ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
67
AZƏRBAYCANDA PSIXOFARMAKOLOJI PREPARATLAR ILƏ ZƏHƏRLƏNMƏLƏR
Leyla FƏTULLAYEVA, Aysel AYDƏMİROVA
İşin rəhbəri: dos. İsmayıl ƏFƏNDİYEV
ATU-nun II Daxili xəstəliklər kafedrası, SN-nin Respublika Toksikoloji Mərkəz
Açar sözlər: psixofarmakoloji preparatlar, epidemiologiya, zəhərlənmə, Azərbaycan
Giriş: Kəskin kimyəvi mənşəli zəhərlənmələr ictimai səhiyyənin əhəmiyyətli qlobal
problemlərindən biridir
Tədqiqatın məqsədi: Azərbaycanda psixofarmakoloji preparatlar ilə zəhərlənmələr intoksiko-
epidemioloji strukturunun təhlil edilməsidir.
Material və metodlar: SN-nin Respublika Toksikoloji Mərkəzində 2009-2016-cı illərdə stasionar
müalicə almış bütün kəskin psixofarmakoloji preparatlar ilə zəhərlənmə hadisələrin materialları təhlil
olunmuşdur.
Nəticə: Kəskin psixofarmakoloji preparatlar ilə zəhərlənən xəstələrin ümumi sayı 3413 nəfər, yəni
kəskin tibbi təyinatlı maddələr ilə zəhərlənmə hadisələrin (XBT-10 T36-T50 kodları) 48,3%-ni təşkil
edirdi.
Bütün yaş qruplarında qadınların say qeydiyyatı üstünlük təşkil etmiş, xəstələrin çoxu isə (1114
nəfər və ya bütün xəstələrin 32,6%-i) 15-24 yaşlarında idi (p>0,05).
Zəhərlənmələr arasında ən böyük pay, T42 rubrikasında benzodiazepine preparatları(35,8%), T43
rubrikasındaisə - antipsixotik və neyroleptik preparatlar (19.2%) təşkiletmişdir.
Benzodiazepinlərin arasında isə birinci və ikinci sıra yerləri fenazepam (71,0%) və
klonazepam(16,6%) preparatlarına məxsus idi.
Bundanbaşqa T42 rubrikasının kohortunda 120 zəhərlənmə hadisəsi (5,5%) müalicəvi təsirinə
görə benzodiazepinlərə oxşar olan “Z” adlanan qrupda şərtlənmiş preparatlarla əlaqəli idi(zolpidem və
zopiklon).
Antipsixotik və neyroleptik preparatlar ilə zəhərlənmələr arasında tioridazin, trifluopirazin,
levomepromazin, xlorpromazin və perisiazin preparatların bu qrupda bütün zəhərlənmə hadisələrin
91%-i təşkiledirdi.
Barbituratlar isə toksikliyinə və terapevtik dozasınında rspektrli olmasına görə hal-hazırda
epilepsiya əleyhinə və yuxu gətirici vasitə kimi əhəmiyyətini itirmişdir. T42 rubrikasında təsnifolunmuş
bütün zəhərlənmə hadisələrin yalnız 4,9%-i, barbituratların qəbulu ilə əlaqəli idi (əsasən fenobarbitalla).
İminostilbenlərlə zəhərlənmələr qrupundan yalnız karbamazepin preparatı ilə intoksikasiyalar
təşkil edirdi. Həmin kohortda xəstələrin çoxu bu dərmanı həkim təyinatına əsasən qıcolma əleyhinə
preparat kimi qəbul edirdilər.
Kəskin trisiklik antidepressantlar ilə intoksikasiyalar 91,5%-i amitriptillin ilə zəhərlənmə halları
kimi təqdim olunub. Antidepressantlar və serotonin gerialınma inhibitorları ilə intoksikasiyalar
nisbətən azsayda idi (T43 rubrikasında bütün zəhərlənmə hadisələrin 4,6%-i).
Buterofenon və tioksantentörəmələri arasında birinci yeri haloperidol ilə zəhərlənmə halları
81,3% təşkil edirdi. Digər antipsixotik və neyroleptik preparatlar ilə zəhərlənmə qrupunda birinci yer
klozapin preparatı ilə intoksikasiyalara məxsus idi – cəmi 83 xəstəvəya 47,1%.
Yekun: Azərbaycanda tibbi təyinatlı maddələr ilə kəskin intoksikasiyalar arasında birinci yeri
psixofarmakoloji preparatlar ilə zəhərlənmələr tutur.
Psixofarmakoloji preparatların satışına gücləndirilmiş nəzarət, bir qutuda dərmanların sayının
azaldılması, eləcədə əhalinin həssas qruplarına diqqətin artırılması ilə Azərbaycanın toksiko-
epidemioloji strukturunda bu tip zəhərlənmə halların azaldılmasına imkan verərdi.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
68
ŞİZOFRENİYANIN PARANOİD FORMASINDA DEPRESSİV POZUNTULARIN
KLİNIİASI VƏ MÜALİCƏSI
Reyhan ZÜLFÜQAROVA
İşin rəhbəri: t.e.d. T.Ə. QAFAROV
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkminləşdirmə İnstitunun psixiatriya və narkologiya kafedrası
Açar sözləri: şizofreniya paranoid forma, depressiv pozuntular, klinika, müalicə.
Giriş: Şizofreniyanın paranoid formasının inkişafının müxtəlif mərhələlərində depressiv pozuntular
müşahidə oluna bilər. Baxmayaraq ki, XBT- 10-cu baxışında " Şizofreniya zamanı depressiya" adlı kod yoxdur,
şizofreniya xəstələrində müşaidə edilən depressiv pozuntular aktual problem olaraq qalır. Depressiv pozuntuların
şizofreniya zamanı əhəmiyyəti ondan ibarətdir ki, pozitiv simptomların kəskinliyi və stabilliyindən asılı
olmayaraq, xəstəliyin gedişatını, xəstənin psixososial adaptasiyasını çətinləşdirir və suisidal cəhdlərə və ya
suisidlərə səbəb olur.
Məqsəd: İşin məqsədi şizofreniyanın paranoid formasında depressiyanın kliniki mənzərəsini və müalicəsini
tədqiq etməkdən ibarət olmuşdur.
Material və metodlar: Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya xəstəxanasında müalicədə olan 21 nəfər
paranoid şizofreniyalı xəstə müayinə edilmişdi. Onların yaşı 29-60 il arasında dəyişmişdir. Xəstələrin 8 kişi, 13
qadın olmaqla, yanaşı digər ağır somatik və psixi pozuntu müəyyən edilməyib. Xəstələrdə depressiv əlamətlərin
ağırlığı Kalqari şkalası vasitəsi ilə təyin edilmişdi.
Nəticə: Xəstələrin Kalqari şkalası ilə sorğusu zamanı onlarda depressiyanın müxtəlif növləri və dərəcələri
aşkar olunmuşdur. Xəstələrin 1/3-də bu pozuntular uzun müddət dəyişilməz olaraq qalır. Şizofreniyanın
kəskinləşmə dövründə mövcud olan eşitmə psevdohallüsinasiyalara və sayıglama pozuntularına onlar böyük təsir
göstərir. Bu xəstələrdə onların özünü günahlandıran səslərin eşidilməsi, özünü kiçiltmə, özünü günahlandırma və
s. sayıqlamalar müşahidə olunur. Müalicə neyroleptiklər və antidepressantların birgə tədbiqindən ibarətdir.
Xüsusilə atipik neyroleptiklər (risperidon, olanzapin, kvetiapin və s.) və serotonin geriyə alınmasının selektiv
inhibitorlarından (fevarin, sitalopram, sertralin, paroksetin və s.) istifadə olunur. Bununla yanaşı koqnitiv-davranış
psixoterapiyanın tədbiqi zəruridir.
Müzakirə: Şizofreniyanın paranoid forması zamanı depressiv pozuntuların aşkarlanması və kliniki
cəhətdən dəyərləndirilməsi xəstəliyin müalicəsinin daha effektiv olmasına imkan yaradır. Aldığımız məlumat
ədəbiyyatlarla uzlaşır. Buna baxmayaraq, gələcəkdə bu tədqiqatların daha çox xəstədə aparılması məqsədəuyğun
hesab edilməlidir
Dostları ilə paylaş: |