ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
77
ENERJİ İÇKİLƏRİNİN NADİR AĞIRLAŞMASI - MƏDƏCİK TAXİKARDİYASI
Fəridə EMİNLİ
İş rəhbəri: Fərid ƏLİYEV
ATU TTK, ÜRƏK DAMAR MƏRKƏZİ
Açar sözlər: Enerji içkisi, mədəcik taxikardiyası,
Giriş: Mədəcik taxikardiyası (MT) kardiovaskulyar səbəbli ölümlərin əsas səbəblərindən olub,
miokard infarktı, kardiomiopatiyalar, miokardit kimi miokardda baş verən struktur dəyişiklikləri
nəticəsində inkişaf edir. Bu yazıda isə enerji içkisi (Eİ) qəbulu ilə əlaqədar həyat üçün təhlükəli MT-dən
əziyyət çəkən gənc təqdim olunacaq.
Materiallar və metodlar: 28 yaşlı kişi ürəkdöyünmə şikayətləriylə müraciət etmişdir. Xəstə
şikayətlərinin Eİ qəbulundan sonra, fiziki aktivlikdən asılı olmadan ortaya çıxdığını və spontan
sonlandığını qeyd etmişdir. Qəbul əsnasında çəkilən EKQ-də və monitor müşahidədə davamsız MT
epizodları izlənilmişdir. 48 saatlıq EKQ Holter monitorizasiyasında çox sayıda davamlı və davamsız
MT izlənilmişdir. Laborator analizlər norma daxilində olmuşdur. Kardiak MRT müayinəsində struktur
dəyişikliyi inkar olunmuşdur. Amiodaron 400mg\gün fonunda fiziki yük sınağı aparıldı və MT
izlənilmədi. Amiodaron istifadəsi sonlandırıldı və Bisoprolol 2.5mq 2 dəfə başlandı. Bisoprolol
müalicəsi altında aparılan EKQ Holter monitorizasiyasında və fiziki yük sınağında MT izlənilmədi.
MT-nin Eİ təsirindən inkişaf etdiyi düşünüldü, xəstə Bisoprolol 2.5 mg ilə evə yazıldı, Eİ qəbul
etməməsi tövsiyə olundu. Ambulator təqiblərdə MT epizodu müşahidə olunmadı.
Nəticə: Eİ-lər daha çox yeniyetmələr və gənclər arasında istifadə oluan və tərkibində yüksək
dozada koffein, taurin, guarana və s. olan içkilərdir. Eİ istehsalçıları tərəfindən günlük 1 qutudan artıq
istifadə olunmaması tövsiyə olunsa da, çox vaxt bu xəbərdarlıq ciddi qəbul olunmur. Təqdim etdiyimiz
klinik hal "sağlam" gəncdə Eİ qəbulu nəticəsində həyati təhlükəli fəsadların yarana biləcəyini
göstərməsi baxımından əhəmiyyətlidir. Tibbi ədəbiyyatda təqdim etdiyimiz xəstə kimi Eİ qəbulu
nəticəsində MT inkişaf edən, hətta ölümlə nəticələnən hallar bildirilmişdir. Bəzi ölkələrdə əlavə təsirləri
səbəbi ilə satışı qadağan olunmuş bu içkilərlə əlaqədar gənclərimiz arasında maarifləndirici işlərin
aparılması yeniyetmə və gənclərimizi lazımsız və vaxtsız ürək-damar xəstəliklərindən qorumaqda
faydalı ola bilər.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
78
МИОЭКТОМИЯ ПРИ ВЕХУШЕЧНОЙ ГКМП
Шафаг МУСТАФАЕВА
Научный руководитель: Эльнур ИСАЕВ, Камран МУСАЕВ
АМУ Учебно-Терапевтическая Клиника Сердечно-Сосудистый Центр
Ключевые слова: верхушечная ГКМП, миоэктомия верхушки левого желудочка.
Введение: Гипертрофическая кардиомиопатия - это первичное поражение миокарда,
характеризующееся выраженной гипертрофией миокарда левого желудочка (ЛЖ) (реже ПЖ),
нормальными или уменьшенными размерами полости ЛЖ, значительным нарушением
диастолической функции желудочка и частым возникновением нарушений сердечного ритма.
Верхушечная ГКМП очень редко встречающийся подтип ГКМП (3% больных с ГКМП).
Материал и методы обследования: Женщина 28 лет обратилась в нашу клинику с жалобой
на ангинозные боли при физической нагрузке продолжающиеся в течение двух лет, а также
частыми синкопами после физической нагрузки. На ЭКГ был выявлен синусовый ритм,
признаки гипертрофии ЛЖ и выраженные отрицательные зубцы Т. При эхокардиографии
(ЭХОКГ) толщина латеральной стенки ЛЖ (средняя и верхушечный сегмент) было равно 20 мм,
толщина нижней стенки 15 мм, перегородка 13 мм, передняя стенка 14 мм. Гипертрофия
апикального сегмента наиболее выраженная (24 мм). Наблюдалась гипертрофия папиллярных
мыщц. Минимальная обструкция среднежелудочкового сегмента. На фоне добутаминового
стресс ЕХОКГ обструкция среднежелудочкового сегмента значительно возросла (градиент 30
mmHg), а также в середине теста появились ангинозные боли и наблудался пресинкоп.
Пациентке в дальнейшем была назначена медикаментозная терапия, методом титрирования
дозировка была максимализирована (метопролол 200 мг/сутки). На фоне оптимальной
медикаментозной терапии жалобы уменьшились незначительно, было рекомендовано
хирургическое лечение – миоэктомия верхушки левого желудочка. В 2015 году пациентке была
выполнена данная операция. На данный момент на фоне приема медикаментозной терапии
(метопролол 200 мг /сутки) частота ангинозных болей значительно уменьшилась, а синкопов
после физической нагрузки больше не наблюдалось.
Заключение:
1. В 2015 году впервые в Азербайджане была проведена миоэктомия верхушки левого
желудочка.
2. При неэффективности медикаментозной терапии показано хирургическое лечение
верхушечной ГКМП.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
79
KORONAR YAVAŞ AXIN OLAN XƏSTƏDƏ POLİSİTEMİYA VERA XƏSTƏLİYİ
Lalə BABAYEVA
İşin rəhbəri : Sevinc NƏCƏFOVA
1 saylı Klinik Tibbi Mərkəz, Kardiologiya şöbəsi
Açar sözlər:Koronar angiografiya ,koronar yavaş axın, polisitemiya vera
Giriş:Koronar yavaş axın koronar angioqgrafiya (KAQ) müayinəsi zamanı ciddi koronar arteriya
xəstəliyi olmadan distal şaxələrdə kontrast maddənin ləngiməsidir. Səbəbi hələ də tam bilinmir.Güman
edilən səbəbləri endotel disfunksiya,mikrovaskulyar disfunksiya ,preklinik ateroskleroz, kiçik damar
xəstəliyidir. Klinik olaraq anginoz ağrılarla müşayət oluna bilər.Polistemiya eritrositlərin mütləq sayıda
artışıdır.Birincili,ikincili və idiopatik olur.Simptomları baş ağrı, qaşınma, dəridə qızartı,anginoz
ağrılardır.
Burada anginoz şikayətlərlə müraciət edən ,KAQ də koronar yavaş axın olan və Polisitemiya
Vera diaqnozu qoyulan xəstəni təqdim edirik.
Materiallar və metodlar:Son bir ildir baş ağrıları,üzdə qızartı,tərləmə şikayətləri olan və
anamnezində Hipertoniya, Şəkərli diabet xəstəliyi olan 59 yaşlı qadın xəstə bir aydır yeni yaranan
anginoz ağrılar səbəbilə klinikamıza müraciət etmişdir. Fiziki müayinədəÜVS 78 v/dəq, AT 140/80 mm.
Hg . EKQ-də sinus ritmi, III avF-də neqativ T dişi qeyd olunur. ExoKq-də sol mədəciyin sistolik
funksiyası azalmışdır,(LVEF 40%),LV divarları diffuz hipokinetik müşahidə olundu. Laborator
analizlərdə Rbc -9.94 , Hgb-22.5, Hct -75.7%, PLT-479.1 ,kreatinin -155 Umol/l və abdominal USM-də
splenomeqaliya qeyd edildi. Xəstəyə KAQ icra olundu.Ciddi koronar yavaş axın izləndi və medikal
müalicə qərarı verildi.Müayinə sonrası xəstənin sağ bud nahiyəsində hemotoma aşkarlandı.Hemotoma
sonrası xəstədə qan dəyərlərində ( Hct-44% ,Rbc-5.65, Hb-13.1) geriləmə müşahidə olundu və
şikayətləri azaldı.Xəstəyə Hemotoloq baxışından sonra Polisitemiya Vera diaqnozu qoyuldu və yavaş
axının polistemiyaya bağlı olduğu düşünüldü.
Nəticə: KAQ olunan xəstələrin 1-4%-də koronar yavaş axın(KYA) izlənilir.Klinik olaraq anginoz
ağrılarla müşayət olunur. Patafiziologiyasını endotel disfunksiya ilə əlaqələndirilir.PV özlüyündə
arterial, venoz tromboz ehtimalını artırır, miokard infarktı (Mİ) və işemik insult ilə izlənə bilər.
Trombozlar-qanın reoloji xüsusiyyətlərinin dəyişməsi, yüksək hemotokrit, artmış trombosit
aqreqasiyası,endotel disfunksiyası ilə izah olunur. Tibbi ədəbiyyatda PV fonunda KYA izlənən və Mİ
olan 1 xəstə təqdim olunmuşdur. Bizim təqdim etdiyimiz xəstədə KYA və anginoz ağrılar PV ilə eyni
zamanda müşahidə olunur. PV-nın KYA-a səbəb olmasını hematoma sonrası xəstənin şikayətinin
azalması təsdiq edir. Bu səbədən koronar yavaş axın olan xəstələrdə PV bir səbəb kimi inkar
olunmalıdır.
Dostları ilə paylaş: |