ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
65
PROLAKTİNOMA
Rezident: Salamzadə Firuzə
Elmi rəhbər Məmmədova Gülnarə
Bakı Sağlamlıq Mərkəzi, Endokrinologiya şöbəsi
Açar sözlər: Prolaktinoma, hiperprolaktinemiya ( HP), prolaktin (PRL)
Giriş: Hipofiz vəzinin prolaktin ifraz edən şişləri prolaktinoma adlanır. Ən sıx görülən hipofiz
adenomasıdır.( %40)Prolaktinin normal aralığı 5-20 ng/mL-dir. Hiperprolaktinemiya fizioloji və patoloji ola bilər.
Fizioloji olaraq hamiləlik, laktasiya, yuxu və stres zamanı,patoloji HP səbəbləri-dərmanlar, hipotireoz və
prolaktinomalardır. Prolaktinin >150 ng/ml olması prolaktinomaya işarədir. Dərmanlara antidepressant,
antipsixotrop və neyroleptiklər aiddir. Dərmanla bağlı HP da prolaktinin miqdarı 25-100 ng/mL aralığında olur,
dərman kəsildikdən 3-4 gün sonra normal həddlərə enir. Makroprolaktinomalarda prolaktinin səviyyəsi
>200ng/mL, hətta 500 ng/mL ola bilər. Diaqnostik göstərici qanda PRL miqdarının təyini, baş beyinin MRT
müayinəsidir.
Müalicənın əsas məqsədi şişin ölçüsünün kiçilməsi, basqının aradan qaldırılmasıdır. İlk seçim dofamin
aqonistləridir. Aqressiv gedişli, ətraf toxumaya basqı və invaziya edən, dofamin aqonistlərinə rezistentlik cərrahi
müalicəyə göstərişdir.
Material və metodlar: 26 yaşlı oğlan ağızda quruluq, susuzluq, halsızlıq, güclü baş ağrıları, görmə
pozğunluğu şikayətləri ilə BSM-ə daxil olmuşdur. Bir neçə ildir ki şəkərli diabetlə xəstədir, insulin terapiya qəbul
edir. Başqa dərmanların qəbulunu inkar edir. Fiziki müayinə zaman həmçinin süd vəzilərinin böyüməsi, tüklərin
azalması əlamətləri də aşkarlandı. Laborator göstəricilər: QÜA HBG-13,9 g/dl, RBC 4,92x10
6
/ml , WBC 5,7 x
10
3
/ml EÇS 16 mm/saat. Qanda PRL-5623 ng/mL, TSH 1,65 İU/ml , sT3 5/07 nmol/l, sT4 13,3 nmol/l, kortizol
179nmol/l, testesteron 2,4 nmol/l, qanda qlükoza 22mmol/l. Qaraciyər və böyrəyin laborator göstəriciləri
normaldır. Baş beyinin MRT müayinəsi zamanı endo-supra-antesellar adenoma qeyd edildi. (makroadenoma
düşünülməli)
Nəticə: Müayinələrə əsasən xəstəyə prolaktinoma diaqnozu qoyulmuşdur. Xəstədə prolaktinin səviyyəsini
nəzərə alaraq Dostineks 1 tabletdən həftədə 2 dəfə ( I və IV günlər) təyin edildi. Müalicə fonunda xəstədə nisbətən
yaxşılaşma qeyd olundu. 1ay sonra təkrar müayinə zamanı PRL 2125 ng/mL, 3 ay sonra kontrol MRT müayinə
zamanı şişin ölçüsünün 50% azaldığı müşahidə olundu.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
66
ATUREK - 5 Nevrologiya / Psixiatriya bölməsi
OBSESSİV-KOMPULSİV POZUNTULARIN KLİNİKASI VƏ MÜALİCƏSİ
Gülər CƏFƏROVA
İşin rəhbəri: t.e.d. N.A. ƏlİYEV
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya və narkologiya kafedrası
Açar sözləri: obsessiv-kompulsiv pozuntu, klinika, müalicə.
Giriş. Obsessiv-kompulsiv pozuntuların öyrənilməsinin əhəmiyyəti onların çox geniş yayılması və insanın ən
məhsuldar yaşında ona düçar olmasıdır. Belə ki, xəstəliyin orta başlanğıc yaşı 21-35 yaş və əhali arasında
yayılması 1-2 % təşkil edir.
Tədqiqatın məqsədi: obsessiv-kompulsiv pozuntularda (OKP) kliniki mənzərəni öyrənmək və müvafiq
müalicə tədbirləri həyata keçirməkdən ibarət olmuşdur.
Material və metodlar. Bu araşdırma Səhiyyə Nazirliyinin 1 saylı RPX-da 20-35 yaş intervalında 23 xəstə
arasında aparılmışdı. OKP ağırlıq dərəcəsini təyin etmək üçün Yel-Braun obsessiv-kompulsiv simptomların
cədvəlindən istifadə edilmişdi.
Nəticə. Xəstələrin hamısında affektiv əzablı məzmunlu obsessiv pozuntular və onlara müvafiq olan
kompulsiyalar müşahidə olunmuşdu. Xəstələr fikirləri nə qədər əzabverici olsa belə onları özününkü hesab
edirdilər. Sarışan hərəkətlər və ya stereotip rituallar ondan ibarətdir ki, xəstə onları təkrar - təkrar yerinə yetirir.
Xəstələrin fikrinə görə onlar bu hərəkətləri xoşagəlməz hadisənin baş verməsinin qarşısını almaq məqsədilə
həyata keçirirlər. Hansı ki, əks halda onun özünə, doğmalarına və ya xəstə tərəfindən digər şəxsə zərər yetirilə
bilər. Adətən belə davranış xəstə tərəfindən mənasız və ya effektsiz kimi başa düşülür, lakin onlar təkrarən
görülür. Demək olar ki, həmişə həyəcan müşahidə edilir. Əgər kompulsiv hərəkətlər tormozlanarsa, həyəcan
daha da artır. OKP müalicəsində farmakoterapiya və psixoterapiya mühüm əhəmiyyət kəsb edir. Klomipramin
(anafranil) preparatı - başlanğıc doza 25-50 mg təşkil etməlidir. Hər 2-3 gündən bir 25 mg artırmaqla gündəlik
doza 250 mg-a çatdırılır. Maksimal doza 300 milliqramdır. Kompulsiyaların müalicəsində alimemazin (teralen)
preparatından istifadə edilmişdi. Psixoterapevtik metodlardan koqnitiv-davranış metodu tətbiq olunmuşdu.
Müzakirə. OKP yüksək xəstəlik faizini təşkil edərək son iki onillik ərzində dünya psixiatrlarının diqqət
mərkəzindədir. Bizim aldığımız məlumat ədəbiyyatla uzlaşır, buna baxmayaraq, gələcəkdə bu tədqiqatı daha çox
xəstə arasında aparmaq və psixometrik metodlardan əlavə, bioloji psixiatriya üslublarla birlikdə həyata keçirmək
lazımdır.
Dostları ilə paylaş: |