Asciİ, unicode ilə sadə məsələlər


Audio (səs) informasiyanın kodlaşdırılması



Yüklə 20,64 Kb.
səhifə2/3
tarix22.04.2022
ölçüsü20,64 Kb.
#85883
1   2   3
Audio (səs) informasiyanın kodlaşdırılması

Audio informasiyaların həcmini tapmaq üçün səsin uzunluğu ilə keyfiyyətinin hasilini tapmaq lazımdır. Səslər 2 keyfiyyətdə ola bilər: aşağı keyfiyyətli (8 bit, 5,5KHs) və yüksək keyfiyyətli(16 bit və ya 44 KHs). Bu məsələlərdə alınan həcm bitlə olur.



150. 16 saniyəlik səs faylının həcmini hesablayın (16 bit və ya 44 KHs)

A) 1375Kb B) 2750Kb C) 3300Kb D) 3500Kb E) 5200Kb



157. 32 saniyəlik yüksək keyfiyyətli audiofaylın həcmini hesablayın(16 bit və ya 44KHs)

A) 1375Kb B) 1296 Kb C) 3300 Kb D) 2750 Kb E) 2556 Kb



160. 64 saniyəlik diskret şəkilli səsin həcmini hesablayın(8 bit və ya 5,5KHs)

A) 55Kb B) 85Kb C) 171,875Kb D) 343,75Kb E) 150Kb



163. 16 bit tərtibli və diskretləşdirmə tezliyi 32Khs olan səs kartının köməyilə, 24 dəqiqəlik iki kanallı (stereo) analoq səs siqnalının diskretləşdirilmiş audio faylı 25% sıxlaşdırılaraq kompüterin yaddaşında saxlanılmışdır. Bu faylın 25% sıxlaşdırıldığını bilərək, onun həcmini Kbaytla ifadə edin.

A) 180000 B) 135000 C) 90000 D) 45000 E) 7800



164. 8 dəqiqəlik yüksək keyfiyyətli səs faylı (16 bit və ya 44Khs) şəbəkə ilə ötürüldükdə elə kodlaşdırılır ki, həcmi 50% azalır. Bu faylı sürəti 200Kbit/san olan şəbəkə ilə kodlaşdıraraq ötürmək üçün neçə saniyə vaxt tələb olunar?

A) 3600 B) 6600 C) 825 D) 442 E) 587



Video informasiyanın kodlaşdırılması

Video informasiyanın həcmini tapmaq üçün əvvəlcə bəzi işarələri qeyd edək.

N – ekran rejimi, ölçü. Məsələn, 1024*256 rejim ekranda üfüqi və şaquli nöqtələrin sayını göstərir

H – həcm, bitlə ölçülür

V – kardların dəyişmə sürəti

R – rənglərin sayı

T – zaman

R həmişə 2 – nin qüvvəti şəklində yazılır. R=2K. Əgər 32 rəng varsa, 32=25 buradan K=5 götürülür.

H=V*T*N*K

Qisaca, həcmi tapanda bütün verilənlər bir – birinə vurulur, təkcə rəng 2 – nin qüvvətində yazılaraq qüvvətdəki ədəd götürülür.



151. Həcmi 6Mb olan video informasiyanın ekranının 512*384 rejimində, 8kadr/san sürətinə malik olduğunu bilərək 16 saniyəlik bu video faylın neçə rəng çalarından ibarət olduğunu tapın.

A) 1 B) 2 C) 4 D) 8 E) 16



152. Ekranın 1024*256 rejimində, 8kadr/san sürətinə malik 16 saniyəlik, 64 rəng çalarına malik video faylın həcmi neçə Mb-a bərabərdir?

A) 24 B) 16 C) 12 D) 32 E) 64



159. Ekranın 1024*256 rejimində, 16 saniyəlik, 64 rəng çalarlı 30Mb həcmə malik olan videofaylın 1 saniyə ərzində dəyişən kadr sayını hesablayın.

A) 6 B) 8 C) 10 D) 12 E) 16



162. 512*256 rejimində, 214 saniyəlik monoxrom videofaylda 1 saniyədəd 8 kadr əks olunur. Bu video faylın üzərinə faylı tamamilə əhatə edən yüksək keyfiyyətli musiqi faylı əlavə olunmuşdursa, alınan multimediyanın həcmini hesablayın.(meqabaytla)

A) 6846 B) 2048 C) 4798 D) 3423 E) 2978



165. Həcmi 12Mb olan video informasiya 8 kadr/san sürətinə malikdir. 16 saniyəlik bu video faylın 16 rəng çalarından ibarət olduğunu bilərək, ekranın hansı rejimdə ola biləcəyini müəyyən edin.

A) 256*1024 B) 3072*256 C) 768*1024 D) 384*512 E) 2048*128



İnformasiyanın ötürülməsinə aid

İnformasiyanın ötürülməsi, yaxud printer və skaner kimi qurğularda çapına aid məsələlərdə H=vt. H- informasiyanın həcmi, v – sürət, t – zaman. Bütün kəmiyyətlər eyni ölçü vahidinə gətirilməli!



66. Şəbəkə ilə ötürülməzdən əvvəl informasiya elə kodlaşdırılır ki, informasiyanın həcmi 20% artır. Əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti 5Mbayt/san olarsa, ilkin həcmi 50Mbayt olan faylı kodlaşdırdıqdan sonra ötürmək üçün neçə saniyə tələb olunar?

A) 12 B) 2 C) 10 D) 8 E) 14



78. Qəbuletmə sürəti 512bit/san olan modem saniyədə maksimum neçə bayt informasiya yükləyə bilər?

A) 64 B) 4096 C) 51,2 D) 32 E) 16



84. Şəbəkə ilə ötürülməzdən əvvəl informasiya elə kodlaşdırılır ki, informasiyanın həcmi 25% artır. Əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti 5Mbayt/san olarsa, ilkin həcmi 60Mbayt olan faylı kodlaşdırdıqdan sonra ötürmək üçün neçə saniyə tələb olunar?

A) 12 B) 3 C) 15 D) 17 E) 9



102. Həcmi 72000 bayt olan fayl verilmişdir. Verilənləri ötürmə sürəti 48000bit/san olan modemin köməyilə həmin faylı neçə saniyəyə göndərmək olar?

A) 11 B) 12 C) 13 D) 15 E) 24



104. Skaner 1 saniyədə kompüterə 4Kb informasiya daxil edir. Əgər hər bir səhifədə 48 sətir, hər sətirdə isə 128 simvol olarsa, skaner 10 dəqiqəyə kompüterə neçə səhifə daxil edər?

A) 360 B) 150 C) 4000 D) 400 E) 40



105. Şəxsi iş jurnalında hər bir vərəqin informasiya tutumu 30Kb-dır. 2 jurnal vərəqi həcmində qəzetin mətnini sürəti 512simvol/san olan printerdə çap etmək üçün neçə dəqiqə vaxt lazımdır(kağızı dəyişmə vaxtı nəzərə alınmır)?

A) 15 B) 4 C) 2 D) 3 E) 10



127. Faylı ötürmə sürəti 1024000bit/san olan modem vasitəsilə ötürülən fayl üçün 5 saniyə vaxt sərf olunmuşdursa, faylın ölçüsü neçə kilobayta bərabərdir?

A) 500 B) 625 C) 525 D) 325 E) 400



132. Printer 1 saniyədə 2Kb informasiya çap edir. Əgər sənədin hər bir səhifəsində 24 sətir, hər sətirdə isə 128 simvol olarsa, printerə 200 səhifə informasiyanı çap etmək üçün neçə dəqiqə vaxt lazımdır?

A) 1 B) 2 C) 2,5 D) 5 E) 7,5



138. Printer 1 saniyədə 1Kb informasiya çap edir. Əgər hər bir səhifə 32 sətirdən və hər sətir isə 64 simvoldan ibarət olarsa, printer 1 dəqiqəyə neçə səhifə çap edər?

A) 30 B) 15 C) 40 D) 50 E) 20




Yüklə 20,64 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə