_____________________________________________________________________________________________________
«Atəşgah» Sığorta Şirkəti ASC
Avtonəqliyyat vasitələrinin könüllü sığortası
QAYDALARI
10
14.4.Bu sığortanın əhatə etdiyi bir və ya bir neçə fərdi qəzaya münasibətdə Sığorta müqaviləsi üzrə bir
Sığorta olunan ücün ödənilən məbləğ bir şəxs ücün müəyyən edilmiş ümumi sığorta məbləğini aşa bilməz.
Maddə 15. Fərdi qəzanın nəticələrinin təzahür müddəti
15.1.Fərdi qəza anından 12 (on iki) ay müddətində baş verən və həmin fərdi qəzanın səbəb olduğu bədən
xəsarətinin nəticəsi olan ölüm, fərdi qəza nəticəsində baş verən ölüm sayılır.
15.2.Əmək qabiliyyətinin daimi itirilməsinə görə ödənişlər, belə əmək qabiliyyətinin itirilməsinin fərdi
qəza hadisəsinin nəticəsində baş vermiş olması, belə fərdi qəzanın baş vermə tarixindən 12 (on iki) ay ərzində
təzahür etməsi və 12 (on iki) ay ərzində davam etməsi halında həyata kecirilir.
15.3.Əmək qabiliyyətinin daimi itirilməsi dedikdə, Sığorta olunanın hər hansı peşəkar və ya işguzar
fəaliyyətlə məşğul olmasına tam mane olan və 12 (on iki) ay davam edən və bu müddətin bitməsindən sonra
bərpa olunması mümkün olmayan əmək qabiliyyətinin itirilməsi başa düşülür.
IV Fəsil
Sərnişinlərin və Səlahiyyətləndirilmiş sürücülərin tibbi xərcləri
Maddə 16. Sığorta predmeti və sığorta riski
_____________________________________________________________________________________________________
«Atəşgah» Sığorta Şirkəti ASC
Avtonəqliyyat vasitələrinin könüllü sığortası
QAYDALARI
11
16.1. Bu Qaydaların «Sərnişinlərin və Səlahiyyətləndirilmiş sürücülərin fərdi qəza sığortası» Fəsli üzrə
sığorta predmeti Sığorta olunanların həyat və sağlamlığıdır.
16.2. Bu Fəsil üzrə sığorta riskinə Avtonəqliyyat vasitəsinin bütün Fəsillərə aid olan ümumi istisnalar və I
və III Fəsillərə aid olan xüsusi istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza törətməsi
nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan dəyməsi ilə bağlı tibbi xərclərə məruz qalması daxildir
16.3.Bu Qaydaların «Sərnişinlərin və Səlahiyyətləndirilmiş sürücülərin fərdi qəza sığortası» Fəsli üzrə
sığorta təminatının Sığortalı tərəfindən əldə edilməsi şərtilə Sığortaçı Sığortalı ilə razılaşır ki, əgər sığortanın
qüvvədə olduğu müddət ərzində Avtonəqliyyat vasitəsinin bütün Fəsillərə aid olan ümumi istisnalarda və I və
III Fəsillərə aid olan xüsusi istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza törətməsi
nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan vurularsa, Sığortaçı Sığorta olunana və ya onun
qanuni vərəsələrinə belə qəzanın nəticəsində onların məruz qaldığı tibbi xərclərin əvəzini, həmin tibbi xərcləri
təsdiq edən müvafiq sənədlərin Sığortaçıya təqdim edilməsi şərtilə ödəyəcəkdir.
Maddə 17. Sığorta ödənişi
Belə tibbi xərclər ücün bir nəfərə ödənilməli olan məbləğ, bunlardan hansının daha az olmasından asılı
olaraq ya bu Qaydaların III Fəslinə müvafiq olaraq Sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta məbləğinin 5
faizi həddində, yaxud da 1.500 manat təşkil edəcək. Sığorta müqaviləsinin III və IV Fəsilləri ilə ödənilməli
olan bir nəfərlik ümumi məbləğ Sığorta müqaviləsinin III Fəsli üzrə Sığorta müqaviləsində təsbit edilmiş bir
nəfərlik ümumi sığorta məbləği ilə məhdudlaşır.
Lakin bu tibbi xərclər ücün Sığortalı başqa sığorta üzrə ödəniş almaq hüququna malikdirsə, Sığortaçı
yuxarıda göstərilən hədlərə müvafiq olaraq yalnız belə ödəniş məbləğilə ümumi tibbi xərclər arasındakı fərqə
görə məsuliyyət daşıyır.
_____________________________________________________________________________________________________
«Atəşgah» Sığorta Şirkəti ASC
Avtonəqliyyat vasitələrinin könüllü sığortası
QAYDALARI
12
V Fəsil
Bütün Fəsillərə aid olan ümumi qaydalar
Maddə 18. Sığorta sinifləri
Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu aşağıdakı sinifləri əhatə edir:
18.1. Avtonəqliyyat vasitələrinin sığortası;
18.2. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
18.3. Avtonəqliyyat vasitələrinin Sərnişinlərinin və Səlahiyyətləndirilmiş sürücülərin fərdi qəza sığortası
18.4. Avtonəqliyyat vasitələrinin Sərnişinlərinin və Səlahiyyətləndirilmiş sürücülərin tibbi xərclərinin
sığortası.
Maddə 19. Sığortalının fəaliyyəti, üçüncü şəxslər
19.1. Bu Qaydaların Sığortalıya aid olan bütün müddəaları Sığorta müqaviləsində göstərilmiş
Səlahiyyətləndirilmiş sürücüyə, Sığorta olunanlara və Faydalanan şəxsə da eyni dərəcədə aid edilir.
19.2. Bu sığortanın məqsədləri ücün Sığortalının fəaliyyətinə qanunvericiliyə, Sığorta müqaviləsinə,
vəzifə təlimatlarına, etibarnaməyə və ya mövcud adətlərə müvafiq olaraq Sığortalının adından cıxış etmək ücün
səlahiyyətləndirilmiş onun işçilərinin, vəzifəli şəxslərinin və digər nümayəndələrinin hərəkətləri də aid edilir.
19.3. Aşağıdakılardan başqa (bu Qaydaların 19.4-cü bəndində nəzərdə tutulan hal istisna olmaqla) bu
Qaydaların məqsədləri üçün sığorta və daşıma müqaviləsi üzrə tərəf hesab olunmayan, yol-nəqliyyat hadisəsi
nəticəsində bütün zərər çəkən hüquqi və fiziki şəxslər, habelə onların qanuni vərəsələri (hüquqi varisləri)
üçüncü şəxslər sayılırlar:
Avtonəqliyyat vasitəsinin sahibi və ya sürücüsü;
Öz ailə üzvlərinin (həyat yoldaşı, valideynləri, övladları, nəvələri) səhhətinə və ya əmlakına zərər
vuran Avtonəqliyyat vasitəsinin sahibinin, yaxud sürücüsünün həmin ailə üzvləri;
Avtonəqliyyat vasitəsinin sahibinin xidməti vəzifəsini yerinə yetirən işçisi.
19.4. Yol hərəkəti zamanı iki və daha artıq avtonəqliyyat vasitəsinin toqquşması nəticəsində zərər
çəkənlərdən hər biri digəri qarşısında üçüncü şəxs sayılır.
Maddə 20. Sığorta təminatı
Bu Qaydaların yalnız Sığorta müqaviləsində göstərilmiş Fəsilləri üzrə verilmiş sığorta təminatı etibarlı
hesab olunur.
Maddə 21. Bütün Fəsillərə aid olan Sığorta risklərindən istinalar və ya sığorta təminatında
məhdudiyyətlər
Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, aşağıdakı halların nəticəsində ortaya çıxan
istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir:
21.1. Sığortalının qəsdli hərəkətləri;
21.2. İonlaşma, radiasiya, yaxud nüvə yanacağının və ya nüvə tullantılarının istifadəsindən, həmçinin bu
istisnanın məqsədləri ücün özünü dəstəkləyən hər hansı atom nüvəsinin parçalanması prosesini daxil edərək,
nüvə yanacağının alovlanmasından ortaya çıxan radioaktivlik nəticəsində ətraf mühitin çirkləndirilməsindən
bilavastiə, yaxud dolayı yolla yaranan hər hansı məsuliyyət, zərər və ya ziyan;
21.3. Bu Qaydalara əsasən aşağıda göstərilən hər hansı bir hadisə nəticəsində hər hansı vəsatətin (tələbin)
ortaya çıxması hallarında, Sığortalı bədbəxt hadisənin, itkinin, zərərin və ya məsuliyyətin (qanunvericiliyin
tələblərinin bunu tələb etdiyi dərəcədə yerinə yetirilməsi halları istisna olmaqla) aşağıda göstərilən hər hansı
hadisələrdən və ya onların nəticələrindən asılılığının, əlaqəsinin və onların nəticəsi olmamasını sübut etməlidir.
Zəruri sübutların olmaması halında, Sığortaçı belə vəsatətə görə heç bir məsuliyyət daşımır:
Yuxarıda göstərilən hadisələrə daxildir: müharibə, düşmən ölkələrinin əməlləri, düşmən aktları, hərbi
əməliyyatlar (müharibənin elan olunub-olunmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, qiyamlar,
buntlar, tətillər, ictimai intizamsızlıqlar, əmək iğtişaşları, üsyanlar, inqilablar, hərbi və ya qəsbkar hakimiyyətin
əməlləri, həbs qoyulma və ya müsadirə, yaxud bunları etməyə cəhd və ya yuxarıda sadalanan hadisələrdən hər
hansı birinin bilavasitə və ya dolayı nəticələri, qanunsuz və ya qərəzli hərəkətlər vasitəsi ilə və ya hər hansı