Aşağıdakı fikirlərdən hansə düzgündür. A dini nikah hüquqi əhəmiyyətə malik deyildir; b analıq, atalıq



Yüklə 359,85 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix12.10.2018
ölçüsü359,85 Kb.
#73483
1   2   3   4   5   6   7   8   9   10   11

88

Ər-arvadın ümumi birgə mülkiyyətinə aid deyil:

A) onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti 

nəticəsində əldə etdikləri gəlirlər

B) aldıqları pensiya və müavinətlər

C) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməyən daşınar və 

daşınmaz əşyalar

D) kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş 

paylar

E) kapitaldan olan paylar



89

Aşağıdakılardan hansı yanlışdır?

A) Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi 

əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan 

digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, 

əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən 

mübahisələndirilə bilməz.

B) Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və 

sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata 

keçirilir.

C) Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi 

daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata 

keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət 

edir.


D) Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə 

məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil 

qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa 

malikdir.

E) Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək 

barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata 

alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında 

təsdiq edilmiş razılığı lazımdır.

90

Nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər 



əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın ................. 

mülkiyyətindədir.

A) ümumi

B) müstəsna

C) birgə

D) hər birinin ayrıca

E) hansının istifadəsindədirsə onun



91

Aşağıdakılardan hansı yanlışdır?

A) Nikahda olduqları dövrdə ər-arvadın hansınınsa əməyi hesabına 

ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin 

qoyulması müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti 

sayıla bilər.

B) Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, 

eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

C) Ər-arvadın ümumi əmlakının bölünməsi kreditor ödəməni ər-

arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək 

üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata 

keçirilir.

D) Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri nikah 

zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-

arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

E) Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər.

92

Aşağıdakılardan hansı yanlışdır?



A) Məhkəmə ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini 

aşan əmlak verdikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə 

pul və ya başqa kompensasiya verə bilər.

B) Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı 

yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin 

mülkiyyəti hesab edə bilər.

C) Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün 

əldə olunan şeylər bölünmür və əvəzi ödənilmədən uşaqları ilə 

birgə yaşayan valideynə verilir.

D) Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan 

ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus 

hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınır.

E) Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə sonradan 

qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.

93

Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi 



haqqında onların tələbinə .... illik iddia müddəti tətbiq olunur.

A) 1


B) 2

C) 3


D) 4

E) 5



94

Nikah müqaviləsi ........

A) nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə ər-

arvadın əmlak hüquqlarını müəyyən edən sazişdir.

B) nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və 

(və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını müəyyən 

edən sazişdir.

C) nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə ər-

arvadın əmlak vəzifələrini müəyyən edən sazişdir.

D) nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə ər-

arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.

E) nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və 

(və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və 

vəzifələrini müəyyən edən sazişdir.

95

Aşağıdakılardan hansı yanlışdır?



A) Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla 

müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-

ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və 

ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.

B) Nikah müqaviləsi ər-arvadın gələcəkdə əldə edəcəkləri əmlaka 

dair bağlana bilər.

C) Ər-arvad nikah müqaviləsində bir-birinin gəlirlərində iştirak 

üsullarını müəyyənləşdirmək hüququna malikdirlər.

D) Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr 

müəyyən müddətlərlə məhdudlaşa bilməz.

E) Nikah müqaviləsində ehtiyacı olan və əmək qabiliyyəti olmayan 

ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu 

məhdudlaşdıran müddəalar nəzərdə tutula bilməz.

96

Nikah müqaviləsi yazılı formada bağlanır və ............ təsdiq olunur.



A) məhkəmə qaydasında

B) notariat qaydasında

C) inzibati qaydada

D) şifahi qaydada

E) himayəçi tərəfindən

97

Aşağıdakılardan hansı yanlışdır?



A) Nikah müqaviləsi nikah dövründə istənilən vaxtda bağlana bilər.

B) Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış 

nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına 

alındığı gündən qüvvəyə minir.

C) Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt dəyişdirilə 

və ya pozula bilər.

D) Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina 

etməyə yol verilmir.

E) Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün 

nəzərdə tutulan vəzifələr də daxil olmaqla, nikaha xitam verilməsi 

anından nikah müqaviləsinə də xitam verilir.



Yüklə 359,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə