Aşağıdakılardan hansı jurnalistikanın janrlarından deyil? A şərh



Yüklə 136,97 Kb.
Pdf görüntüsü
tarix08.11.2018
ölçüsü136,97 Kb.
#79114


1

Aşağıdakılardan hansı jurnalistikanın janrlarından deyil?      A) Şərh     

B) Korrespondensiya     C) İcmal     D) Lid     E) Xəbər 

2

Janr hansı dildən götürülüb və mənası nədir?     A) İspancadan 



götürülüb, "say" deməkdir     B) Almancadan götürülüb, "cins" 

deməkdir     C) Ərəbcədən götürülüb, növ deməkdir     D) İngilis 

sözü olub, "çeşid" deməkdir     E) Fransız sözü olub, "növ" 

deməkdir


3

Düz piramida qaydasına aid xüsusiyyətlər hansılardır?   A)Hadisə 

hekayə kimi danışılır   B)Əsas xəbər yükü daha sonra bildirilir   

C)Düz piramida qaydasının bünövrəsi XIX əsrdə Amerika vətəndaş 

müharibəsi dövründə qoyulmuşdur   D)Hadisə ilə bağlı az vacib 

elementlər önə çıxır   E)Qəzet xəbərçiliyindən daha çox 

jurnal,dərgi,televizya və radio xəbərçiliyinə uyğun gəlir

4

Xəbərin dəyərləndirmə meyarına aid deyil.   A)Yenilik   B)Qeyri-



adilik    C)Qərəzsizlik   D)Maraqlılıq və əhəmiyyətlilik   E)İnsanlar 

yaxud sosial qruplar haqqında olması 

5

Biri xəbərin lidinə aid xüsusiyyətlər sırasında verilə bilməz   



A)Hadisənin köküdür   B)Xəbər üslubuna və ölçüsünə uyğun 

gəlməlidir   C)İngilis sözü olub-aparıcı,başçı mənasına bildirir   

D)Dəqiq,vicdansız və qərəzsiz olmalıdır   E)Xəbəri çatdırma 

texnologiyasına görə iki yerə bölünür

6

Xəbər haqqında düzgün cavabları müəyyən edin   1.Xəbərə yer 



verilməyən mətbuat orqanı yoxdur    2.Xəbərdə dəqiq 

məlumatlardan çox az istifadə olunur   3.Xəbər yazılı və elektron 

jurnalistikasının  ən önəmli janrıdır   4.Müasir dövrdə televizya 

xəbərlərindən çox az istifadə olunur   A)2,3   B)1,4   C)3,4   D)1,3   

E)1,2

7

Xəbər dilinə aid olmayan  xüsusiyyəti müəyyən edin   A)Xəbər dili 



dəqiq,canlı və mürəkkəb olmalıdır   B)Xəbər dili qısa və aydın 

olmalıdır   C)Xəbər dilində dəqiqlik jurnalisitn diqqət  etməli 

olduğu prinsiplərdən biridir   D)Doğru olmayan xəbər xəbər deyil   

E)Xəbər oxucunu,izləyicini şübhələndirməməli,əksinə verilən 

məlumatın doğruluğunu ifadə edəcək qədər dəqiq olmalıdır

8

Xəbərin backgrounduna aid xüsusiyyətləri seçin   A)Fransız sözü 



olub aparıcı,başçı mənasını verir   B)Xəbərin ölçüsünə uyğun 

gəlməlidir   C)Xəbərdə artıq olmuş,baş vermiş faktlardır   

D)Oxucunu yazıya dəvət etməli,onun diqqətini çəkməlidir   

E)Dəqiq,vicdansız və qərəzsiz yazılmalıdır

9

Kvadrat üsuluna aid olmayan xüsusiyyətləri müəyyən edin   



A)Xəbərin xırdalıqlarına daha az yer verilir   B)Dördbucaq 

qaydasında xəbəri yazarkən iki ayrı metodlardan istifadə olunur   

C)Xəbərin xırdalıqları get-gedə azalan sıra ilə verilir   D)Hadisə 

hekayə kimi danışılır   E)Xəbər düsturuna daxil edilən bütün sualları 

cavablandırmaq zərurəti olanda istifadə olunur 



10

"Xəbərin əsasında ilk növbədə ictimai hadisə dayanır"sözləri kimə 

aiddir?   A)E.Hemingveyə   B)F.Mehdiyə   C)S.Hüseynova   

D)A.Babayevə   E)S.Həsənova 

11

Ciddi və Rəngli" jurnalistikada hansı növə aiddir?   A)Müsahibəyə   



B)Xəbərə   C)Məqaləyə    D)Şərhə   E)İcmala

12

Bir hadisə əgər planlanıbsa və baş verməsi planlayanlar tərəfindən 



dəstəklənibsə bu xəbər...xəbərdir.Nöqtələrin yerinə nə yazılmalıdr?   

A)Suandal   B)Qəza   C)Mücərrəd   D)Rutin   E)Konkret 

13

"Monoloq","Dialoq","Sorğu","Rəy", bu növlər  hansı janra aiddir?   



A)Xəbərə   B)Müsahibəyə   C)Məqaləyə   D)Korrespondensiyaya   

E)Şərhə


14

Lidlər xəbər çatdırma texnikasına görə 2 yerə bölünür.Bunlar 

hansılardır?   A)Konkret və mücərrəd lid   B)Doğru və yanlış lid   

C)Yazılı və şifahi lid   D)Birbaşa və dolayı lid   E)Dəqiq və qərəzsiz 

lid

15

Olaylar sanki bir hekayə kimi anladılır.Olayla bağlı az önəmli 



elementlər önə çıxır.Bunlar hansı üsula aiddir?   A)Tərs piramidaya   

B)Düz piramidaya   C)Kvadrat üsuuna   D)Danışıq dili üsuluna  

E)Heç birinə

16

Aşağıdakılardan hansı yanlışdır?   A)Background ingilis dilində 



tərcümədə qaynaq,mənbə deməkdir    B)Xəbərin 4 yazılma üsulu var   

C)Hər informasiya  xəbər deyil,lakin hər xəbər informasiyadır   

D)Hər xəbər informasiyadır,lakin hər informasiya xəbər deyil   

E)Hər bir peşəkar jurnalist janrları bir-birindən ayırarkən çətinlik 

çəkə bilər

17

Ciddi xəbər mətnində nədən istifadə yol verilməzdir?   A)Ədəbi dil   



B)Dəqiqlik   C)Sadəlik   D)Canlı dil    E)Hamısı

18

Aşağıdakılardan hansı səhvdir?   A)Xəbər zamana uyğun olan 



hadisədir   B)Xəbər istənilən hadisənin hesabatıdır   C)Xəbər təcili 

qələmə alınmış ədəbiyyatdır   D)Xəbər sabahın tarixidir   E)Hadisə 

hər zaman xəbər üçün açar söz sayıla bilməz

19

Xəbərin lidi haqqında düzgün variant hansıdır?   A)Lid ingilis 



sözüdür,başçı,rəhbər mənasında işlənir   B)Xəbərin lidi qısa və 

aydın olmalıdır   C)Xəbərin lidi obyektiv  olmalıdır   D)Lid xəbərin 

ölçüsünə və üslubuna uyğun gəlməməlidir   E)Yarımçıq toplanmış 

xəbərin  lidi geniş olur 

20

Tərs piramida üsulunun başlıca özəlliyi nədir?   A)Olay sanki bir 



hekayə kimi anlatılır   B)Təsviri bir girişlə başlamaq üçün giriş 

cümlələrində subyektiv mülahizəyə yer verilir   C)Hədəf 

auditoriyasının marağı əsas götürülür sonra ilk olaraq xəbərin qısa 

məzmunu verilir   D)Xəbər düsturuna  daxil edilən bütün sualları 

cavablandırmaq zərurəti doğanda istifadə edilir   E)Çətin anlaşılan 

olaylarda istifadə olunur 

21

Ən köhnə və indiyədək ən çox istifadə olunan xəbər hazırlanma 



texnikası hansıdır?   A)Danışıq dili üsulu   B)Tərs piramida üsulu    

C)Düz piramida üsulu   D)Kvadrat üsulu   E)Heç biri 




22

Tərs piramida qaydasının üstünlüklərindən hansı səhvdir?   

A)Oxumağı asanlaşdırır   B)Jurnalistə sürətli xəbər yazma imkanı 

yaratmır   C)Oxucu maraqlarına cavab verir   D)Səhifə yığma 

prosesini asanlaşdırır   E)Başlıq seçimində faydalıdır

23

Düz piramida üsuluna aid deyil.   A)Olay sanki bir hekayə kimi 



anlatılır   B)Olaya bağlı az önəmli elementlər ortaya çıxır   C)Xəbər 

düsturuna daxil edilən bütün sualları cavablandırmaq zərurəti 

doğanda istifadə edilir   D)Qəzet xəbərçiliyindən daha çox 

jurnal,dərgi,tv və radio xəbərçiliyinə uyğun gəlir   E)Təsviri bir 

girişlə başlamaq üçün giriş cümlələrində subyektiv mülahizəyə yer 

verilir 


24

Mətbuat konfransı nədir?   A)Jurnalistlərin məlumat əldə etmə və ya 

jurnalistlərin məlumatlandırma üsullarından biridir   B)Hansısa 

dövlət,ictimaiyyət yaxud özəl strukturların media işçiləri üçün təşkil 

olunmuş yeni məhsul ilə bağlı təntənəli görüşü   C)KİV-in 

işçilərinin dövlət strukturlarının bu və ya digər məsələ ilə bağlı 

mövqeyi ilə tanışlığa həsr olunmuş qısa iclası   D)Diqqəti cəlb edən 

yeniliyin ictimaiyyətə müxtəlif formada təqdim olunması   E)Geniş 

məlumata və səlahiyyətə malik rəsmi şəxsin jurnalistlərlə ayaq üstü 

qısa söhbətidir

25

Xəbər araşdırma və yazma prosesini müəyyənləşdirən düstur 



hansıdır?   A)3NKH   B)6NKH   C)4KNH   D)4NKH   E)4KHN

26

Aşağıdakılardan hansı doğrudur?   A)Xəbər o zaman daha çox 



ictimai maraq kəsb edər ki,o öz mahiyyətilə cəmiyyətə təsir göstərir   

B)Hər informasiyanı xəbər adlandırmaq mümkündür   C)Hər xəbər 

informasiya deyil   D)Xəbər ingilis sözü olmuş bir hadisə haqqında 

məlumat mənasını verir   E)Hadisə hər zaman xəbər  üçün açar söz 

sayıla bilməz

27

Prezentasiyalar nədir?   A) Jurnalistlərin məlumat əldə etmə və ya 



jurnalistlərin məlumatlandırma üsullarından biridir   B)Geniş 

məlumata və səlahiyyətə malik rəsmi şəxsin jurnalistlərlə ayaqüstü 

qısa söhbətidir   C)KİV-in işçilərinin dövlət strukturlarının bu və ya 

digər məsələ ilə bağlı mövqeyi ilə tanışlığa həsr olunmuş qısa  iclası   

D)Hər hansı bir aktual ictimai-siyasi məsələ barədə mətbuat 

nümayəndələrinə məlumat vermək məqsədi güdür   E)Hansısa 

dövlət,ictimaiyyət yaxud özəl strukturların media işçiləri üçün təşkil 

olunmuş yeni məhsul ilə bağlı təntənəli  görüşü 

28

Biri informasiya janrlarına aid deyil   A)Hesabat   B)Xəbər   



C)Reportaj   D)Müsahibə   E) Məqalə

29

Xəbər sözünün mənası nədir?   A)İngiliscədə tərcümədə "məlumat 



vermək"deməkdir   B)Ərəbcədən götürülən xəbər sözü bir hadisə 

haqqında məlumat mənasını verir   C)İngiliscədə çap edilən aktual 

əsərlər toplusu deməkdir   D)Ən geniş oxucu kütləsini nəzərdə tutan 

yüksək konversiya uğuru qazanan kütləvi tirajla nəşr edilən kitab 

deməkdir   E)İngiliscədə bir hadisə haqqında fikir bildirmək 

mənasını verir




30

Xəbərin dəyərləndirmə meyarlarından hansılar səhv göstərilmişdir?   

A)Yenilik   B)Qeyri-adilik   C)Maraqlılıq və əhəmiyyətlilik    

D)Bədii -publisistik  üsul   E)İnsanlar yaxud sosial qruplar

31

İnformasiya janrı üçün xarakterik xüsusiyyətlərdən  biri səhv 



göstərilmişdir   A)Jurnalistikanın əsas,aparıcı keyfiyyətləri olduğu 

üçün KİV-in siması əsasən informasiya ilə müəyyənləşir   

B)Qəzet,Tv,Radio rəqabət dünyasında ən çox informasiyaya 

güvənirlər   C)İnformasiyaya diqqətlə yanaşan qəzet daha çox bu 

keyfiyyəti ilə şöhrət qazanır   D)İnformasiya janrı 2 növə 

bölünür:analtik və bədii publisistik janrlar   E)İnformasiya 

janrlarinda informasiyalııq əsas operativ,aparıcı keyfiyyət kimi 

hesab olunur 

32

Jurnalistlə bir və ya bir neçə şəxs arasındakı söhbət necə adlanır? 



A)Müsahibə-monoloq  B) müsahibə-dialoq  C) müsahibə-rəy  D) 

müsahibə-anket  E) protokol müsahibə

33

Baş verən hadisənin operativ hazırlanması və ötürülməsi hansı növ 



jurnalstikaya aiddir? A) informasiya jurnalistikası  B) analitik 

jurnalistika  C) maqazin jurnalistikası  D) araşdırmaçı jurnalistika  

E) telejurnalistika

34

Çap olunan əsərə rəhbərlik edən, onun məzmununu təsdiq edən şəxs 



necə adlanır? A) reportyor  B) diktor  C) redaktor  D) korrektor  E) 

müəllif


35

Hansı növ hesabatlarda jurnalistin faktları qiymətləndirmək imkanı 

yoxdur? A) problem hesabat  B) analitik hesabat  C) satirik hesabat  

D) özünə hesabat  E) birbaşa operativ- informativ hesabat

36

Şifahi nitq, canlı danışıq, məruzə, çıxış daha çox hansı janr üçün 



xarakterikdir? A) xəbər  B) hesabat  C) reportaj  D) müsahibə  E) 

məqalə


37

Hansı janrın başlıca vəzifəsi müraciət etdiyi obyektdə tədbirin, 

mərasimin gedişini diqqətlə izləmək, təhlil etmək, baş vermiş və 

verəcək yeniliklər, onların nəticələri və s. haqqında oxucuya real, 

ətraflı informasiya verməkdən ibarətdir? A) hesabat  B) reportaj  C) 

xəbər  D) müsahibə  E) KİV xülasəsi

38

Ən çox yayılan informasiya janrı hansıdır? A) müsahibə  B) hesabat  



C) reportaj  D) xəbər  E) blits-sorğu                                                                                                                                                                                          

39

Aşağıdakılardan hansı analitik janrın növlərinə aiddir? A) müsahibə  



B) pamflet  C) şərh  D) xəbər  E) reportaj                                                                                                                                                                                                                                                                                                                               

40

 Reportaj və xəbərin fərqli xüsusiyyətləri ilə bağlı fikirlərdən biri 



səhvdir.A) Xəbərdə müəyyən bir hadisənin adı göstərilir, reportajda 

isə bu hadisə təsvir edilir və onun real mənzərəsi göstərilir B) 

Reportaj həcminə görə xəbərdən kiçik olur C) Xəbər “nə 

olmuşdur?”, reportaj isə “necə olmuşdur?” suallarına cavab verir D) 

Xəbərdə yalnız faktın özü göstərilir, reportajda isə təhlil və 

ümumiləşdirmələr aparılır, müəllifin şəxsi təəssüratı tələb olunur E) 

Reportaj "to report" yəni "məlumat vermək" deməkdir



41

Felyeton hansı janr qrupuna daxildir? A) informasiya B) operativ-

informativ C) bədii-sənədli publisistik D) analitik E) satirik 

publisistika

42

“Hansı növ məqalələr dərin və ətraflı təhlili, elmi-publisistik təbiəti 



ilə fərqlənir?  A) günün baş yazısı  B) publisistik məqalə  C) 

informasiyalı-təbliğat xarakterli məqalə D) problem xarakterli 

məqalə E) gündəlik məqalə

43

 Dövrü mətbuat orqanına qiymət verən və onun materiallarını təhlil 



edən janr necə adlanır? A) xülasə   B) məktub  C) şərh   D) 

resenziya  E) xəbər  

44

Televiziyada proqramların auditoriyanın bir hissəsinə 



yönəldilməsi prinsipinə görə hansı tipləri mövcuddur?  

a)Uşaqlar üçün proqram   b)Musiqi proqramı    c)Gənclər üçün 

proqram    d)Qadınlar üçün proqram   e)Əsgərlər üçün proqram

45

Televiziya janrları hansılardır?  a)İnformativ publisistika, 



analitik publisistika    b)İnformativ publisistika, analitik 

publisistika, bədii-publisistik     c)Analitik publisistika, bədii-

sənədli     d)İnformasiya, analitik, bədii-sənədli      

e)İnformasiya, analitik publisistika, bədii-sənədli

46

Analitik publisistika janrlarının əsas məqsədi nədir?    



a)İctimai məzmun daşıyan fakt və hadisə haqqında tamaşaçıya 

operativ və dolğun informasiya çatdırmaq     b)Faktik 

materialın bəddi formada çatdırılması     c)Fakt və hadisə 

haqqında tamaşaçıya operativ, dürüst, sadə və anlaşıqlı dildə 

məlumat vermək     d)Publisistik obraz yaratmaq    e)Baş 

vermiş hadisənin əsas məğzini, mahiyyətini təhlil yolu ilə 

tamaşaçıya çatdırmaq

47

Televiziyada proqramlaşdırmanın hansı növləri var?     



a)Perspektiv, illik, rüblük, həftəlik, operativ-aktual   

b)Həftəlik, rüblük, illik    c)Perspektiv, operativ-aktual    

d)Cari, rüblük, illik     e)Operativ, cari, illik

48

Aşağıdakılardan hansı televiziyanın tamaşaçı auditoriyasına 



təsiri növlərinə aid deyil?     a)Funksional təsir     b)Qeyri-

funksional təsir     c)Disfunksional təsir     d)İnteqrativ təsir      

e)Afunksional təsir

49

Televiziya proqramlarının seçilməsinə verilən tələblərlə bağlı 



fikirlərdən hansı doğru deyil?  a)Verilişin aktual mövzuda 

olması və günün nəbzini əks etdirməsi    b)Tamaşaçı diqqətinin 

fəallaşdırılması   c)Auditoriyanın maraqlarına uyğunluq    

d)Forma və məzmunca bitkinlik     e)Söz, təsvir uyarlığına nail 

olması, asan qavranılması



50

Xəbəri xronikadan fərqləndirən başlıca cəhət hansıdır?  

a)Hadisəyə müəllif münasibətinin özünü aydın büruzə verməsi     

b)Yığcamlıq və yüksək operativlik     c)Təsirlilik və 

səmərəlilik     d)Coğrafiyasının genişliyi və mövzu 

rəngarəngliyi     e)Konkretlik, aydınlıq

51

Kino, televiziya və radionun müxtəlif işarələrə əsaslanan dil 



sistemi necə adlanır?   a)Leksika     b)Semiotika     

c)Semantika    d)Akustika   e)Orfoepiya

52

Aşağıdakı fikirlərdən hansı doğru deyil?    a)Qısa bülletenlər 



dinləyicini hadisələr aləmində saxlamaq, ona bu hadisələri 

kiçik fasilələrlə müntəzəm izləmək imkanı vermək məqsədini 

güdür.     b)Əsas bülletenlərdə hadisələr panoramı nisbətən 

özünün genişliyi ilə, informasiya janrlarının daha çox növünə 

müraciəti ilə seçilir.   c)Başlıca bülletenlər günün bütün əsas 

hadisələrini özündə əks etdirir.      d)Əsas bülletenlərin 

səslənmə müddəti 30 dəqiqə olur.    e)Başlıca bülletenlər bir 

növ günə yekun vurur.

53

Aşağıdakılardan biri televiziya müsahibəsinin növlərinə aid 



deyil    a)Protokol müsahibə   b)Rəsmi müsahibə   c)Problem 

müsahibə   d)Portret müsahibə    e)İnformasiya müsahibəsi

54

Aparıcının diktordan əsas fərqi nədir?    a)Yüksək peşəkarlıq, 



zahiri görünüş    b)Ünsiyyətcillik, səsin tembri    

c)Auditoriyanı ələ almaq bacarığı, intellektuallıq     d)Yüksək 

natiqlik məharəti    e)Efirəqədərki yaradıcılıq prosesində fəal 

iştirak etməsi, müzakirə olunan məsələyə müdaxilə etmək 

qabiliyyəti

55

 Fikri tamamlayın:  ... Hər nansı bir faktın təhlilini verir və 



xəbərlər proqramında gedən prioritet hadisənin aydınlaşmasına 

kömək edir.     a)İcmal     b)Şərh     c)Söhbət    d)Diskussiya      

e)Müsahibə

56

Teleradio yayımçısına xüsusi razılıq (lisenziya)neçə il 



müddətinə verilir?      a)3 il    b)8 il     c)10 il     d)6 il     e)5 il

57

Televiziyanın hansı funksiyası tamaşaçıların ekran qarşısında 



keçirdikləri vaxt ərzində qüvvələrinin bərpasına, əyləncəli 

verilişlər vasitəsilə istirahətinin mənalı qurulmasına xidmət 

edir?      a)Rekreativ funksiya       b)Tədris funksiyası     

c)Sosial-pedaqoji funksiya    d)Mədəni-maarif funksiyası     

e)İnteqrativ funksiya

58

Aşağıdakı fikirlərdən hansı səhvdir?      a)Xəbər mövzu 



konkretliyini sevir.     b)Xəbər az sözlə çox fikir ifadə etmək 

qabiliyyəti tələb edən janrdır.     c)Xəbərdə hadisənin gedişi 

təfərrüatı ilə açılır, dinləyici onu detalları ilə izləmək imkanı 

qazanır.     d)Yığcamlıq və yüksək operativlik xəbərdə öz 

aktuallığını saxlayır.     e)Xəbərin əsas vəzifəsi hadisə, fakt 

haqqında yalnız informasiya verməkdən ibarətdir.




59

Televernisajla bağlı fikirlərdən hansı səhvdir?      

a)«Televernisaj» verilişlərarası fasilələrdə incəsənət əsərlərinin 

(rəssamlıq, heykəltaraşlıq və s.)nümayişi, hər hansı bir 

rəssamın əsərlərindən ibarət toplunun televiziyada 

təqdimatıdır.      b)Televernisajlar reklam çarxlarının sonunda 

efirə verilir.     c)Adətən televernisajlar verilişlər arasında 

fasilə zamanı musiqinin müşayiəti ilə verilir.     

d)Televernisajların verilməsində əsas məqsəd verilişlərarası 

efir boşluğunu doldurmaqdır.    e)Televernisajlar, adətən, 

gündəlik verilişlərin təqdimatına uyğun olaraq seçilir.

60

Müsahibənin, diskussiyanın, canlı söhbətin elementlərini 



özündə daşıyan televiziya proqramı hansıdır?    a)Xəbərlər    

b)Aktual müsahibə     c)Tok-şou     d)Həftənin icmalı      



e)Dialoq

Yüklə 136,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə