ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
62
PIYLƏNMƏSI OLAN PCOS QADINLARIN MÜALICƏSINDƏ
TƏK YÜKSƏK DOZA LIRAGLUTIDƏ QARŞI METFORMIN ILƏ BIRLIKDƏ AŞAĞI DOZA
LIRAGLUTIDIN QISAMÜDDƏTLI ISTIFADƏDƏ EFFEKTIVLIYININ
QIYMƏTLƏNDIRILMƏSI: META ANALIZ
Rezident: İ.İ ƏLİYEVA
İşin rəhbəri: Dos. T.ü.f.d. A.H. MUSTAFAYEVA
ATU Tədris Terapevtik klinika
III daxili xəstəliklər kafedrası
Açar sözlər: PCOS, Liraglutid, Metformin, piylənmə
Giriş: Liraglutid piylənmə əleyhinə dərman vasitəsi kimi təsdiq edilmişdir. Metforminin çəkiyə təsiri
neytral olub, GLP-1 agonistlərin terapevtik təsirini artıra bilər. Biz piylənməsi olan PCOS qadınlarda 3 mg
Liraglutidlə monoterapiyaya (LİRA) qarşı Metformin ilə birlikdə 1.2 mq Liraglutidin (COMBO) çəki azaltmaq
potensialını müqayisə etdik.
Metod: PubMed və ClinicalTrials.gov elektron səhifələrin məlumat bazasından istifadə etməklə 12 həftə
müddətində aparılmış 2 retrospektiv çalışmanın meta analizi
Nəticə: Çalışmaların meta analizi göstərdi ki, Hər iki müalicə üsulu əhəmiyyətli çəki itkisinə səbəb
olmuşdur
(-3.6 ± 2.5 kg, p = 0.002 - COMBO ; -6.3 ± 3.7 kg, p = 0.001 - LIRA3).
BKİ və bel çevrəsinin azalması
LİRA3-də COMBO ilə müqayisədə daha çox idi. (müvafiq olaraq,LİRA3 -2.2 ± 1.3 və -1.3 ± 0.9 kg / m2, p =
0.05 ; COMBO -4.2 ± 3.4 və -2.2 ± 6,2 sm, p = 0.014). Hər iki müalicə üsulu post-OGTT qlükoza səviyyəsinin
əhəmiyyətli azalması ilə nəticələnmişdir. COMBO əhəmiyyətli dərəcədə total testosteronun azalmasına səbəb
olmaqla yanaşı daha az əlavə reaksiya (bulantı) vermişdir.
Müzakirə: Çalışmaların meta analizindən məlum oldu ki, hər iki müalicə üsulunun qısamüddətli tətbiqi
piylənməsi olan PCOS qadınlarda əhəmiyyətli çəki itkisinə səbəb olub, bu göstərici LIRA3-də COMBO-dan üstün
olub. Lakin COMBO çəki azalması ilə yanaşı androgen profilini düzəltmiş və daha yaxşı tolerə edilmişdir. Məhz
bu təsirini nəzərə alaraq COMBO-nu (Metformin ilə birlikdə 1.2 mq Liraglutid) piylənməsi olan PCOS qadınlarda
daha effektiv hesab etmək olar.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
63
КОРРЕКЦИЯ НАРУШЕНИЙ МЕНСТРУАЛЬНОГО ЦИКЛА У БОЛЬНЫХ СД II ТИПА
Аян АГАЕВА
Научный руководитель: доц. Сабина Мешадиева
АМУ УТК, Кафедра внутренних болезней III
Ключевые слова: сахарный диабет II типа, инсулинорезистентность, нарушение менструального
цикла, препарат "Глюкофаж", препарат "Галвус Мет".
Введение: Сахарный диабет (СД) считают "неинфекционной эпидемией", которая в настоящее
время охватила более 350 млн. человек в мире. На долю СД II типа приходится около 95% от общего числа
больных. Заболеваемость СД наиболее высока в развитых странах: Скандинавские страны, США. СД II
типа молодеет и с каждым годом среди больных увеличивается количество молодых женщин
репродуктивного возраста. Зачастую женщины обращаются к врачу с жалобами на нарушение
менструального цикла, впоследствии по результатам лабораторных методов исследований у них
выявляется СД II типа. Возникновение СД ведет к комплексу сложных вегетативных, обменно-
эндокринных, психоэмоциональных расстройств, что в итоге негативно сказывается на репродуктивном
здоровье женщины.
Цель исследования: Выявить и откорректировать нарушения менструального цикла у больных СД
II типа.
Материалы и методы: Для исследования были выбраны истории болезней 29 женщин больных СД
II типа репродуктивного возраста, обративщихся в клинику с 01.01.2012 по 12.31.2016 с жалобами на
нарушение менструального цикла. Истории болезней были разделены на 2 группы: в первой группе для
лечения принимался препарат "Глюкофаж", во второй группе - "Галвус Мет". Первую группу составили 24
женщины, вторую - 5. В каждой группе был рассчитан средний индекс HOMA-IR (Homeostasis Model
Assessment of Insulin Resistance) до и после лечения. HOMA-IR = инсулин натощак (мкЕд/мл) x глюкоза
натощак (ммоль/л)/22,5. В первой группе средние индексы HOMA-IR до и после лечения соответственно
равны 5,11 и 3,17. Во второй группе - 5,45 и 4,04 соответственно.
Выводы: Оба препарата эффективны в лечении нарушений менструального цикла у больных СД II
типа , так как в обеих группах индексы HOMA-IR уменьшились. Мы продолжим исследование в этом
направлении.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
64
VON-HIPPEL LINDAU XƏSTƏLİYİ VƏ FEOXROMOSİTOMA
Rezident:Fidan Qulu
İşin rəhbəri: Xəyyam Eyvazov
Respublika Diaqnostika Mərkəzi
Açar sözlər:Feoxromositoma,von-hippel lindau sindromu,adrenalektomiya
Giriş:Von-hippel Lindau sindromu 3p25 xromosomunda yerləşən VHL tumor suppressor geninin
mutasiyası ilə yaranan autosom dominant ailəvi neoplastik sindromdur. Bu xəstəlik qeyri-düzgün damar
proliferasiyası və renal hüceyrə karsinoması, feoxromositoma, mərkəzi sinir sisteminin hemangioblastoması,
endolimfatik kisənin şişləri, böyrək, qaraciyər və pankreas kistləri, epididimal sistadenoma, pankreasın
neyroendokrin şişləri, retinal angioma ilə xarakterizə olunur. Burada Von-Hippel Lindau sindromlu
feoxromositoma xəstəsini təqdim edəcəyik.
Materialllar və metodlar: 23 yaşlı qadın son 3 ay ərzində təzyiq yüksəlməsi(180\110),baş
ağrıları,tərləmə,hərəkət zamanı artan ürək döyüntüləri ilə klinikamıza müraciət etmişdir. Xəstə bizə müraciət
edənə qədər digər klinikalarda müxtəlif zamanlarda müayinə və müalicə olunmuşdur. 2015 ci ilin yanvarında sol
gözünün qəfləti olaraq görməməsi səbəbiylə oftalmoloqa müraciət etmiş və əməliyyat olunmuşdur. Bu hadisədən
sonra müxtəlif zamanlarda təkrari sağ və yenə sol gözdə görmə pozğunluğu olmuşdur. Həkim-oftalmoloq gözdə
olan təkrarlanan hemangioblastomalara əsasən Von-HİPPEL Lindau sindromu diaqnozunu qoymuşdur.
Klinikamızda qarın MRT olunan xəstədə sağ böyrəküstü vəzi lojasında 51*43 mm ölçülü törəmə (feoxromositoma
lehinə) aşkarlandı. Bu xəstəlik digər orqanlarda, cox hallarda mərkəzi sinir sistemində aşkarlana bildiyi üçün,
profilaktik məqsədlə klinikamızda beyin MRT olundu. Beyində heç bir patologiya aşkarlanmadı, ancaq sagital
kəsikdə boyunda lezyon görüldü. Servikal MRT-nin nəticəsində intramedulyar yerləşimli iki ədəd
hemangioblastoma C4-C5 20*10mm (5*5mm kistik) və Th2-Th3 8*7mm (solid) və medulyar ödem aşkarlandı.
Xəstə qəbul olunarkən klinikamızda laborator analizlər də edildi. Qan analizlərinin nəticəsi normal idi.
Sutkalıq sidik analizində yoxlanılan epinefrin,norepinefrin,metanefrin,normetanefrin hormonları da normal gəldi.
Sidikdə olan katexolaminlərin normal gəlməsinə baxmayaraq,klinik olaraq feoxromositomaya oxşadığı və
törəmənin ölçü olaraq əməliyyata göstərişi olduğu üçün əlavə analizlər istənmədi.Xəstənin təzyiqini
normallaşdırmaq üçün 2 həftəlik preoperativ müalicə təyin olundu.Feoxromositoma ön diaqnozu ilə
sürrenalektomiya planlandı.Histopatoloji feoxromositoma ön diaqnozunu təsdiqlədi.Xəstənin əməliyyatsonrası heç
bir şikayəti yox idi.
Nəticə:1.Erkən diaqnoz bu tip xəstələr üçün çox önəmlidir. Ona görə də Von-hippel Lindau sindromu olan
insanlar vaxtaşırı profilaktik məqsədlə skrininq olunmalıdırlar. Çünki şiş xəstə yaşadığı müddətcə müxtəlif
orqanlarda ilk dəfə və ya yenidən yarana bilər.
2.Sidikdə baxılan standart katexolaminlərin normal olması feoxromositomanı inkar etdirmir.
Dostları ilə paylaş: |