Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə18/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   14   15   16   17   18   19   20   21   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
56 
 
ORBİTA ŞİŞLƏRİNİN DİAQNOSTİKASINDA KOMPYUTER TOMOQRAFİYA VƏ MAQNİT 
REZONANS TOMOQRAFİYA MÜAYİNƏLƏRİNİN İMKANLARI 
 
Reyhan Şabanzadə 
 
İşin rəhbəri: Rasim Bayramov,    Səbuhi Nəcəfov 
 
ATU TCK , Şüa diaqnostikası və Şüa terapiyası kafedrası 
 
                       
Açar sözlər: Orbita şişləri, KT, MRT 
Giriş:Rastgəlmə  tezliyinə  görə  orbita  şişləri  (OŞ)    digər  patologiyalardan  az  olsa  da,  hər  il  artmaqda 
davam  edir.  Maqnit  rezonans  tomoqrafiya  (MRT)    və  KT  (kompyuter  tomoqrafiya)    müayinələri  vasitəsilə 
diaqnozunun qoyulması  aparılacaq  əməliyyatın gedişinin planlaşdırılmasında geniş imkanlar açır. 
OŞ əsasən 10 yaşa qədər uşaqlarda yavaş gedişli olsa da, böyüklərdə daha sürətlə  inkişaf edir. Ona görə 
belə  xəstələrdə  diaqnostik  prosesin  ləngiməsi    xəstələrin  yaşama  müddətini  aşağı  salır.    Bu  şişlərə  oğlan 
uşaqlarında qızlara nisbətən daha çox rast gəlinir. Xəstələr  klinikaya əsasən  ptoz və  diplopiya simptomu ilə daxil 
olurlar. 
Tədqiqatın  məqsədi:Tədqiqatın  məqsədi  OŞ-nin  diaqnostikası  və  diferensial  diaqnostikasında    KT  və 
MRT  müayinələrinin  informativliyi  və  tətbiqi  ardıcıllığının  öyrənilməsindən  və    aparılacaq  müalicənin 
proqnozlaşdırılmasında imkanlarının tədqiqindən   ibarətdir. 
Material  və  metodlar:  ATU-nun  Tədris  Cərrahiyə  Klinikasında  12.05.2016-04.04.2017  tarixinədək 
MRT və KT müayinələri ilə OŞ diaqnozu qoyulmuş  12 xəstənin nəticələri  tədqiq edilmişdir. 7 xəstənin yaşı ..... 
olmuş, onlardan 5 nəfəri oğlan olmuşdur. 
Nəticə:Müayinələrdən    keçən  xəstələrdən  5  nəfərində  diaqnoz    histoloji  təsdiq  olunmuşdur.    Nəticələr 
göstərir  ki,  OŞ-nin    diaqnostikasında    klinik  əlamətləri  də  nəzərə  alaraq  kontrastlı    MRT  müayinəsi  geniş 
imkanlara malikdir (şəkil).MRT və KT-nin  birgə istifadəsi isə  sürətli və spesifik diaqnozun qoyulmasını təmin 
edir. 
Müzakirə: OŞ MRT müayinəsində T1 hipo, T2 hiperintens törəmələr şəklində görünür. Bəzi törəmələrdə 
hətta  kalsifikasiya  və  retrobulbar  piy  toxumasında  ödem  /  infiltrasiya  olur.    Siniri  əhatə  edən  şişlərdə  sinirin 
fuziform şəkilə qalınlaşması, sinirin qıvrılması rast gəlinir. İntravenoz kontrast maddə sonrası törəmələrdə bəzən 
boyanma görülmür. Bu əlamətlər OŞ-nin  diferensial diaqnostikasını da  təmin etməyə imkan verir. 
Üstəlik  MRT  müayinəsinin  bəzi  çəkimləri  hüceyrə  tərkibinin  tanınmasında  köməkçidir.  Şişlərin 
histopatoloji  diaqnozunun  nəticələri  göstərir  ki,  klinik  xüsusiyyətlərlə    yanaşı  KT  və  MRT  müayinələrinin 
kompleks tətbiqi daha  geniş imkanlara malikdir. 
 
  
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
57 
 
İDİOPATİK İNTRAKRANİAL HİPERTENZİYA SİNDROMUNUN RADİOLOJİ DİAQNOSTİKASI 
 
Aynur BƏKİROVA 
 
İşin rəhbəri:Rasim BAYRAMOV 
 
ATU TCK , Şüa diaqnostikası və Şüa terapiyası kafedrası 
 
Açar sözlər: İdiopatik intrakranial hipertenziya, maqnit rezonans tomoqrafiya  
 
Giriş:Hər  il  artmaqda  davam  edən  psevdotumor  vəya  xoşxassəli  intrakranial  hipertenziya  kimi  də 
adlandırılan  idiopatik  intrakranial  hipertenziya  sindromu  nevroloji  pozğunluq  olub  kəllədaxili  təzyiqin  artması 
əlamətləri  ilə  özünü  göstərir.  Xəstəliyin  etiologiyası  məlum  deyil.  Lakin,  oral  kontraseptivlər  və  steroid 
metobalitlər kimi preparatlar risk  faktoruna aid ola bilər.  Orta yaş  həddi 30 sayılır. Qadınlarda rastgəlmə  tezliyi  
kişilərə  3:1  nisbətindədir.  Tipik    olaraq    20-45  yaş  arası  qadınlar  üstünlük  təşkil  edir.  Əsasən  artıq  çəkili  və 
piylənməyə meyilli olan şəxslərdə rast gəlinir. 
Tədqiqatın məqsədi: İdiopatik intrakranial hipertenziya sindromunun  kliniki diaqnozu qoyulmuş xəstədə 
diaqnozun  radioloji  olaraq  təsdiqlənməsi  və  növbəti  mərhələlərdə  digər  patologiyalarla  düzgün  differensial 
diaqnostikanın aparılmasından və  müalicə taktikasının düzgün seçilməsindən ibarətdir. 
Material  və  metodlar:  Tədqiqat  ATU-nun  Tədris  Cərrahiyə  Klinikasında    15.09.2016  tarixindən 
15.04.2017  tarixinədək  olan  müddətdə  başağrı,  başgicəllənmə,  ürəkbulanma,  qusma,  gözdə  zəifləmə,  görmənin 
ikiləşməsi, qulaqlarda küy şikayətləri  ilə müraciət etmiş  35 xəstə üzərində aparılmışdır. Tədqiq olunan  xəstələrin  
19 (54%) nəfərində  idiopatik intrakranial hipertenziya  sindromu diaqnozu qoyulmuşdur. 
Nəticə:İdiopatikintrakranial  hipertenziya  sindromu  diaqnostikasında  maqnit  rezonanas  tomoqrafiya  
müayinəsi informativ metoddur. 
Müzakirə:Xəstəlik  xoşxassəli  gedişə  malikdir.  Sindromun  xarakterik  simptomları  başda,  gözdə  ağrı, 
ürəkbulanma, görmənin müvəqqəti pozulması, qulaqlarda küy əlamətləridir. Bundan əlavə bu xəstələrdə görmənin 
ikiləşməsi  ilə təzahür edən uzaqlaşdırıcı sinirin zədələnməsi aşkar edilə bilər.Hidrosefaliya və baş beyin şişlərini 
inkar  etmək  üçün  MRT  müayinəsi  mütləqdir.    İdiopatik  intrakranial  hipertenziya  sindromlu    xəstələrdə  yan 
mədəciklər  normal  genişlikdə  qeyd  olunur.  Çəkilmiş    MRT  filmlərində  görmə  siniri  ətrafında  nəzərəçarpan 
dərəcədə genişlənmiş subaraxanoidal sahə, görmə sinirinin tortiozu, qismi “boş sella” (70% hallarda) , genişlənmiş 
Mackel cave, transvers  sinusun  lateral seqmentində bilateral  stenoz, göz almasının arxahissəsində  yastılaşma  və 
optik sinirdə ödem kimiəlamətlər  aşkar edilir.  Optik sinir ödemiikitərəfli  olur. 
 
 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə