_____________________________________________________________________________________________________
«Atəşgah» Sığorta Şirkəti ASC
Avtonəqliyyat vasitələrinin könüllü sığortası
QAYDALARI
8
10.1.6.Cərimələr və ya mənəvi zərərlər ücün təzminat ödəmək öhdəliyi ;
10.1.7.Çirklənmə, buxarlanma, his, tüstü, işlənmiş qaz, turşular, qələvilər, toksik kimyəvi maddələr,
mayelər və ya qazlar, materialların tullantıları və ya qıcıqlandırıcı təsiri olan başqa zəhərli və çirkləndirici
maddələrin torpağa, atmosferə və hər hansı su kanallarına və ya hovuzlara ifraz edilməsi, axması və ya
tullanmasından irəli gələn məsuliyyət.
Maddə 11. Sığorta ödənişi
11.1. Sığortaçı Sığortalının aşağıdakı xərclərinin əvəzini ödəyir:
11.1.1.Sığortaçının ilkin razılığı əsasında Sığortalı ilə üçüncü şəxslər arasında məhkəmədən kənar
razılaşma əsasında müəyyən edilmiş təzminat öhdəliklərinin məbləği;
11.1.2.Üçüncü şəxslərə zərər vurulması ilə əlaqədar olaraq, məhkəmə qərarı ilə Sığortalının üzərinə
qoyulan təzminat ödənişlərinin məbləği;
11.1.3.Sığortaçının ilkin razılığı əsasında üçüncü şəxslərin irəli sürdüyü tələblərdən müdafiə olunmaq və
bu tələblərin tənzimlənməsi məqsədi ilə Sığortalının cəkdiyi bütün xərclər;
11.1.4.Sığortaçının təminat verdiyi və onun göstərişlərinə əməl edilməsi ücün zərərlərin azaldılması
məqsədilə çəkilən zəruri, əsaslandırılmış, ağlabatan və sənədləşdirilmiş xərclər.
11.2. Yuxarıda sadalanan bütün xərclərə münasibətdə sığortaçıların məsuliyyətinin ümumi həcmi heç bir
halda Sığorta müqaviləsində təsbit edilmiş müvafiq məsuliyyət həddini aşa bilməz.
III Fəsil
Sərnişinlərin və səlahiyyətləndirilmiş sürücülərin fərdi qəza sığortası
Maddə 12. Sığorta predmeti və sığorta riski
_____________________________________________________________________________________________________
«Atəşgah» Sığorta Şirkəti ASC
Avtonəqliyyat vasitələrinin könüllü sığortası
QAYDALARI
9
12.1. Bu Fəsil üzrə sığorta predmeti Sığorta olunanların həyat və sağlamlığıdır.
12.2. Bu Fəsil üzrə sığorta riskinə Avtonəqliyyat vasitəsinin bütün Fəsillərə aid olan ümumi istisnalarda,
habelə I və III Fəsillərə aid olan xüsusi istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza
törətməsi nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan dəyməsi daxildir
12.3. Bu Fəsil əsasında bağlanan Sığorta müqaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit
edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər sığortanın qüvvədə olduğu müddət ərzində
Avtonəqliyyat vasitəsinin bütün Fəsillərə aid olan Ümumi istisnalar və I və III Fəsillərə aid olan xüsusi
istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza törətməsi nəticəsində Sığorta olunanın həyat
və sağlamlığına ziyan dəyərsə və belə ziyan I və III Fəsillərə aid olan xüsusi istisnaların qüvvəsi altına
düşməzsə, Sığortaçı Sığorta olunana və ya onun qanuni vərəsələrinə bu Qaydaların 14-cü maddəsinə müvafiq
olaraq zərərin əvəzini ödəyəcəkdir.
Maddə 13. III Fəslə aid Xüsusi istisnalar
Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıda sadalananların
nəticəsi olaraq Sığorta olunanların ümumi əmək qabiliyyətini itirməsi və ya ölümü hallarına təminat verilmir:
13.1.Sui-qəsd və ya sui-qəsdə cəhd və ya bilə-bilə özünə bədən xəsarəti yetirmə;
13.2.Avtonəqliyyat vasitəsini idarə edən Səlahiyyətləndirilmiş sürücünün ruhi pozğunluq vəziyyətində
olması;
13.3.İnsan həyatını xilas etmək məqsədilə edildiyi hallar istisna olmaqla, bilərəkdən özünü təhlükə altına
atma.
Maddə 14. Sığorta ödənişi
14.1.Sığorta ödənişinin həcmi qəza nəticəsində alınan zədələrin ağırlığından asılı olaraq sığorta
məbləğinin aşağıdakı faizlərini təşkil edir:
14.1.1.Ölüm halında – 100 %;
14.1.2.Fərdi qəzanın nəticəsi olaraq aşağıdakı bədən xəsarətləri nəticəsində ümumi əmək
qabiliyyətinin daimi itirilməsi:
Hər hansı bir ətrafın (ayaq, pəncə, əl və ya bilək) itirilməsi
100 %
Hər iki gözdə görmə qabiliyyətinin tam itirilməsi
100 %
Carpayı və ya əlil arabasına bağlılıqla nəticələnən iflic
100 %
Tam ruhi pozğunluq
100 %
Yüxarıda göstərilənlərdən başqa əmək qabiliyyətinin tam və daimi itirilməsi
100 %
Nitqin tam və bərpa olunmaz şəkildə itirilməsi
75 %
Hər iki qulaqda eşitmə qabiliyyətinin tam və bərpaolunmaz şəkildə itirilməsi
75 %
Bir gözün görmə qabiliyyətinin tam və bərpa olunmaz şəkildə itirilməsi
50 %
Bir qulaqda eşitmə qabiliyyətinin tam və bərpa olunmaz şəkildə itirilməsi
50 %
Budun və ya çiynin tam hərəkətsizliyi
40 %
Dizin, dirsəyin və ya biləyin tam hərəkətsizliyi
25 %
Əlin baş barmağının itirilməsi
10%
Əlin şəhadət barmağının itirilməsi
5%
Əlin hər hansı digər barmağının itirilməsi
2%
Ayağın baş barmağının itirilməsi
10%
Ayağın hər hansı digər barmağının itirilməsi
3%
14.2.Əgər fərdi qəzanın nəticələri Sığorta olunanın həmin hadisənin baş verməsindən əvvəl mövcud
olmuş hər hansı vəziyyəti və ya fiziki catışmazlıqları səbəbindən ağırlaşarsa, həmin nəticələrə münasibətdə bu
sığorta ilə həyata keçiriləcək ödəniş məbləği, belə ağırlaşmanın olmadığı hal üçün ödənilməli olan ağlabatan
məbləğə bərabər olur.
14.3.Yuxarıda göstərilməyən bədən xəsarətləri nəticəsində əmək qabiliyyətinin hər hansı daimi
itirilməsinə görə ödəniş sığorta olunanın məşğuliyyət növü nəzərə alınmadan yuxarıda göstərilmiş bədən
xəsarətləri ilə müqayisədə onların ağırlıq dərəcələrinə müvafiq olaraq veriləcəkdir.