .............. qanunvericiliyinə əsasən həll 

edir.


A) mənzil

B) mülki


C) torpaq

D) əmək


E) inzibati

123


Uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından 

məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən .... ay 

keçəndən sonra övladlığa götürülə bilər.

A) 3


B) 4

C) 5


D) 6

E) 7



124

Aşağıdakılardan hansı yanlışdır?

A) Valideynlərin (onlardan birinin) həyat tərzi, əxlaqı, uşağın 

tərbiyəsinə münasibətləri dəyişdikdə, valideynlik hüquqları bərpa 

edilir.

B) Valideynlik hüquqlarının bərpası valideynlik hüquqlarından 



məhrum edilmiş valideynlərin (onlardan birinin) ərizəsinə əsasən 

məhkəmə yolu ilə həll edilir.

C) Valideynlik hüquqlarının bərpası ilə bağlı valideynlərin ərizəsi 

ilə birlikdə uşağın valideynlərə (onlardan birinə) qaytarılması 

tələbinə də baxıla bilər.

D) Uşaq övladlığa götürülmüşsə və övladlığa götürmə ləğv 

edilməmişsə, valideynlik hüquqları bərpa edilə bilməz.

E) Uşaq 14 yaşına çatmışsa, ancaq onun razılığı ilə valideynlik 

hüquqları bərpa edilə bilər.

125


Valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə

valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, 

valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. 

Valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının 

məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 

.... ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı uşaqların 

mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə 

iddiası qaldırmalıdır.

A) 8

B) 9


C) 10

D) 6


E) 7

126


Valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında qətnamə 

qanuni qüvvəyə mindikdən sonra .... gündən gec olmayaraq 

məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti 

orqanına göndərməlidir.

A) 3

B) 4


C) 5

D) 6


E) 7

127


Uşağın valideynə qaytarılması uşağın mənafeyi ilə ziddiyyət 

yaradarsa, məhkəmə iddianı ..........

A) qəbul etməlidir

B) rədd etməlidir

C) rədd edə bilər

D) qəbul etməməlidir

E) etibarsiz hesab etməlidir



Yüklə 359,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə