Atmosferin sənaye çirklənməsi fənnindən test sualları Qrup: 2314a Çirklənmənin birbaşa tətbiq obyekti


Səs-küy dedikdə, ....... nəzərdə tutulur



Yüklə 0,74 Mb.
səhifə2/7
tarix07.04.2018
ölçüsü0,74 Mb.
#36432
1   2   3   4   5   6   7

72. Səs-küy dedikdə, ....... nəzərdə tutulur.

A) səs rahatlığı çərçivəsini aşan səs rəqsləri;

B) insan qulaqları tərəfindən qəbul oluna bilən nizamlı səs rəqslər;

C) insan qulaqları tərəfindən qəbul oluna bilən rəqslər;

D) nizamsız səs rəqslər;

E) insan qulaqları tərəfindən qəbul oluna bilən nizamsız rəqslər.



73. Səsləri ..... qrupa bölmək olar:

A) 1; B) 2; C) 3; D) 4; E) 5.



74. ...... tezlikli səslər yüksək tezlikli səslər hesab olunur.

A) 350 Hs-ə qədər; B) 350 Hs-ə qədər; C) 800 Hs-ə qədər;

D) 350...800 Hs; E) 800 Hs-dən yüksək.

75. ....... Hs tezlikdən aşağı səslər infrasəs diapazonuna aid edilir.

A) 100; B) 80; C) 60; D) 40; E) 20



76. İstehsalat titrəyişlərinin baş verməsinə səbəb olan qüvvələr ........... nəticəsində yaranır.

1) avadanlıqların hissələrinin disbalansı; 2) avadanlıqların hissələrinin fırlanması;

3) konstruktiv çatışmazlıqlar; 4) qeyri-bərabər yeyilmə;

5) avadanlıqların hissələrinin bərabər yeyilmə.

A) 1,3,4,5; B) 1,2,3,4; C) 1,2,4,5; D) 1,2,4,5; E) 2,3,4,5

77. Oktava zolaqlarının tezlikləri .......... Hs qəbul olunmuşdur.

A) 31,5; 63; 125; 250; 500; 1000; 2000; 4000 ; 8000.

B) 30; 63,5; 125; 250; 500; 1000; 2000; 4000 ; 8000.

C) 31; 63; 125; 250; 500; 1000; 2000; 4000 ; 8000.

D) 31; 63; 125; 200; 500; 1000; 2000; 4000 ; 8000.

E) 30; 60; 125; 250; 500; 1000; 2000; 4000 ; 8000.



78. 0-50 millirentgen şüalanma dozasının insan orqanizminə təsirinin nəticələri:

A) bir neçə saat ərzində ölüm; B) bir neçə dəqiqə ərzində ölüm;

C) Qan hüceyrələrinin itirilməsi, yüksək temperatur, qanaxma, saçların tökülməsi, ürəkbulanma, qusma, yorğunluq və s. 20%-ə qədər ölümlə nəticələnir (bir neçə ay ərzində);

D) Ağ qan hüceyrələrinin azalması, ürəkbulanma, qusma, 200 millirentgendə 10%-ə qədər bir neçə ay ərzində ölür;

E) Dəqiq simptomlar yoxdur

79. 10000 millirentgen şüalanma dozasının insan orqanizminə təsirinin nəticələri:

A) bir neçə saat ərzində ölüm; B) bir neçə dəqiqə ərzində ölüm;

C) Qan hüceyrələrinin itirilməsi, yüksək temperatur, qanaxma, saçların tökülməsi, ürəkbulanma, qusma, yorğunluq və s. 20%-ə qədər ölümlə nəticələnir (bir neçə ay ərzində);

D) Ağ qan hüceyrələrinin azalması, ürəkbulanma, qusma, 200 millirentgendə 10%-ə qədər bir neçə ay ərzində ölür;

E) Dəqiq simptomlar yoxdur

80. Elektromaqnit sahələrinin ( EMS ) buraxıla bilən səviyyəsi ( BBS ) yaşayış tikililəri ərazisində ......... kV /m təşkil edir.

A) 0,5; B) 1; C) 5; D) 10; E) 20.



81. Elektromaqnit sahələrindən mühafizənin əsas üsulu ............ .

A) işçilərin “zonada qalma müddəti normativlərinin” tələblərinə və sanitar – mühafizə zonalarının ( SMZ ) normativlərinə əməl olunmasıdır;

B)qeyri – metal dam örtüklərində “torpaqlanmış” metal torlardan istifadə etməkdir;

C) ötürücü tele – radio stansiyalarının işçi tezliyindən və çıxış gücündən asılı olaraq normativ üzrə SMZ-i yaradılmasıdır;

D) metal dam örtüklərinin “torpaqlanması”-dır;

E) hündürlüyü 2m-dən artıq olan ağacların əkilməsidir.



82.Sənayenin ekolojiləşdirilməsi nədir?

A)müəssisələrin nəhəngləşdirilməsi C)müəssisələrin Syinin azaldılması

B)tullantısız texnologiya D)zavodlarda daha yüksək tüstü borularının tikilməsi

E)istehsalatın ləğv edilməsi



83.Atmosferi çirkləndirən antropogen mənbələrin təsnifatlaşdırma əlamətləri:

A)təyinatına,yerləşməsinə,həndəsi formasına,iş rejiminə və yayılma məsafəsinə görə

B)texnoloji və ventilyasiya tullantıları,kölgələnmiş və kölgələnməmiş,təyinatına görə

C)hündür,aşağı,yerüstü, yayılma məsafəsinə görə, kölgələnmiş və kölgələnməmiş

D)nöqtəvi,xətti, texnoloji və ventilyasiya tullantıları, yerüstü,

E)meydançadaxili,meydançadan kənar,fasiləli,fasiləsiz,dövri



84.Troposferin əsas xüsusiyyəti:

A)temperaturun kəskin yüksəlməsidir B)təzyiqin kəskin artmasıdır

C)təzyiqin kəskin azalmasıdır D)temperaturun kəskin azalmasıdır

E)temperatur və təzyiqin sabit qalmasıdır



85.Yerin üfiqi səthinə düşən istilik miqdarı Günəşin üfuqlə təşkil etdiyi bucağın:

A)sinusu ilə düz mütənasibdir B)kosinusu ilə düz mütənasibdir.

C) sinusu ilə tərs mütənasibdir D)kosinusu ilə tərs mütənasibdir

E) tangensi ilə tərs mütənasibdir



86.Sənaye tullantıları ilə mübarizənin ən səmərəli üsulu:

A)yandırmaq B)konteynerlərdə saxlamaq C)basdırmaq D)zibilliklərdə toplamaq E)utilləşdirmək(təkrar emal)



87.Radioaktiv çirklənmə dedikdə:

A)mühitin təbii radiasiya fonunun dəyişməsi nəzərdə tutulur

B)mühitin fiziki parametrlərinin dəyişməsi nəzərdə tutulur

C) təbiətdən istifadə prosesində landşaftın və ekosistemin pozulması ilə bağlı olan çirklənmələr

D)mühitin kimyəvi xassələrinin dəyişməsi nəzərdə tutulur

E)təsərrüfat fəaliyyəti nəticəsində təbii mühitdə və ya antropogen substratda kütləvi artım nəticəsində hər-hansı bir bioloji növün qeyri-adi miqdarda çoxalması



88.Ozon qatını dağıdan element:

A)kükürd B)civə C)azot D)arqon E)xlor



89.Stasial-destruksiya çirklənməsi dedikdə:

A)mühitin təbii radiasiya fonunun dəyişməsi nəzərdə tutulur

B)mühitin fiziki parametrlərinin dəyişməsi nəzərdə tutulur

C) təbiətdən istifadə prosesində landşaftın və ekosistemin pozulması ilə bağlı olan çirklənmələr

D)mühitin kimyəvi xassələrinin dəyişməsi nəzərdə tutulur

E)təsərrüfat fəaliyyəti nəticəsində təbii mühitdə və ya antropogen substratda kütləvi artım nəticəsində hər-hansı bir bioloji növün qeyri-adi miqdarda çoxalması



90.Ən iri ekoloji fəlakətlərin baş verdiyi sənaye sahəsi:

A)neft emalı B)qaz hasilatı C)kimya sənayesi

D)yüngül sənaye E)atom energetikası

91.Troposfer 78,084% :

A)oksigendən ibarətdir B)karbon qazından ibarətdir C)molekulyar azotdan ibarətdir D)arqondan ibarətdir E) su buxarından ibarətdir



92.Aşağıdakılardan hansı fiziki çirklənməyə aiddir?

A)sututarda suyun temperaturunun antropogen dəyişməsi

B) sututarda suyun kimyəvi tərkibinin antropogen dəyişməsi

C)torpağın məhsuldarlığının azalması

D)atmosferdə karbon qazının miqdarının artması

E)biomüxtəlifliyin pozulması



93.Aşağıdakılardan hansı iqlim amili deyil?

A)Günəşin şüalanma enerjisi B) atmosfer havasının nəmliyi

C) atmosferin qaz tərkibi D) atmosfer təzyiqi

E)torpağın nəmliyi



94.Xərçəng xəstəliyi yaradan maddələr necə adlanır?

A) biogen B) abiogen C) pirogen D) hallogen E) konserogen



95. Təbiətdən səmərəli istifadə dedikdə nə nəzərdə tutulur?

A) Insanların təlabatının təmin olunmasına yönəlmiş fəaliyyət

B) Təbii ehtiyatlardan elmi əsaslandırılmış istifadəyə,onların yenidən yaradılmasına və mühafizəsinə yönəldilmiş fəaliyyət

C faydalı qazıntıların hasilatı və istifadəsi

D) insanın sənaye və təsərrüfat fəaliyyətini təmin edən tədbirlər

E) yeni texnologiyaların tətbiqi



96.Adsorbsiya nədir?

A) isti qazın axını ilə bərk cismin səthindən maddələrin aparılması prosesi

B)qaz və ya məhluldan hər-hansı maddənin maye və ya bərk cismin səth təbəqəsi ilə udulması prosesi

C)havada asılı vəziyyətdə olan bərk və maye hissəciklərindən ibarət dispers sistem

D)çirkab suyuna aşağı hissədən verilən hava qabarcıqları vasitəsilə qarışıqların səthə qalxaraq kənarlaşdırılmas.

E)tələb olunan pH-ı təmin etmək üçün suyun qələvi və ya turşu ilə emalı



97.Atmosferin qaz tərkibi:

A) 20,9%-azot,78,084%-oksigen,0,932%-arqon,0,32%-karbon qazı və digər qazlar

B)20,9%-oksigen,78,084%-azot,0,932%-arqon,0,32%-karbon qazı və s. qazlar

C) 20,9%-oksigen,78,084%-azot,0,932%-karbon qazı,0,32%-arqon və digər qazlar

D) 20,9%-oksigen,78,084%-azot,0,932%-arqon,0,32%-karbon və digər qazlar

B) 0,32%-oksigen,78,084%-arqon,0,932%-azot,20,9%-karbon və digər qazlar



98. Atmosfer havasının tərkibində azotun miqdari:

A) 78,084% B)33,7% C)20,084% D) 0,035% E)22,456%



99.Havanın maksimal nəmliyi nədir?

A)verilmiş temperaturda havanın su buxarı ilə tam doyma həddi

B)1m3 havada olan su buxarının miqdqrı

C)verilmiş temperaturda vahid zamanda buxarlanan suyun miqdarı

D)maksimal nəmliklə minimal nəmliyin fərqi

E)1m3 havadakı minimal nəmlik



100.Yer səthindən yüksəklik artdıqca troposferin temperaturu necə dəyişir?

A)0,60S/100m şaquli qradiyentlə aşağı düşür B) 0,60S/100m şaquli qradiyentlə yüksəlir

C)sabit qalır D)1,20S/100m şaquli qradiyentlə aşağı düşür

E) 1,20S/100m şaquli qradiyentlə yüksəlir



101. İnsan fəaliyyəti nəticəsində meydana gələn çirklənmələr ............ adlanır.

A) bioloji; B) təbii; C) fiziki; D) kosmik; E) antropogen.



102. Ətraf mühitin keyfiyyəti ................. deyilir.

A) təbii ətraf mühitin xassələrinin insanların təlabatına və texnoloji tələblərə uyğunluq dərəcəsinə;

B) insanların, bitkilərin və heyvanların genefondunun saxlanmasına;

C) tullantısız və aztullantılı texnoloji proseslərin həyata keçirilməsinə və istehlak proseslərinin ekolojiləşdirilməsinə;

D) insanların, bitkilərin və heyvanların genefondunun saxlanmasına, istehsal və istehlak proseslərinin ekolojiləşdirilməsinə;

E) istehsal və istehlak proseslərinin ekolojiləşdirilməsinə.



103. Atmosfer çirkləndiricilərinin 98%-i ............. payına düşür.

1) kükürd 2-oksid (SO2); 2) xlor-ftor birləşmələri; 3) bərk hissəciklər

4) müxtəlif aerozollar; 5) karbon oksid (CO).

A)1,2,3; B) 2,3,4; C)3,4,5; D)1,3,5; E) 1,2,4.



104.Çirkləndiricilər ixrac olunmasının təşkili və nəzarətinə görə ..... olur.

A) fasiləsiz və dövri; B) isti və soyuq; C) əsas, köməkçi, yardımçı;

D) təşkil olunmuş və təşkil olunmamış;

E) təmizlənmədənixrac olunan və təmizləndikdən sonra ixrac olunan.



105. Atmosferi çirkləndirən antropogen mənbələr təyinatına görə ..... olur.

A) kölgələnməmış və ya hündür, kölgələnməmış və ya aşağı, yerüstü;

B) fasiləsiz və dövri, yaylım və ani; C) meydançadaxili, meydançadan kənar;

D) nögtəvi,xətti; E) texnoloji və ventilyasiya



106. Atmosferi çirkləndirən antropogen mənbələr yaylıma məsafəsinə görə ..... olur.

A) kölgələnməmış , kölgələnməmış , yerüstü; B) fasiləsiz və dövri, yaylım və ani;

C) meydançadaxili, meydançadan kənar; D) nögtəvi,xətti;

E) texnoloji və ventilyasiya .



107. Atmosferə buraxılan maddələrin ( çirkləndiricilərin ) ümumi miqdarının azaldılması tədbirlərinə aiddir:

1) yanacaqdan istifadənin və yanacaq tərkibinin yaxşılaşdırılması;

2) ətraf mühitə mənfi təsir etməyən yeni yanacaq növlərinin aşkarlanması və istifadəsi;

3) daxiliyanma mühərrikli avtomobillər əvəzinə elektromobillərdən istifadə;

4) daha uca tüstü boruları və bacaları quraşdırılması;

5) çirkləndiricilərin neytrallaşdırılması və zərərsizləşdirilməsi.

A) 1,3,5; B)1,2,4; C) 1,2,3; D)2,3,4; E) 3,4,5.

108. Hündürlüyü 250m olan borudan çıxan tustu ....... məsafəyədək yayılır.

A) 250m; B) 2,5km; C)25km; D) 50km; E) 75km.



109. Su ilə təmizləmə prinsipi üzrə işləyən təmizləyici qurğulara aiddir:

1) skruber; 2) elektrosüzgəc; 3) köpüklü qazyuyucular;

4) siklon; 5) elektrik çökdürücüləri.

A) 1,2; B)1,3; C) 1,4; D) 4,5; E) 2,3.



110. Orta gündəlik BBQo.g .............

A) istehsalat binalarının daxilində, yəni zərərli maddələrin əmələ gəldiyi yerlərdə insanlara zərərli təsir göstərir ;

B) yaşayış məntəqələrinin atmosfer havası ilə qeyri-müəyyən zaman ərzində nəfəs alan insanlara birbaşa və ya dolayısı ilə zərərli təsir göstərmir;

C) yaşayış məntəqələrinin atmosfer havasında insan orqanizmində reflektor reaksiyalar yaratmır;

D) yaşayış məntəqələrinin atmosfer havası ilə qeyri-müəyyən zaman ərzində nəfəs alan insanlara birbaşa və ya dolayısı ilə zərərli təsir göstərmir;

E) istehsalat binalarının daxilində, yəni zərərli maddələrin əmələ gəldiyi yerlərdə insanlarada reflektor reaksiyalar yaradır.



111. Sənaye tullantıları ( ST ) dedikdə ............ nəzərdə tutulur.

A) məhsul istehsalı zamanı və ya müəyyən işin yerinə yetirilməsi zamanı meydana çıxan xammal qalıqları materiallar, yarımfabrikatlar və yaxud onların istehlak xassələrini tam və ya qismən itirinməsi ;

B) məişət əşyalarını və insan həyatının özünün amortizassiyası zamanı yaranan və məişətdə istifadə oluna bilməyən bərk maddələr;

C) müəyyən məhsulun istehsalı üçün yararsız olan xmmal növləri, istehlak olunmayan qalıqlar və yaxud maddə və enerji;

D) məhsul istehsalı zamanı və ya məişətdə yararsız vəziyyətə düşən əşya və ya digər cisimlər;

E) məişət əşyalarının amortizassiyası zamanı yaranan və məişətdə istifadə oluna bilməyən bərk maddələr.



112. Hesabat metodu ilə tullantının təhlükəlilik dərəcəsinin - Ktgöstəricisi:

A) Kt = ∑Kt.i ; B) Kt = ∑Kt.i+1; C) Kt = ∑Kt.i-1;

D) Kt = ∑Kt.i+n; E) D) Kt = ∑Kt.i-n.

113. Əvvəl əmələ gəlmiş tullantıların təkrar, bəzən dəfələrlə ardıcıl olaraq yenidən işlənməsi ........ adlanır.

A) utilizasiya; B) reutilizasiya; C) detoksikasiya;

D) proliz; E) kompostlaşdırma.

114. Fermentləşdirmə üsulu əsasən ..... zərərsizləşdirilməsində istifadə olunur

A) sənaye tullantılarının; B) radioaktiv tullantıların; C) zəhərli tullantıların; D) qeyri-üzvi tullantıları.

E) məişət tullantılarının;

115. II sinfə aid yüksək təhlükəli maddələr üçün ........ .

A) 0,1 < BBQi.z < 1, mq/m3; B) BBQi.z. < 0,1 mq/m3

C) 1 < BBQi.z < 10, mq/m3; D) BBQi.z > 10, mq/m3

E) 10 < BBQi.z < 20, mq/m3;



116. Əgər havada bir neçə eyni istiqamətli təsirə malik zərərli maddə olarsa, belə zərərli maddələrin təsiri .......... .

A) ən böyük kəmiyyət götürülür; B) ən böyükdən ən kiçiyi çıxmaqla hesablanır;

C) toplanır; D) ən böyüklə ən kiçiyi toplamaqla hesablanır;

E) ən kiçik kəmiyyət götürülür.



117. Hava mübadiləsinin dəfəliyi :

A) saat; B) saat -1; C) saat -1;

D) saat -1; D) saat1;

118. Qazların maksimal qatılığı:

A) , mq/m3; B) Xmak = 20 · H, m; C) , mq/m3; D) , mq/m3; E) , mq/m3;



119. Əgər, ƒ ≥ 100 olarsa, tullantı ....... hesab olunur.

A) isti; B) zərərli; C) zərərsiz; D) təsirsiz; E)soyuq.



120. Soyuq tullantı mənbələri üçün BBT bu düsturla hesablanır:

A) q/san; B) q/san;

C) m/san; D) q/san;

E) q/san.



121. ...... tezlikli səslər aşağı tezlikli səslər hesab olunur.

A) 350 Hs-ə qədər; B) 350 Hs-ə qədər; C) 800 Hs-ə qədər;

D) 350...800 Hs; E) 800 Hs-dən yüksək.

122. Adətən, titrəyişlər .............. yaranır.

A) maşın və mexanizmlərin hissə və qovşaqlarına daxili qüvvələrin dövri təsiri nəticəsində;

B) maşın və mexanizmlərin hissə və qovşaqlarına daxili qüvvələrin dövri olmayan təsiri nəticəsində;

C) maşın və mexanizmlərin hissə və qovşaqlarına xarici qüvvələrin dövri təsiri nəticəsində;

D) maşın və mexanizmlərin hissə və qovşaqlarına xarici qüvvələrin dövri olmayan təsiri nəticəsində;

E) maşın və mexanizmlərin hissə və qovşaqlarına xarici və daxili qüvvələrin dövri olmayan təsiri nəticəsində.



123. Səs sahələri neçə oktava zolağına ayrılır?

  1. 2; B) 3; C) 5; D) 7; E) 9.

124. Astana təzyiqi :

A) ; B) P0 = 2 x10-5 Pa; C) P = 2İr2

D); E) .

125. 200-400 millirentgen şüalanma dozasının insan orqanizminə təsirinin nəticələri:

A) bir neçə saat ərzində ölüm; B) bir neçə dəqiqə ərzində ölüm;

C) Qan hüceyrələrinin itirilməsi, yüksək temperatur, qanaxma, saçların tökülməsi, ürəkbulanma, qusma, yorğunluq və s. 20%-ə qədər ölümlə nəticələnir (bir neçə ay ərzində);

D) Ağ qan hüceyrələrinin azalması, ürəkbulanma, qusma, 200 millirentgendə 10%-ə qədər bir neçə ay ərzində ölür;

E) Dəqiq simptomlar yoxdur

126. Elektromaqnit sahələrinin ( EMS ) buraxıla bilən səviyyəsi ( BBS ) yaşayış binaları daxilində ......... kV /m təşkil edir.

A) 0,5; B) 1; C) 5; D) 10; E) 20.



127. Elektromaqnit sahələrinin ( EMS ) buraxıla bilən səviyyəsi ( BBS ) insanların az olduqları yerlərdə ......... kV /m təşkil edir.

A) 0,5; B) 1; C) 5; D) 10; E) 20.



128. İri şəhərlərdə atmosferi çirkləndirən əsas mənbə:

A)istilik elektrik stansiyalarıdır B)neft-kimya müəssisələridir

C)tikinti materialları müəssisələridir D)məişət tullantılarıdır

E)avtomobil nəqliyyatıdır



129.İnqredient çirklənmə dedikdə:

A)mühitin təbii radiasiya fonunun dəyişməsi nəzərdə tutulur

B)mühitin fiziki parametrlərinin dəyişməsi nəzərdə tutulur

C)mühitin elektromaqnit xassələrinin dəyişməsi nəzərdə tutulur

D)mühitin kimyəvi xassələrinin dəyişməsi nəzərdə tutulur

E)təsərrüfat fəaliyyəti nəticəsində təbii mühitdə və ya antropogen substratda kütləvi artım nəticəsində hər-hansı bir bioloji növün qeyri-adi miqdarda çoxalması



130.Yer səthindən yüksəklik artdıqca troposferin temperaturu necə dəyişir?

A)0,60S/100m şaquli qradiyentlə aşağı düşür B) 0,60S/100m şaquli qradiyentlə yüksəlir

C)sabit qalır D)1,20S/100m şaquli qradiyentlə aşağı düşür

E) 1,20S/100m şaquli qradiyentlə yüksəlir

131.Hansı qazın atmosferdə mövsudluğu “istixana” effekti yaradır?

A)karbon qazı B)kükürd qazı C)azot oksidləri

D)freonlar E)aerozollar

132.Şəhərlərin rolunun cəmiyyətin həyatında artması..................adlanır.

A) kommunikasiya B)innavasiya C) sənayeləşmə

D)intensivləşmə E)urbanizasiya

133.Parametrik çirklənmə dedikdə:

A)mühitin təbii radiasiya fonunun dəyişməsi nəzərdə tutulur

B)mühitin fiziki parametrlərinin dəyişməsi nəzərdə tutulur

C)təbiətdən istifadə prosesində landşaftın və ekosistemin pozulması ilə bağlı olan çirklənmələr

D)mühitin kimyəvi xassələrinin dəyişməsi nəzərdə tutulur

E)təsərrüfat fəaliyyəti nəticəsində təbii mühitdə və ya antropogen substratda kütləvi artım nəticəsində hər-hansı bir bioloji növün qeyri-adi miqdarda çoxalması



134.Günəş şüalarının yer səthindən əks olunan hissəsi:

A)maqneto adlanır B)albedo adlanır C)diatriba adlanır

D)”Günəş sabiti” adlanır E)temperatur qradiyenti adlanır

135.Ətraf mühitin antropogen çirklənməsini aşağıdakı kimi təsnifata bölmək olar:

A) kimyəvi,inqredient,parametrik,fiziki B)inqredient,parametrik,bioloji,stasial-destruksiya

C)inqredient,stasial-destruksiya,parametrik,fiziki D)kimyəvi,fiziki,stasial-destruksiya,parametrik

E)fiziki,kimyəvi,bioloji,parametrik



136. ....................... iqlim deyilir.

A) Canlı orqanizmlərin fərdi inkişafının heç olmazsa birfazasında ona birbaşa və ya dolayısı ilə təsir göstərə bilən hər-hansı mühit şəraitinə;

B) Orqanizmlərin bilavasitə və ya bilvasitə (dolayısı ilə) qarşılıqlı münasibətdə olduğu təbiət cisim və təzahürlərinə;

C) Verilmiş ərazidə coğrafi şəraitlə müəyyən olunan atmosfer təzahürlərinin çoxillik rejiminə;

D) canlı orqanizmlərin hər-hansı ekoloji amilə görə optimal zona və davamlılıq həddinə;

E) bitkilərin inkişafına kifayət qədər təsiri olan kimyəvi element və maddələrə .



137.Hansı maddələr dioksin adlanır?

A) karbon oksidləri

B) xlorkarbohidrogen sinfindən olan sintetink üzvi birləşmələr

C) bütün karbohidrogenlər

D) səthi aktiv maddələr

E) bütün yanma proseslərində alınan qazlar



138.Hava kütləsinin hərəkəti ..............nəticəsində baş verir.

A)Yerin öz oxu ətrafında fırlanması B) Yerin Günəş ətrafında fırlanması

C ) Yer səthinin qeyri-bərabər qızması və təzyiq dəyişmələri D) Yer səthinin qeyri-bərabər qızması

E) təzyiq dəyişmələri



139.Yağıntılar hansı proseslər nəticəsində baş verir?

A) kondensasiya və sublimasiya B)buxarlanma və aspirasiya

C)aspirasiya və sublimasiya D)oksidləşmə və kondensasiya

E)oksidləşmə və sublimasiya



140. .... dB-də insan eşitmə qabiliyyətini itirir.

A) 10; B) 40; C) 80; D) 120; E) 150.



141.Urbanizasiya nədir?

A) şəhərlərin böyüməsi

B) şəhərlərin rolunun cəmiyyətin həyatında artmasının tarixi prosesi

C ) şəhərlərin rolunun cəmiyyətin həyatında azalmasının tarixi prosesi

D)əhalinin kəndlərdə cəmlənməsi

E)əhalinin şəhərlərdən kəndlərə axını



142.Troposferin əsas xüsusiyyəti:

A)temperaturun kəskin yüksəlməsidir B)təzyiqin kəskin artmasıdır

C)təzyiqin kəskin azalmasıdır D)temperaturun kəskin azalmasıdır

E)temperatur və təzyiqin sabit qalmasıdır



143.Hansı qazın atmosferdə mövsudluğu “istixana” effekti yaradır?

A)karbon qazı B)kükürd qazı C)azot oksidləri

D)freonlar E)aerozollar

144.Yerin üfiqi səthinə düşən istilik miqdarı Günəşin üfuqlə təşkil etdiyi bucağın:

A)sinusu ilə düz mütənasibdir B)kosinusu ilə düz mütənasibdir.

C) sinusu ilə tərs mütənasibdir D)kosinusu ilə tərs mütənasibdir

E) tangensi ilə tərs mütənasibdir



145.Elmi-texniki tərəqqi:

A)təbiət qanunları nəzərə alınmaqla inkişaf etdirilməlidir

B)təbiətin yeni inkişaf qanunlarını müəyyənləşdirməlidir

C)təbiət qanunlarını nəzərə almamalıdır

D)təbiət qanunlarından asılı olmadan inkişaf etməlidir

E)təbii resurslardan daha intensiv istifadə etməklə inkişaf etməlidir



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə