Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə21/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   17   18   19   20   21   22   23   24   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
62 
 
PIYLƏNMƏSI OLAN PCOS QADINLARIN MÜALICƏSINDƏ 
TƏK YÜKSƏK DOZA LIRAGLUTIDƏ QARŞI METFORMIN ILƏ BIRLIKDƏ AŞAĞI DOZA 
LIRAGLUTIDIN QISAMÜDDƏTLI ISTIFADƏDƏ EFFEKTIVLIYININ  
QIYMƏTLƏNDIRILMƏSI: META ANALIZ 
 
Rezident: İ.İ ƏLİYEVA 
 
İşin rəhbəri: Dos. T.ü.f.d. A.H. MUSTAFAYEVA 
 
ATU Tədris Terapevtik klinika 
III daxili xəstəliklər kafedrası 
 
Açar sözlər:  PCOS, Liraglutid, Metformin, piylənmə 
Giriş:  Liraglutid  piylənmə  əleyhinə  dərman  vasitəsi  kimi  təsdiq  edilmişdir.  Metforminin  çəkiyə  təsiri 
neytral  olub,  GLP-1  agonistlərin  terapevtik  təsirini  artıra  bilər.  Biz  piylənməsi  olan  PCOS  qadınlarda  3  mg 
Liraglutidlə  monoterapiyaya  (LİRA)  qarşı  Metformin  ilə  birlikdə  1.2  mq  Liraglutidin  (COMBO)  çəki  azaltmaq 
potensialını müqayisə etdik. 
Metod:  PubMed  və  ClinicalTrials.gov  elektron  səhifələrin  məlumat  bazasından  istifadə  etməklə  12  həftə 
müddətində aparılmış 2 retrospektiv çalışmanın meta analizi 
Nəticə:  Çalışmaların  meta  analizi  göstərdi  ki,  Hər  iki  müalicə  üsulu  əhəmiyyətli  çəki  itkisinə  səbəb 
olmuşdur  
(-3.6 ± 2.5 kg, p = 0.002 - COMBO ; -6.3 ± 3.7 kg, p = 0.001 - LIRA3).
 BKİ və  bel çevrəsinin azalması 
LİRA3-də COMBO ilə müqayisədə daha çox idi. (müvafiq olaraq,LİRA3   -2.2 ± 1.3 və -1.3 ± 0.9 kg / m2, p = 
0.05 ; COMBO  -4.2 ± 3.4 və  -2.2 ± 6,2 sm, p = 0.014).  Hər iki  müalicə  üsulu post-OGTT qlükoza səviyyəsinin 
əhəmiyyətli  azalması  ilə  nəticələnmişdir.  COMBO  əhəmiyyətli  dərəcədə  total  testosteronun  azalmasına  səbəb 
olmaqla yanaşı daha az əlavə reaksiya (bulantı) vermişdir.  
Müzakirə:  Çalışmaların  meta  analizindən  məlum  oldu  ki,  hər  iki  müalicə  üsulunun  qısamüddətli  tətbiqi 
piylənməsi olan PCOS qadınlarda əhəmiyyətli çəki itkisinə səbəb olub, bu göstərici LIRA3-də COMBO-dan üstün 
olub. Lakin COMBO çəki azalması ilə yanaşı androgen profilini düzəltmiş və daha yaxşı tolerə edilmişdir. Məhz 
bu təsirini nəzərə alaraq COMBO-nu (Metformin ilə birlikdə 1.2 mq Liraglutid) piylənməsi olan PCOS qadınlarda 
daha effektiv hesab etmək olar.
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
63 
 
КОРРЕКЦИЯ НАРУШЕНИЙ МЕНСТРУАЛЬНОГО ЦИКЛА У БОЛЬНЫХ СД II ТИПА 
 
Аян АГАЕВА 
 
Научный руководитель: доц. Сабина Мешадиева 
АМУ УТК,  Кафедра внутренних болезней III 
 
Ключевые  слова:  сахарный  диабет  II  типа,  инсулинорезистентность,  нарушение  менструального 
цикла, препарат "Глюкофаж", препарат "Галвус Мет". 
Введение:  Сахарный  диабет  (СД)  считают  "неинфекционной  эпидемией",  которая  в  настоящее 
время охватила более 350 млн. человек в мире. На долю СД II типа приходится около 95% от общего числа 
больных.  Заболеваемость  СД  наиболее  высока  в  развитых  странах:  Скандинавские  страны,  США.  СД  II 
типа  молодеет  и  с  каждым  годом  среди  больных  увеличивается  количество  молодых  женщин 
репродуктивного  возраста.  Зачастую  женщины  обращаются  к  врачу  с  жалобами  на  нарушение 
менструального  цикла,  впоследствии  по  результатам  лабораторных  методов  исследований  у  них 
выявляется  СД  II  типа.  Возникновение  СД  ведет  к  комплексу  сложных  вегетативных,  обменно-
эндокринных,  психоэмоциональных  расстройств,  что  в  итоге  негативно  сказывается  на  репродуктивном 
здоровье женщины. 
Цель исследования: Выявить и откорректировать нарушения менструального цикла у больных СД 
II типа. 
Материалы и методы: Для исследования были выбраны истории болезней 29 женщин больных СД 
II  типа  репродуктивного  возраста,  обративщихся  в  клинику  с  01.01.2012  по  12.31.2016  с  жалобами  на 
нарушение  менструального  цикла.  Истории  болезней  были  разделены  на  2  группы:  в  первой  группе  для 
лечения принимался препарат "Глюкофаж", во второй группе - "Галвус Мет". Первую группу составили 24 
женщины,  вторую  -  5.  В  каждой  группе  был  рассчитан  средний  индекс  HOMA-IR  (Homeostasis  Model 
Assessment  of  Insulin  Resistance)  до  и  после  лечения. HOMA-IR  =  инсулин  натощак  (мкЕд/мл)  x  глюкоза 
натощак (ммоль/л)/22,5.  В первой группе средние индексы HOMA-IR до и после лечения соответственно 
равны 5,11 и 3,17. Во второй группе - 5,45 и 4,04 соответственно.  
Выводы: Оба препарата эффективны в лечении нарушений менструального цикла у больных СД II 
типа  ,  так  как  в  обеих  группах  индексы  HOMA-IR  уменьшились.  Мы  продолжим    исследование  в  этом 
направлении. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
64 
 
VON-HIPPEL LINDAU XƏSTƏLİYİ VƏ FEOXROMOSİTOMA 
 
Rezident:Fidan Qulu 
 
İşin rəhbəri: Xəyyam Eyvazov 
 
Respublika Diaqnostika Mərkəzi 
 
Açar sözlər:Feoxromositoma,von-hippel lindau sindromu,adrenalektomiya 
 
Giriş:Von-hippel  Lindau  sindromu  3p25  xromosomunda  yerləşən  VHL  tumor  suppressor  geninin 
mutasiyası  ilə  yaranan  autosom  dominant  ailəvi  neoplastik  sindromdur.  Bu  xəstəlik  qeyri-düzgün  damar 
proliferasiyası  və  renal  hüceyrə  karsinoması,  feoxromositoma,  mərkəzi  sinir  sisteminin  hemangioblastoması, 
endolimfatik  kisənin  şişləri,  böyrək,  qaraciyər  və  pankreas  kistləri,  epididimal  sistadenoma,  pankreasın 
neyroendokrin  şişləri,  retinal  angioma  ilə  xarakterizə  olunur.  Burada  Von-Hippel    Lindau  sindromlu 
feoxromositoma xəstəsini təqdim edəcəyik. 
 
Materialllar  və  metodlar:  23  yaşlı  qadın  son  3  ay  ərzində  təzyiq  yüksəlməsi(180\110),baş 
ağrıları,tərləmə,hərəkət  zamanı  artan  ürək  döyüntüləri  ilə  klinikamıza  müraciət  etmişdir.  Xəstə  bizə  müraciət 
edənə qədər digər klinikalarda müxtəlif zamanlarda  müayinə və müalicə olunmuşdur. 2015 ci ilin yanvarında sol 
gözünün qəfləti olaraq görməməsi səbəbiylə oftalmoloqa müraciət etmiş və əməliyyat olunmuşdur. Bu hadisədən 
sonra müxtəlif zamanlarda təkrari sağ və yenə sol  gözdə görmə pozğunluğu olmuşdur. Həkim-oftalmoloq gözdə 
olan  təkrarlanan  hemangioblastomalara  əsasən  Von-HİPPEL  Lindau  sindromu  diaqnozunu  qoymuşdur. 
Klinikamızda qarın MRT olunan xəstədə sağ böyrəküstü vəzi lojasında 51*43 mm ölçülü törəmə (feoxromositoma 
lehinə)  aşkarlandı.  Bu  xəstəlik  digər  orqanlarda,  cox  hallarda    mərkəzi  sinir  sistemində  aşkarlana  bildiyi    üçün, 
profilaktik  məqsədlə  klinikamızda  beyin  MRT  olundu.  Beyində    heç  bir  patologiya  aşkarlanmadı,  ancaq  sagital 
kəsikdə  boyunda  lezyon  görüldü.  Servikal  MRT-nin  nəticəsində  intramedulyar  yerləşimli  iki  ədəd 
hemangioblastoma C4-C5 20*10mm (5*5mm kistik) və Th2-Th3 8*7mm (solid) və medulyar ödem aşkarlandı. 
  
Xəstə  qəbul  olunarkən  klinikamızda  laborator  analizlər  də  edildi.  Qan  analizlərinin  nəticəsi  normal  idi. 
Sutkalıq sidik analizində yoxlanılan epinefrin,norepinefrin,metanefrin,normetanefrin hormonları da normal gəldi. 
Sidikdə  olan  katexolaminlərin  normal  gəlməsinə  baxmayaraq,klinik  olaraq  feoxromositomaya  oxşadığı  və 
törəmənin  ölçü  olaraq  əməliyyata  göstərişi  olduğu  üçün  əlavə  analizlər  istənmədi.Xəstənin  təzyiqini 
normallaşdırmaq  üçün  2  həftəlik  preoperativ  müalicə  təyin  olundu.Feoxromositoma  ön  diaqnozu  ilə 
sürrenalektomiya planlandı.Histopatoloji feoxromositoma ön diaqnozunu təsdiqlədi.Xəstənin əməliyyatsonrası heç 
bir şikayəti yox idi. 
 
Nəticə:1.Erkən diaqnoz bu tip xəstələr üçün çox önəmlidir. Ona görə də Von-hippel Lindau sindromu  olan 
insanlar  vaxtaşırı  profilaktik  məqsədlə  skrininq  olunmalıdırlar.  Çünki  şiş  xəstə  yaşadığı  müddətcə  müxtəlif 
orqanlarda ilk dəfə və ya yenidən yarana bilər. 
2.Sidikdə baxılan standart katexolaminlərin normal olması feoxromositomanı inkar etdirmir. 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə