_____________________________________________________________________________________________________
«Atəşgah» Sığorta Şirkəti ASC
Avtonəqliyyat vasitələrinin könüllü sığortası
QAYDALARI
15
25.1. Bu Qaydaların 24.2-ci bəndində göstərilən hallarda Sığorta müqaviləsinə vaxtından əvvəl xitam
verilməsi üçün əsas olan şərait yarandıqda, Sığorta müqaviləsinə xitam verilməsində maraqlı olan tərəf dərhal
digər tərəfi bu barədə xəbərdar etməlidir.
25.2.
Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına
əsasən, Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu
barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (Sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60
gün, üç aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş
göndərməlidir.
25.3. Belə bildiriş Sığorta müqaviləsinin ləğvi tarixini özündə əks etdirməklə Sığortalının və ya
Sığortaçının Sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, Sığorta müqaviləsi bildirişdə göstərilən
tarixdən ləğv edilmiş sayılır. Bu bildirişin poçt vasitəsilə göndərilməsi, yuxarıda göstərildiyi kimi, həmin
xəbərdarlığın edilməsi faktının sübut edilməsi ücün kifayətdir və Sığorta müqaviləsi bildirişdə göstərilən
tarixdən və vaxtdan etibarsız sayılacaq.
Maddə 26. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri
26.1. Sığorta müqaviləsinə Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta
qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı Sığorta müqaviləsinin qurtarmamış
müddəti üçün sığorta haqqını aşağıdakı cədvəl əsasında Sığortalıya qaytarır:
Sığorta müqaviləsinin qurtarmamış müddəti
(ümumi sığorta müddətindən faizlə)
Sığorta haqqının Sığortalıya qaytarılan
hissəsi
(ümumi sığorta haqqından faizlə)
92% və daha çox olduqda
68.10%
83%-dən – 92%-dək
58.48%
75%-dən - 83%-dək
50.48%
67%-dən - 75%-dək
43.38%
58%-dən - 67%-dək
36.88%
50%-dən - 58%-dək
30.83%
42%-dən - 50%-dək
25.12%
33%-dən - 42%-dək
19.69%
25%-dən - 33%-dək
14.50%
17%-dən - 25%-dək
9.50%
8%-dən - 17%-dək
4.67%
8 % və daha az olduqda
0%
Qeyd:
Müqaviləyə vaxtından əvvəl xitam verildikdə sığorta haqqının Sığortaçı tərəfindən tutulan
hissəsi hər bir halda 50 manatdan az olmamalıdır.
26.2. Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqqını
bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının Sığorta müqaviləsi üzrə vəzifələrini yerinə
yetirməməsi ilə bağlıdırsa, Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqının Sığortalıya
qaytarılması bu Qaydaların 26.1-ci bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
26.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı
tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına
bərabər və ya ondan çox miqdarda sığorta ödənişi
verilmişdirsə, sığorta haqqı Sığortalıya qaytarılmır.
26.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı
tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta
haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması
müvafiq olaraq bu Qaydaların 26.1-ci və 26.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
_____________________________________________________________________________________________________
«Atəşgah» Sığorta Şirkəti ASC
Avtonəqliyyat vasitələrinin könüllü sığortası
QAYDALARI
16
26.5.
Sığorta müqaviləsi bu Qaydaların 24.3-cü bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında
xitam verilmiş hesab edildikdə, Sığortaçı müqavilənin
qurtarmamış müddəti üçün sığorta haqqını, bu
Qaydaların 26.1., 26.3 və 26.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, Sığortalıya qaytarır.
26.6. Sığorta müqaviləsi üzrə sığorta haqqının yenidən hesablanmalı olması halında Sığortaçı bunlardan
hansının daha yüksək olmasından asılı olaraq, artıq qazanılmış sığorta haqqını və ya hər hansı minimal və (və
ya) depozit sığorta haqqının qısamüddətli hissəsini saxlamaq hüququna malikdir.
Maddə 27. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması
Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı qanunvericiliyə zidd olmayan başqa şərtlər barədə
razılığa gələ bilərlər
Maddə 28. Sığorta müqaviləsinin qüvvəyə minməsi
Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, Sığorta müqaviləsi sığorta haqqının ilk
hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
Maddə 29. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri
29.1.Sığortalı Sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Sığortaçının müqavilədən imtina
etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, sığorta riskinin artması
ilə bağlı bütün hallar, xüsusən də aşağıdakı hallar barədə Sığortaçıya təxirə salınmadan məlumat verməlidir:
29.1.1.İcarə və ya hər hansı digər mülki-hüquq müqaviləsi əsasında Avtonəqliyyat vasitəsinin və (və ya)
onun əlavə avadanlığının üçüncü şəxslərə verilməsi, həmçinin girov müqaviləsinə əsasən Avtonəqliyyat
vasitəsinin yüklü edilməsi;
29.1.2.Avtonəqliyyat vasitəsinə mülkiyyət hüququnun ücüncü şəxslərə keçməsi;
29.1.3.Avtonəqliyyat vasitəsinin sığorta hadisəsi hesab olunmayan hadisə nəticəsində ciddi zədələnməsi
və ya məhv olması;
29.1.4.Avtonəqliyyat vasitəsinin ərizə formasında göstərilmiş məqsədlərdən fərqli məqsədlər ücün
istifadə edilməsi;
29.1.5.Avtonəqliyyat vasitəsinin Dövlət Yol Polisi orqanlarında qeydiyyatdan çıxarılması və ya
Avtonəqliyyat vasitəsinin Dövlət Yol Polisi orqanlarında təkrar qeydiyyata salınması;
29.1.6.Avtonəqliyyat vasitəsinin qeydiyyat sənədlərinin itirilməsi, oğurlanması və ya dəyişdirilməsi;
29.1.7.Avtonəqliyyat vasitəsinin gövdəsinin və ya mühərrikinin dəyişdirilməsi;
29.1.8.Avtonəqliyyat vasitəsinin açarlarının itirilməsi;
29.1.9.Sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq, Səlahiyyətləndirilmiş sürücülərin siyahısında
dəyişikliklərin edilməsi;
29.1.10. Avtonəqliyyat vasitəsinə aid olan və Ərizə formasında Sığortalı tərəfindən göstərilən məlumat və
halların dəyişməsi;
29.2. Sığorta riskinin əhəmiyyətli dərəcədə artmasına təsir göstərə bilən hallar haqqında məlumatı
aldıqdan sonra Sığortaçı :
29.2.1. Sığorta müqaviləsinə müvafiq dəyişikliklər edə bilər;
29.2.2. Əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər;
29.2.3. Bu şərait yarandıqdan sonra Sığorta müqaviləsinə xitam verə bilər.
Maddə 30. Sığorta haqqının hesablanması və ödənilməsi
30.1.Sığorta haqqının məbləği və ya onun hesablanması və ödənilməsi qaydası Sığorta müqaviləsi ilə
müəyyən edilir.
30.2.Sığorta haqqını nağdsız formada ödəyərkən Sığortalı ödəniş tapşırığında sığorta haqqının
ödənilməsinin əsasını təşkil edən Sığorta müqaviləsinin, yaxud sığorta şəhadətnaməsinin nömrəsinə istinad
etməlidir.
30.3.Sığorta haqqının ödənilməsi qaydası və forması Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata
keçirilir.
30.4. Sığorta haqqı onun Sığortaçının bank hesabına daxil olduğu və ya Sığortaçı tərəfindən nağd ödəniş
formasında alındığı gün ödənilmiş hesab olunur.