ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
73
PERİKARDİAL EFFUZİYANIN NADİR SƏBƏBİ: RABDOMİOSARKOMA
Elvira BABAŞOVA
İşin rəhbəri: Fərid ƏLİYEV
ATU Ürək Damar Mərkəzi
Açar sözlər: perikardial effuziya, perikardial tamponada, rabdomiosarkoma,
Giriş: Ürəyin birincili bəd xassəli törəmələri (BT) nadir hallarda müşahidə olunan
patologiyalardır. Rabdomiosarkoma uşaqlarda ən çox rast gəlinən BT olub, bütün yaş qruplarındakı
kardiak sarkomalar arasında 2. yeri tutur. Burada müalicəyə rezistent PE ilə prezentasiya olunmuş
rabdomiosarkomalı gənc xəstənin klinik seyrini təqdim ediləcək.
Materiallar və metodlar: Xəstəlik anamnezi olmayan 32 yaşlı qadın, kəskin respirator
infeksiyadan sonra, son 1 ayda başlayan təngnəfəslik, çəki artımı şikayəti ilə müraciət etmişdir. Ultrasəs
müayinələrində perikardial effuziya və Duqlas boşluğunda maye aşkarlanmış, bu səbəbdən
mərkəzimizə müraciət etmişdir. Hemodinamik göstəriciləri stabil olan xəstənin fiziki müayinəsində
ağciyərlərin aşağı paylarında zəifləmiş vezikulyar tənəffüs eşidilir.EKQ-də patoloji dəyişiklik izlənilmir.
ExoKQ-də tamponadaya səbəb olan PE izlənilir, bundan əlavə struktur dəyişikliyi qeyd edilmir.
Perikardiosintez icra olunaraq 700ml hemorragik maye boşaldılmışdır. Eksudat xarakterli mayedə
atipik hüceyrələr aşkarlanmamış, kultivasiyada mikroorqanizm inkişaf etməmişdir. xəstənin perikard
maye təhlilində eksudat xarakterli olduğu aşkarlandı. İbuprofen və kolxisin müalicəsi ilə evə yazılan
xəstə 2 ay sonra təkrar eyni şikayətlərlə müraciət etdikdə torakal KT müayinəsi icra edilmiş və PE və
miokardda yeni törəmə aşkarlanmışdır. Cərrahi əməliyyat planlansa da şişin ətraf toxumalara dərin
invaziyası səbəbi ilə icra oluna bilməmişdir. Şiş toxumasının patohistoloji müayinəsi nəticəsində
rabdomiosarkoma diaqnozu qoyulmuşdur. Radikal heç bir müalicə verilə bilməyən xəstə 1 ay sonra
həyatını itimişdir.
Nəticə: Rabdomiosarkoma nadir rast gəlinən BT olub, ürəyin birincili BT-nin 25%-ni təşkil edir.
Ətraf toxumalara invaziya olunana qədər asimptomatik qalan rabdomiosarkoma adətən perikard
invaziyası ilə əlaqədar PE və tamponada ilə nəticələnir. PE-nin xüsusilə "sağlam" gənc şəxslərdə əsas
səbəbi viral infeksiya olması, xəstəmizin anamnezində də kəskin respirator infeksiyanın olması və
effuziyanın laborator müayinələrində atipik hüceyrələrin olmaması səbəbi ilə viral perikardit ilkin
diaqnoz olaraq düşünülmüşdür. Təkrarlayan PE-li xəstələr diqqətli dəyərləndirmə tələb edir və yalnız
anamnestik məlumatlara əsaslanan empirik müalicə diaqnoz və müalicə tədbirlərinin gecikməsinə
səbəb olur. Bu səbəbdən müalicəyə rezistent və ya müvafiq müalicəyə baxmayaraq təkrarlayan PE-li
xəstələrdə PE-nin rabdamiosarkoma kimi nadir bütün səbəbləri nəzərə alınmalıdır.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
74
İNFEKSİON ENDOKARDİTİN NADİR TÖRƏDİCİSİ: KOCURİA ROSEA
Sevinc ƏLİYEVA
İşin rəhbəri: Fuad SƏMƏDOV
ATU TTK, I Daxili xəstəliklər və Reanimatologiya kafedrası
Açar sözlər: Kocuria rosea, infeksion endokardit, mitral çatışmazlıq, mitral qapaq protezləşməsi
Giriş: Kocuria infeksiyaları çox nadir hallarda metabolik, hematoloji və bədxassəli xəstəliklər səbəbindən
immunsupressiv olan xəstələrdə rast gəlinir. Bu törədicilərin nadir hallarda beyin absesləri, meningitlər,
pnevmoniya, ventrikulyar şunt infeksiyaları və peritoneal dializ xəstələrində isə peritonitə səbəb olduğu
bildirilmişdir. Burada Kocuria rosea (KR) tərəfindən törədilmiş infeksion endokarditli (İE) xəstəni təqdim
edəcəyik.
Material və metodlar: Son 8 ay ərzində yüksək hərarət şikayəti ilə uzun müddət antibiotikoterapiya
almasına baxmayaraq yaxşılaşma əldə oluna bilməyən 48 yaşlı qadın transtorakal exokardioqrafiya zamanı mitral
qapaq üzərində vegetasiya şübhəsiylə kardiologiya şöbəsinə qəbul olunmuşdur. Transezofageal
exokardioqrafiyada (TEE) mitral qapağın arxa tayı və sol atrium divarı üzərində vegetasiya, ağır dərəcəli
ekssentrik mitral çatışmazlıq izlənilmişdir. Laborator analizdə qanda leykositoz (17×10
9
/L), CRZ 70,5 mg/dl
aşkarlandı. Empirik antibiotikoterapiyadan ( Seftriaxon 1,0 gr 2 dəfə, Gentamicin 160 mg 1x1 ) əvvəl hemokultura
üçün 3 fərqli venadan qan nümunəsi götürüldü və aerob kulturaların ikisində KR inkişaf etdi. Təqib müddətində
antibiotikoterapiya fonunda xəstənin temperaturları normallaşdı, iltihab göstəricilərində enmə müşahidə olundu (
leykositoz (12×10
9
/L),CRZ 25,6 mg/dl). Təkrari hemokulturada mikroorqanizm inkişaf etmədi. 2 həftə sonra
təkrari TEE-də vegetasiyaların ölçüsündə və mitral çatışmazlıqda müsbət dinamika izlənmədiyindən cərrahi
müdaxilə tövsiyə olundu və mitral qapaq protezləşməsi əməliyyatı icra olundu.
Nəticə: Təqdim etdiyimiz xəstə üç cəhətdən diqqətədəyərdir. İlk olaraq xəstəmizdə KR tərəfindən törədilmiş
İE inkişaf etmişdir. KR, İE-nin nadir törədicisi olub bu vaxta qədər tibbi ədəbiyyatda Kocuria cinsi tərəfindən
törədilmiş 15-ə qədər İE-li xəstə bildirilmişdir ki, bu xəstələrin yalnız üçündə KR patogen mikroorqanizm
olmuşdur. Digər mühüm cəhət isə immunsupressiv xəstələrdə patogen törədici olaraq tanınan KR-nin
immunkompetent xəstədə İE-yə səbəb olmasıdır. Xəstəmizdə immunsupressiyaya səbəb olan hər hansı yanaşı
xəstəlik və ya müalicə olmamışdır. Üçüncü cəhət isə, mitral çatışmazlıq axımı istiqamətində infeksion prosesin sol
qulaqcıq divarına doğru inkişaf etməsidir. Sol qulaqcıqda vegetasiyaların məhz ekssentrik MÇ axımının təmas
etdiyi divarda inkişafı hadisənin yayılmasında MÇ axımının roluna diqqət çəkir. İE-li xəstələrdə yalnız qapaqlar
deyil, eyni zamanda ürək boşluqlarının da infeksion prosesə cəlbi baxımından dəyərləndirilməsi fəsadların
azaldılması baxımından əhəmiyyətlidir.
Dostları ilə paylaş: |