Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə20/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   16   17   18   19   20   21   22   23   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
60 
 
20-30 YAŞ ARASI GƏNCLƏRDƏ TİP 2 ŞƏKƏRLİ DİABET  
TƏHLÜKƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 
 
Rezident: G.Musayeva 
 
İşin rəhbəri: ass.K.İsmayılova, dos.G.Fətəliyeva 
 
ATU Tədris Terapevtik klinika 
III daxili xəstəliklər kafedrası 
 
Açar söz:Tip 2 Şəkərli diabet,rastgəlmə tezliyi,risk qrupu. 
Giriş:2-ci tip şəkərli diabetdə risk faktoru olaraq əsasən irsiyyət,yaş,piylənmə  (bədən kütləsi indeksinin 27 
kq/m2  –dan  artıq  olması),irq,hestasion  diabet,hipertenziya,hipodinamiya,Polikistoz.Günümüzdə  şəkərli  diabetin 
artma səbəbi göstərilən risk faktorlarının artmasıdır. 
Tədqiqatın  məqsədi:20-30  yaş  arası  insanlarda  şəkərli  diabetə  risk  faktoru  olacaq  əlamətlərin  rastgəlmə 
tezliyinin  və  bu  insanlarda  şəkərli  diabetin  inkişaf  riskinin  qiymətləndirilməsi  .Gənclər  arasında  şəkərli  diabetdə 
piylənmə,hipertoniya,irsiyyət,hipodinamiya,düzgün qidalanmanın rolunun maarifləndirilməsi. 
Material  və  metod:Qiymətləndirmə  üçün  şəkərli  diabet  protokolunda  qeyd  edilən  anketdən  istifadə 
olunmuşdur.Müşahidə altına 20-30 yas arası 20 kişi,30 qadın olmaqla 50 sağlam insan götürülmüşdür.Doldurulan 
anketlərdəki  suallara  əsasən  bu  gənclər  arasında  12  nəfər  bədən  kütlə  indeksi  27  kq/m2  dan  yuxarı,3  nəfər 
hipertoniya  müalicəsi  almış,5  nəfər  bir  dəfə  də olsa  qanda  şəkəri  yüksəlmiş,35  nəfəri  irsiyyətində  şəkərli  diabet 
xəstəliyi olanlar,25 nəfər hipodinamiyalı həyat tərzi sürən,30 nəfər düzgün qidalanmayandır. 
Nəticə:Alınan  nəticələrə  əsasən  20-30  yaş  arası  kişilərdə  13  nəfər  7  –dən  aşağı  xal  yığaraq  aşağı  risk 
qrupuna,5 nəfər 7-11 xal arası yığaraq cüzi yüksəlmiş,2 nəfər 11-14 xal arası yığaraq orta risk qrupuna daxil oldu. 
Alınan nəticələrə əsasən 20-30 yaş arası qadınlarda 15 nəfər 7 –dən aşağı xal yığaraq aşağı risk qrupuna,10 
nəfər 7-11 xal arası yığaraq cüzi yüksəlmiş,5 nəfər 11-14 xal arası yığaraq orta risk qrupuna daxil oldu. 
Aparılan  tədqiqata  əsasən  yaş  riski  aşağı  olsa  da  gənclər  arasında  56%  aşağı  risk,  44  %  orta  və  cüzi 
yüksəlmişdir.Tədqiqat  zamanı  anket  dolduran  gənclərə  Şəkərli  diabet    xəstəliyi  və  risk  faktorları  haqqında 
məlumat verilmişdir. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
61 
 
NADİR RAST GƏLİNƏN, ÇOXDÜYÜNLÜ UR İLƏ YANAŞI GÖRÜLƏN  
LATERAL EKTOPİK TİROİD 
 
Rezidentlər: G.N.Mahmudova, G.N.Cəlilova 
 
İşin rəhbəri: A.R.Əliyev, B.E.Abbasov 
 
ATU Tədris Terapevtik Klinika, III Daxili xəstəliklər kafedrası 
Respublika Diaqnostika Mərkəzi 
Milli Onkologiya Mərkəzi 
 
Açar sözlər: Lateral ektopik tiroid 
Giriş:  Tiroid  vəzi  inkişafında  dil  kökündəki  kor  dəlikdən  tiroqlossal  kanal  boyunca  öz  anatomik  yerinə 
doğru istiqamətlənir. Əgər embriogenez  müddətində tiroid toxumasının kiçik hissəsi tiroid vəzindən ayrılıb,  yan 
boyun nahiyəsində inkişaf edirsə, bu inkişaf anomaliyası sayılır, lateral ektopik tiroid adlanır.  
Tədqiqatın məqsədi:  Nadir rast gəlinən, çoxdüyünlü ur ilə yanaşı görülən lateral ektopik tiroid xəstəsinin 
aşkarlanması. 
Material  və  metod:  35  yaşında  qadın  xəstə  E.N  3  il  öncə  aşkar  olunan  çoxdüyünlü  ur  və  sağ  lateral 
boyunda  metastaz  şübhəli  törəmə  diaqnozu  ilə  MOM-a  müraciət  edib.  Aparılan  təkrar  USM-də  hər  iki  payda 
müxtəlif ölçülü düyünlər və sağ lateral  boyunda 10x5  mm ölçüdə  lokalizasiyasına görə metastatik limfa düyünü 
şübhəsi  oyandıran  törəmə  aşkar  olunub(şəkil1).
 
Törəmənin  bir  ədəd  olması,  3  il  əvvəlki  USM  görüntüsü  ilə 
müqayisədə  böyüməməsinə  görə  diaqnozu  dəqiqləşdirmək  üçün  İİAB  olunub.  Xüsusilə  sağ  paydakı  düyünlərin 
İİAB  nəticəsinin  xoş  xassəli  gəlməsi,  limfa  düyünü  lokalizasiyasında  olan  törəmədən  alınan  İİAB-nin  qan 
elementləri  aşkar  edilməsi,  tireoqlobulin  yuyulma  testində  isə  Tg-41590  ng/ml  (
 )  olması  bu  törəmənin  ektopik 
tiroid toxuması ola biləcəyi şübhəsi oyandırmışdır. TSH 2 mİU/L, sərbəst T4 18 pmol/L.Total tiroidektomiya və 
sağ  lateral  boyun törəməsinin çıxarılması  əməliyyatından sonra çıxarılan toxumaların patohistoloji  müayinəsinin 
nəticəsində  tiroid  materialında  çoxdüyünlü  ur  və  sağ  lateral  törəmə  adı  ilə  işarələnmiş  materialda  ektopik  tiroid 
toxuması  aşkar  olunmuşdur  (şəkil  2).  Sağ  lateral  boyundakı  törəmənin  tərkibində  limfoid  element  aşkar 
olunmadığından ektopik tiroid toxuması olduğu dəqiqləşdirilmişdir. 
Nəticə:  Ektopik  lateral  tiroid  və  funksional  ortotopik  tiroid  vəzinin  birgə  rast  gəlməsi  nadir  haldır. 
Həmçinin Tireoqlobulin yuyulma testində Tg yüksək çıxmış xəstədə differensasiya olunmuş tiroid karsinomasının 
metastazı olmayacağı aşkarlandı. 
    
 
                                      Şəkil 1                                                                                       Şəkil 2 
 
Müzakirə:Bu  kliniki  hadisənin  bu  günə  qədər  aşkar  edilərək  bildirilən  digər  lateral  aberrant  tiroid 
vəzlərdən  fərqi  ölçüsünün  kiçik  olması,  hiperplaziyaya  uğrayaraq  böyüməməsi,  həmçinin  3  illik  bir  müddət 
ərzində nəzarətdə qalmasıdır.  
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə