Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə19/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   15   16   17   18   19   20   21   22   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
58 
 
EPİLEPSİYA İLƏ BAĞLI BƏZİ XƏSTƏLİKLƏRDƏ 
MRT MÜAYİNƏSİNİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ 
 
Leyla Umudova, Gülnar Məmmədova 
 
İşin rəhbəri – tibb ü.f.d. Gövhər Qasımzadə 
 
Həkimləri Dövlət Təkmilləşdirmə institutunun Şüa diqnostikası kafedrasının rezidentləri 
 
Açar sözlər: maqnit-rezonans tomoqrafiya (MRT), baş beyni, eliptogen zədələnmələr 
Giriş:  Epilepsiya  –  müxtəlif  etiologiyalı  heterogen  xəstəliklər qrupudur.   Epilepsiya  əleyhinə Beynəlxalq 
Liqanın  tövsiyələrinə  əsasən,  epilepsiya  diaqnozunun  erkən  qoyulmasında  (dəqiq  klinik  əlamətləri  və  EEQ 
görüntüləri  olan  idiopatik  epilepsiya  formaları  istisna  olmaqla)  baş  beynin  maqnit-rezonans  tomoqrafiyasının 
aparılması labüddür. 
Məqsəd: Epilepsiya ilə bağlı xəstəliklərdə MRT müayinəsinin səciyyəvi xüsusiyyətlərinin aşkar edilməsi. 
Klinik müşahidələr: 20-65 yaşda 4 xəstə müayinə edilmişdir. Bütün xəstələrə MRT aparılmışdır. 
Xəstə  A.C.,  59  yaş,  kişi.  Diaqnoz  –  kavernoz  angioma.  Aksial  FLAİR  və  koronal  T2  sekanslarında  sol 
beyin  yarımkürəsində alın payı səviyyəsində  müxtəlif görünən 13x8  mm ölçələrində damar  malformasiyası olan 
kavernoz angioma müşahidə edilir. 
Xəstə  Q.İ.,  35  yaş,  kişi.  Diaqnoz  –  mezial  temporal  skleroz  tez-tez  baş  verən  qıcolma  tutmaları  ilə. 
Tutmaların tezliyi  – həftədə 2 dəfə. Aksial  FLAİR sekansında sol və sağ (nisbətən daha zəif) hippokampuslarda 
intensivlik artımı – lokal qlioz izlənilir. Hippokampuslar assimetrikdir. Koronal FLAİR sekansında solda nisbətən 
genişlənmiş gyrusun olduğunu göstərir və bu hal onun atrofiyaya uğradığı kimi qiymətləndirilir. 
Xəstə Q.İ., 20 yaş, kişi. Diaqnoz – sağtərəfli hemimeqalensefaliya tez-tez baş verən qıcolma tutmaları ilə. 
Aksial  DWI,    aksial  T1,  T2  sekansında  baş  beynin  sağ  yarımkürəsində  displastik  qalın  korteks  və  beyin 
mədəciyinin genişlənməsi əlaməti mövcuddur. 
Xəstə  K.Ə.,  40  yaş,  kişi.  Diaqnoz  –  sağtərəfli  şizencefaliya  nadir  baş  verən  epitutmalarla.  Aksial  DWI, 
aksial T1, T2 sekansları  sağ beyin  yarımkürəsində beyin qişası  ilə sağ  yan  mədəciyi  birləşdirən açıq dodaq tipli 
yarığı aşkar etdi. 
Nəticə:  Epilepsiya  ilə  bağlı  adı  çəkilən  xəstəliklərdə  epitutmaları  yaradan  baş  beynin  strukturunun 
morfoloji  dəyişikliklərini  vaxtında  aşkar  etməyə  imkan  verən    MRT  müayinəsinin  bəzi  səciyyəvi  xüsusiyyətləri 
aşkar  edilmişdir:  baş  beynin  hemimeqalensefaliyası    ilə  bağlı  hallarda  daha  yüksək  informativliyə  malik    aksial 
DWI,  aksial T1, T2; mezial temporal sklerozda – aksial FLAİR; kavernoz angiomada – aksial FLAİR və koronal 
T2* sekansları malikdir. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
59 
 
ATUREK - 5: Endokrinologiya bölməsi 
 
DİABETİK NEYROPATİYANIN FUNKSİONAL TƏNƏFFÜS TESTLƏRİNƏ TƏSİRİ 
 
Rezident: Hülya ABBASOVA,Aynurə ABDULLAYEVA 
 
İşin rəhbəri:Ass. R.Tariverdiyeva 
 
ATU Tədris Terapevtik klinika 
III daxili xəstəliklər kafedrası 
 
Açar sözlər:Diabet,neyropatiya,funksional tənəffüs testləri. 
Məqsəd:Bu  tətqiqat  diabetik  neyropatiyası  olan  və  olmayan  tip  2  diabetli  xəstələrin  funksional  tənəffüs 
testlərini və metabolik parametrlərini qarşılaşdırmaya əsaslandırılmışdır. 
Giriş:Diabetik  mikroangiopatiyalara  bağlı  avtonom  neyropatiya  diabet  xəstələrinin  təqribən  30%də 
görülməkdədir.Diabetik  neyropatiya  ağ  ciyərlərdə  daha  çox  restriktiv  tip  obstruksiyaya  səbəb  olur.Diabetik 
neyropatiyalı  xəstələrdə  bronxomator  tonusda  və  fərqli  qeyri  spesifik  vasitələrə  qarşı  yüksək  həssaslıqla  bağlı 
anormallıqlar  gözlənilməkdədir.Diabetik  neyropatiyanın  ciddiyətinə  görə  periferik  və  mərkəzi  kimyəvi  həssaslıq 
cavabında  fəqliliklər  izlənilir.Bu  fərqliliklərin    CO2-ə  neyromuskulyar  və  respirator  cavabla  əlaqəli  olduğu 
düşünülür. 
Material  və  metodlar:5  ildən  artıq  tip  2  diabetik  polineyropatiyası  olan  40  xəstə  və  polineyropatiyası 
olmayan  40  xəstə  olmaqla  2  qrup  xəstə  tətqiqata  alındı.Xəstələrin  ortalama  yaşı  59±10,  ortalama  DM  yaşı10±5 
ildir. Müalicə olaraq xəstələrin 57.5% i oral antidiabetik (OAD), 42.5% i insulin istifadə edirdi. 
Bilinən tənəffüs sistemi xəstəlikləri olan xəstələr tətqiqata alınmadı.Xəstələrin demoqrafik özəllikləri qeyd 
edildi.Rutin  biokimyəvi  parametrlər  yoxlanıldı.Spirometriya  ilə  tənəffüs  funksiyaları  yoxlanıldı.Ölçmələr 
American  Thorasic  Society-nin  (ATS/ERS)  2005  önərilərinə  əsasən  dəyərləndirildi.Neyropatiya  diaqnozu  EMG 
ilə  qoyuldu.Əldə  edilən  nəticələr  SPSS  paket  proqramı  ilə  dəyərləndirildi.FVC>80%,FEV/FVC>70%  olan 
nəticələr restriktiv tipdə tənəffüs pozğunluğu olaraq qəbul edildi. 
Xəstələrin funksional tənəffüs testləri yoxlanıldıqda bütün qrupda 
(%FVC):94.40±17.57,(FEV1):95.97±19.38,FEV1/FVC:83.60±7.26,(FEF)85.05±22.99 idi. 
FEV1/FVC nisbəti 70 hissəsində  bu nisbətin 70< olduğunu gördük. 
 
 
Diyabetik neyropatiyası olan ve olmayan xəstələrin ümumi özəllikləri və 
TFT nəticələrinin qarşılaştırılması 
Parametr 
D.Polineyropatiyası 
olan 
D.Polineyropatiyası 
olmayan 
P dəyəri 
Yaş 
62,63±9,53 
57,03±9,55 
0,012 
Cinsiyyət(q/k) 
25/15 
29/11 
0,237 
DM yaşı (il) 
12,65±5,73 
8,87±5,27 
0,003 
Müalicə (OAD/insulin) 
17/23 
29/11 
0,07 
BKİ(kg/m²) 
34,84±6,56 
35,68±8,84 
0,63 
AQŞ(mg/dll) 
190,23±65,6 
184,23±68,83 
0,691 
HbA1c(%) 
8,19±1,47 
7,45±1,75 
0,047 
FVC(%) 
89,65±16,55 
99,15±17,47 
0,015 
FEV1(%) 
91,05±20,06 
100,9±17,56 
0,022 
FEV1/FVC 
82,7±8,66 
84,5±5,5 
0,271 
PEF(%) 
56,03±17,24 
69,1±21,39 
0,003 
FEF 25-75(%) 
81,95±25,43 
88,15±20,11 
0,23 
FEV1(%) 
91,05±20,06 
100,9±17,56 
0,022 
FEV1/FVC 
82,7±8,66 
84,5±5,5 
0,271 
PEF(%) 
56,03±17,24 
69,1±21,39 
0,003 
FEF 25-75(%) 
81,95±25,43 
88,15±20,11 
0,230 
 
Nəticə:  Beləliklə  diabetik  neyropatiyanın tənəffüs  funksiyalarını restriktiv tip obstruksiya  ilə  pozuduğunu 
gördük.Təcrübəmizdə polineyropatiyası olmayan qrupda da tənəffüs funksiyaları olduqca pozulmuşdur.Son nəticə 
olaraq  periferik  neyropatiya  meydana  çıxmamışdan  əvvəl,avtonom  neyropatiyanın  da  ağciyər  funksiyalarının 
pozulmasına səbəb olabiləcəyini vurğuladıq. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə