_____________________________________________________________________________________________________
«Atəşgah» Sığorta Şirkəti ASC
Avtonəqliyyat vasitələrinin könüllü sığortası
QAYDALARI
6
5.3. Sığorta məbləği
sığorta obyektinin sığorta müqaviləsi bağlanan andakı pul formasında
qiymətləndirilməsindən irəli gələn həqiqi dəyərindən - sığorta dəyərindən çox olduğu halda (ikili və ya çox qat
sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində etibarsızdır. Bu
halda sığorta haqqının artıq ödənilmiş hissəsi geri qaytarılmır, Sığorta müqaviləsində sığorta məbləğinin çox
göstərilməsi Sığortalının yalan məlumat verməsi nəticəsində yaranarsa, Sığortaçı müqavilənin etibarsız hesab
edilməsini və ona dəyən zərərin ödənilməsini tələb edə bilər.
5.4.Sığorta müqaviləsində göstərilən sığorta obyekti Sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək
məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta
etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır.
5.5.Sığortalının Sığorta müqaviləsində əhatə olunan risklərlə bağlı zərərlər ücün digər sığortaçı(lar)dan
ödəniş almaq hüququ varsa, Sığortaçı zərərə görə Sığortalı qarşısında digər sığortaçı(lar) ilə birgə, hər birinin
məsuliyyət həddinə mütənasib olaraq məsuliyyət daşıyır.
Maddə 6. Ön, arxa şüşələrə və yan pəncərələrə dəymiş ziyan
6.1. Sığortaçı sığortalanmış Avtonəqliyyat vasitəsinin ön, arxa şüşələrə və yan pəncərələrinə vurulmuş
ziyanin əvəzini Sığortalıya aşağıda göstərilən qaydada ödəyir:
6.1.1.Ön, arxa şüşələrin və (və ya) yan pəncərələrin sınması və sığortalanmış Avtonəqliyyat vasitəsinin
gövdəsinin sınmış şüşə ilə cızılması hallarında sığorta ödənişi ön, arxa şüşələrin və (və ya) yan pəncərənin
dəyişdirilməsi və ya belə ziyanın təmiri qiyməti olacaq.
6.1.2.Bu maddə əsasında hər bir sığorta olunmuş Avtonəqliyyat vasitəsi üzrə zərərin əvəzinin ödənilməsi
500 manat həddində olacaqdır; bu məbləğə 50 manat məbləğində ayrıca azadolma məbləği tətbiq edilir.
6.2.Bu maddə yalnız eyni hadisənin nəticəsində Avtonəqliyyat vasitəsinə hər hansı başqa ziyan
dəymədikdə və ya o zədələnmədikdə tətbiq edilə bilər. Əks halda ziyanın ödənilməsi 4-cü maddədə müəyyən
edilmiş ziyanın ödənilməsinin ümumi qaydası əsasında həyata keçirilməlidir.
Maddə 7.Qismən sığorta
Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən
sığorta halında) Sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir.
Maddə 8.Qalıqlara olan hüququn keçməsi
8.1.Avtonəqliyyat vasitəsinin tam məhv olması halında Avtonəqliyyat vasitəsinin qalıqlarına olan
hüquqlardan istifadə etmək seçimi Sığortaçıya məxsusdur. Sığortalı Sığortaçının razılığı olmadan əmlaka olan
hüquqlarından ikincinin xeyrinə imtina etmək hüququna malik deyil.
8.2.Avtonəqliyyat vasitəsinin tam məhv olması və ya onun oğurlanması nəticəsində Sığortalıya dəymiş
zərərin əvəzini ödəmiş və yaxud onun ayrı-ayrı hissələrini dəyişdirmiş Sığortaçı qalıqlara olan hüquqlarından
istifadə etmək qərarına gələrsə, Sığortalının Avtonəqliyyat vasitəsinə və ya onun dəyişdirilmiş hissəsinə olan
hüquqları Sığortaçıya keçir. Bu halda Sığortalı həmin hüquqların Sığortaçıya kecməsi ücün bütün zəruri
tədbirləri, o cümlədən müvafiq orqanlarda Avtonəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılması və Sığortaçının
adına qeydiyyata salınması ilə bağlı olan işləri öz hesabına görməlidir.
8.3.Oğurlanmış Avtonəqliyyat vasitəsi sığorta ödənişinin verilməsindən əvvəl və ya sonra aşkar edilərsə,
Sığortaçının öz mülahizəsi əsasında Avtonəqliyyat vasitəsini özündə saxlamaq və yaxud onu Sığortalıya
qaytarmaq hüququ vardır. Sonuncu halda Avtonəqliyyat vasitəsinə görə alınmış sığorta ödənişi Sığortaçıya geri
qaytarılmalıdır. Bu halda Sığortaçı Avtonəqliyyat vasitəsinə yalnız oğrunun və ya oğruların vurduğu zərərə görə
bu Qaydaların müddəalarına və istisnalarına müvafiq olaraq məsuliyyət daşıyacaq.
_____________________________________________________________________________________________________
«Atəşgah» Sığorta Şirkəti ASC
Avtonəqliyyat vasitələrinin könüllü sığortası
QAYDALARI
7
II Fəsil
Mülki məsuliyyətin sığortası
Maddə 9. Sığorta predmeti və sığorta riski
9.1. Bu Fəsil üzrə sığorta predmeti Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətidir.
9.2. Bu Fəsil əsasında bağlanan Sığorta müqaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit
edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər sığortanın qüvvədə olduğu müddət ərzində
Avtonəqliyyat vasitəsi bütün Fəsillərə aid olan Ümumi istisnalar və II Fəslə aid olan Xüsusi istisnalarda
göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən ücüncü şəxsə bədən xəsarəti yetirilməsi, onun ölümü və ya
onun əmlakına ziyanın dəyməsi ilə nəticələnən və Sığortalının hüquqi məsuliyyətinin yaranmasına səbəb olan
qəza törədərsə, Sığortaçı Sığorta müqaviləsində təsbit edilmiş məsuliyyət həddi cərcivəsində Sığortalıya, onun
ödəməyə hüquqi məsuliyyət daşıdığı və bütün Fəsillərə aid olan Ümumi istisnalar və II Fəslə aid olan Xüsusi
istisnaların qüvvəsi altına düşməyən zərərlərin əvəzini aşağıda göstərilən qaydada ödəyəcəkdir:
Sığortaçı hətta Sığortalıya qarşı irəli sürülmüş tələb və ya iddiaların əsassız, saxta və ya yalan olması
halında belə ölüm, bədən xəsarəti və ya əmlaka ziyan vurulması ilə əlaqədar olaraq Sığortalıya qarşı irəli
sürülmüş tələb və ya iddialarla bağlı Sığortalını müdafiə etmək hüququna və belə tələb və iddiaların
araşdırılması və həllində tam sərbəstliyə malikdir. Lakin Sığortaçı həyata kecirilmiş sığorta ödənişlərinin
nəticəsində Sığorta müqaviləsində təsbit olunmuş və onun məsuliyyət həddini ifadə edən məbləğin bitməsi
halında, hər hansı tələb və ya məhkəmə qərarları ilə bağlı məbləği, yaxud iddianın müdafiəsi ilə əlaqədar
məhkəmə xərclərini və digər xərcləri ödəməyəcək.
9.3. Bu Qaydalara əsasən bağlanmış Sığorta müqavilələri üzrə mülki məsuliyyətin sığortası Avtonəqliyyat
vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə tələb olunan məsuliyyət hədlərindən artıq olan məsuliyyətə qarşı sığorta təminatı verir.
9.4. Avtonəqliyyat vasitəsi Azərbaycan Respublikasının ərazisindən kənarda, lakin Sığorta müqaviləsində
göstərilmiş ərazi hüdudları çərçivəsində yerləşdikdə, sığorta təminatı hər hadisə ücün 500 manat məbləğində
azadolma məbləğinin tətbiq edilməsi şərtilə verilir.
9.5.Məsuliyyəti sığortalanan şəxsin hüquqi şəxs olması halında, həmin hüquqi şəxslə yanaşı Sığorta
müqaviləsində Səlahiyyətləndirilmiş sürücü kimi göstərilən onun işcilərinin məsuliyyəti də sığortalanmış hesab
edilir.
9.6.Bu Fəsil üzrə sığorta riskinə Sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış
Avtonəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə
əlaqədar onun əmlak mənafelərinə zərər dəyməsi daxildir.
Maddə 10.
II Fəslə aid xüsusi istisnalar
10.1. Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıdakılara təminat
verilmir:
10.1.1.Sığortalının işcisinin Avtonəqliyyat vasitəsinin sərnişini olarkən Sığortalı ilə əmək
münasibətlərindən irəli gələn peşə vəzifələrinin icrası zamanı və bununla bağlı ölməsi və ya bədən xəsarəti
alması nəticəsində yaranan məsuliyyət;
10.1.2.Avtonəqliyyat vasitəsinin sərnişini kimi hərəkət edən Sığortalının hər hansı ailə üzvünə
münasibətdə yaranan məsuliyyət;
10.1.3.Sığortalının hər hansı müqavilə ilə öz üzərinə götürdüyü və belə müqavilənin mövcud olmaması
halında yarana bilməyən hər hansı məsuliyyət;
10.1.4.Avtonəqliyyat vasitəsinin altında olan hər hansı körpüyə, viaduka, nəqliyyat magistralına və ya
bunlara bənzər başqa tikiliyə Avtonəqliyyat vasitəsinin titrəməsi və ya onun daşıdığı yükün çəkisinin ağırlığı
nəticəsində dəyən ziyan.
10.1.5.Əldən cıxmış fayda və ya digər dolayı zərərlər üçün məsuliyyət;