AudiT” fənnindən test sualları Müəllim: Kərimova İradə C.; Qrup 4328a1, a2 Müəllim:Əliyev M. O


Auditor adını almaq üçün imtahanlar kim tərəfindən qəbul edilir?



Yüklə 0,57 Mb.
səhifə4/29
tarix06.01.2023
ölçüsü0,57 Mb.
#98260
1   2   3   4   5   6   7   8   9   ...   29
Audit

45. Auditor adını almaq üçün imtahanlar kim tərəfindən qəbul edilir?
A) Auditor adını almaq üçün imtahanlar Auditorlar Palatasının təyin etdiyi komissiya tərəfindən qəbul edilir
B) İqtisadi İnkişaf Nasirliyi tərəfindən
C) Maliyyə Nazirliyi tərəfindən
D)Auditor mərkəzləri tərəfindən
E) Auditor firmaları tərəfindən

46. Auditor rəyi hansı bölmələrdən ibarətdir?
A) Auditi aparan sərbəst auditor haqqında məlumat, Auditor rəyinin ünvanlandığı fiziki və hüquqi şəxslər barədə məlumat, giriş; yoxlamanın məzmunu, auditor rəyi, auditor rəyinin tarixi, sərbəst auditorun ünvanı, auditor rəyinin təsdiq olunması
B) Auditor rəyinin ünvanı və tarixi, müəssisə haqqında məlumat, müəssisənin iqtisadi göstəriciləri, auditor rəyinin təsdiq olunması
C) Giriş, yoxlamanın məzmunu müəssisənin iqtisadi göstəriciləri əks etdirən cədvəllər, bölmələrin adı, audit aparan auditorun tərcümeyi hal
D) Sərbəst auditorun ünvanı və tarix
E) 10 bölmədən ibarətdir və bölmələrin adı yazılmır

47. Təsərrüfat subyektlərinin auditi zamanı auditoru necə seçirlər?


A) İqtisadi subyektlər auditor seçməkdə sərbəstdirlər
B) İqtisadi subyektləri auditorun rəhbəri ilə seçirlər
C) Auditor mərkəzinin razılığı ilə
D) Baş mühasibin razılığı ilə
E) Auditor müqaviləsilə

48. Sərbəst auditor olmağın şərtlərini göstərin
A)AR-nın vətəndaşı olmaq, məhkumluğun qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi və ixtisas üzrə azı 3 il iş stajına malik olmaq, sərbəst auditor imtahanlarını vermək
B) İmtahan verəndən sonra ən azı 3 il staja malik olmalıdır
C) Lisenziya alan şəxs, imtahan verən şəxs, xarici vətəndaş
D) Ali təhsilli şəxslər, hüqüqşunas, rayon yerlərinin birində yaşayan şəxs
E) Azərbaycan Respublikasının Vətəndaşı olmaq, ali təhsilli olmaq

49. Auditor xidməti göstərilməsi hansı sənədlə rəsmiyyətə salınır?
A) Müqavilə ilə
B) Ərizə ilə
C) Aktla
D) Əmrlə
E) Arayışla

50. Azərbaycan Respublikasında audit işinin keyfiyyətinə edilən nəzarətin növlərini göstərin?


A) Daxili və kənar nəzarət
B) Ümumi və kənar nəzarət
C) Daxili və ümumi nəzarət
D) Ümumi və audit prosedurları üzrə nəzarət
E) Xarici və kənar nəzarət

51. Həyata keçirilmə vaxtına görə maliyyə təsərrüfat nəzarəti neçə yerə bölünür?


A) Qabaqcadan nəzarət, cari nəzarət, sonradan aparılan nəzarət
B) Qabaqcadan nəzarət
C) Daxili nəzarət, kənar nəzarət
D) İki tərəfli nəzarət
E) Başdan başa yoxlama, cari nəzarət

52. Auditor rəyi verməkdən imtina hansı ballarda ola bilər?


A) Məlumatların olmaması
B) Mənfi rəy olanda
C) Kifayət qədər auditor sübutunun olmaması
D) Sənədlər düzgün olmadıqda
E) Şərtli məlumatlar olduqda

53. Audit standartları neçə qrupa bölünür?


A) Audit standartları 3 qrupa bölünür: ümumi standartlar, auditor yoxlamasının aparılması standartları, hesabatın tərtib edilməsi standartları
B) Audit standartları 4 qrupa bölünür: auditor rəyi, auditor sübutu; audit yoxlamasının standartları
C) Audit standartları iki qrupa bölünür: auditor rəyi, auditor hesabatı
D) Audit standartları bir qrupla aparılır
E) Audit rəyi audit aktı və auditor sübutları formasında aparılır

54. Auditin aparılma texnikasının neçə forması mövcuddur?


A) 2 forması
B) 3 forması
C) 4 forması
D) 5 forması
E) 6 forması

55.Auditor adı almaq üçün imtahanların təşkilində auditor palatasından neçə nəfər iştirak edir?


A) 4 nəfər
B) 2 nəfər
C) 3 nəfər
D) 1 nəfər
E) 5 nəfər

56. Auditor Palatasının üzvləri kimlər ola bilər?


A) Sərbəst auditorlar və auditor təşkilatları
B) Sərbəst auditorlar
C) Auditor təşkilatları
D) Baş mühasiblər
E) Baş iqtisadçı, hüquqşünas

57.Auditor yoxlama zamanı hansı üsullardan istifadə olunur?


A) İnventarizasiya, audit aktı, auditor rəyi, yazılı sorğu
B) Auditin rəyi, audit aktı, inventarlaşdırma
C) İnventarlaşdırma, laboratoriya təhlili; ekspertiza, yazılı sorğu
D) Müqavilə, inventarlaşdırma, əlavə yazılış, təhlil ekspertiza
E) Audit aktı, auditin rəyi, müqavilə,təhlil

58. Auditin yekun sənədləri dedikdə hansı sənədlər nəzərdə tutulur?


A) Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş akt, arayış və rəylərə əlavə edilmiş müvafiq sənədlər nəzərdə tutulur
B) Məktub-ohdəlik, aktlar və rəylər nəzərdə tutulur
C) Bağlanmış müqavilə, arayış və rəylər nəzərdə tutulur
D) Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş arayış və rəylərə əlavə edilmiş müqavilə sənədlər, auditin planı
E) Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş akt, arayış və rəylər, auditin proqramı

59. Auditor xidməti sahəsində olan qadağanları göstərin


A) Şəxsi əmlak mənafeyi, yoxlanılan müəssisədə birbaşa qohumluq əlaqəsi, təsisçi mülkiyyətçi və ya səhmdarı olduqda
B) Yoxlamanı keyfiyyətsiz apardıqda, hesabatı vaxtında vermədikdə
C) Qohumluq əlaqəsi olduqda, lisenziyanın müddəti qurtardıqda
D) Təsisçi olduqda, ardıcıl olaraq bir neçə dəfə audit apardıqda
E) Lisenziya olmadıqda, qohumluq əlaqəsi olduqda, şəxsi əmlak mənafeyi olduqda

60. Auditin müstəqilliyi aşağıdakılara əsasən müəyyən edilir?


A) Auditorla müştəri arasında müqavilə münasibətlərinin olması, çatışmazlıqlar aradan qaldırılmayana qədər auditorun rəy verməkdən imtina edə bilməsi
B) İnvestorlar, kreditorlar və s. arasında müdiriyyət tərəfindən informasiyanın verilməsi
C) İnformasiya istifadəçilərinin onlara verilmiş informasiyaların düzgünlüyünü yoxlamaq üçün imkanlarının olmamasının
D) Qərarların nəticələrinin informasiyanın keyfiyyətindən asılı olması
E) Verilmiş informasiyanın keyfiyyətindən asılı olaraq istifadəçilərin rəyinin olması

61. Auditin vəzifəsinə nə aiddir?


A) Müəssisədə mühasibat uçotunun təşkilində, bərpasında və aparılmasında iqtisadi subyektə müqavilə əsasında auditor xidməti göstərmək, onun maliyyə-təsərrüfat vəziyyətini təhlil etmək
B) Mövcud və istifadə olunmayan daxili ehtiyat mənbələrini müəyyən edib təkliflər verməsi
C) Dövri hesabatlarda əks etdirən rəqəm məlumatlarının əsaslı planlaşdırılmasını həyata keçirməsi
D) Əsas fondlardan, dövriyyə vəsaitlərindən nə dərəcədə istifadə olunması
E) Aktivlərin, öhdəliklərin və xüsusi kapitalın qiymətləndirilməsi haqqında qaydalara əməl olunması üzərində nəzarəti həyata keçirməsi

62. Auditor yoxlamasının mərhələlərini göstərin?


A) Planlaşdırma, sənədləşdirmə, auditor rəyinin tərtib edilməsi
B) İnventarlaşma, proqnozlaşdırma, sənədləşdirmə
C) Proqnozlaşdırma, auditorun məsuliyyəti, planlaşdırma
D) Auditin məsuliyyəti, planlaşdırma, sənədləşdirmə, auditor sübutlarının əldə edilməsi
E) Ekspert işlərindən istifadə edilməsi, auditor sübutlarının alınması

63. Auditin obyektinə görə hansı növləri var?


A) Bank, sığorta, birja, dövlət, ümumi audit
B) Ekoloji vergi operativ audit
C) Vergi qiymət, sistemi, audit
D) Daxili, xarici, qiymət, bank auditi
E) Riskli, təsdiqedici məcburi audit

64. Təyinatına görə auditin neçə növü var?


A) 7
B) 4
C) 3
D) 8
E) 2

65. Həyata keçirilmə vaxtı üzrə mövcud olan auditin növlərini göstərin


A)İlkin, operativ, razılaşdırılmış (təkrarlanan) audit
B)Ekoloji, xarici, təşəbbüslü audit
C)Könüllü, məcburi, sistemli audit
D)Daxili, xarici, operativ audit
E)Birdəfəlik, müntəzəm, operativ audit

66. Yoxlamanın xarakteri üzrə auditin mövcud növləri hansıdır?


A)Təsdiqedici, sistemli-nəzərə alınmış, riskə istinad edən audit
B)Ümumi, riskə istinad edən, könüllü audit
C)İlkin, təsdiqedici, məcburi audit
D)Sistemli-nəzarət alınmış riskə istinad edilən, ümumi audit
E)Birdəfəlik, təsdiqedici, məcburi audit

67.Daxili audit dedikdə nə başa düşülür?


A) Müəssisənin xüsusi struktur bölməsi olub, birbaşa müəssisənin rəhbərliyinə tabe olan işçilər tərəfindən həyata keçirilir
B) Qanunvericilikdə müəyyən edilmiş hallarda, dövlət orqanlarının tapşırığı ilə həyata keçirilir
C) İqtisadi subyekt öz müraciətinə əsasən keçirilməsi deməkdir
D) Müəssisənin ştatında olub, müəssisə tərəfindən məcburi keçirilir, risk əsaslanır
E) Müqavilə əsasında həyata keçirilmiş yoxlamadır

68. Kənar audit dedikdə nə başa düşülür?


A) Müstəqil tərəflər (müəssisə sifarişçi) və auditor təşkilat arasında müqavilə əsasında həyata keçirilir
B) Müəssisənin ştatında olub, müəssisə tərəfindən məcburi keçirilir, riskə əsaslanır
C) Qanunvericilikdə müəyyən edilmiş hallarda, dövlət orqanlarının tapşırığı ilə həyata keçirilir
D) İqtisadi subyekt öz müraciətinə əsasən keçirilməsi deməkdir
E) Müqavilə əsasında həyata keçirilmiş yoxlamadır

69. Daxili audit hansı tələblərə əsasən aparılır?


A) İqtisadi subyektin bölmələrinin, eləcə də bütövlükdə müəssisəni idarə etmək tələblərinə əsasən
B) Aktivlərin hərəkətinin düzgün müəyyən edilməsi
C) Müəssisəyə lisenziya verilməsi, aktivlərin hərəkəti
D) Kapitalın hərəkətinin müəyyən edilməsi, aktivlərin hərəkəti
E) Hesabatın düzgün verilməsi, müəssisənin idarə edilməsi

70. Daxili auditin xüsusiyyətləri hansılardır?


A) Müəssisənin rəhbərliyinə tabedir və onun qarşısında cavabdehdir
B) Müqavilə əsasında həyata keçirilir
C) Audit xidməti pulludur, sahibkarlıq fəaliyyətinin növlərindən biridir
D) Mühasibat ( maliyyə) hesabatında nöqsanları araşdırır
E) Kənardan təşkil olunan, müəssisənin fəaliyyətinə rəy verməklə kifayətlənir

71. Məcburi audit hansı hallarda aparılır?


A) Nizamnamə kapitalında xarici investorlara məxsus payı olduqda
B) Mühasibat uçotunun təşkilində müsbət və mənfi halların baş verməsində
C) Audit yoxlamasının yekunlaşdırılmasında
D) Auditor və sifarişçilərin müqaviləsi pozulduqda
E) Daxili nəzarət və s. haqda auditorlar lazımi informasiyalara malik olmadıqda

72. Məktub-öhdəlik iqtisadi subyektə nə vaxt göndərilir?


A) Müqavilə bağlananadək göndərilir
B) Göndərilmir
C) Audit qurtaranadək göndərilir
D) Auditor rəyi tərtib edildikdən sonra göndərilir
E) Məktub-öhdəlik müqavilə ilə birlikdə tərtib edilir

73.Audit və təftişin oxşar cəhətlərini göstərin


A) Hər ikisi yoxlama xarakteri daşıyır, sənədlərin yoxlanması, təhlil üsulundan istifadə olunması
B) Hər ikisi müqavilə ilə həyata keçirilir, könüllüdür
C) Hər ikisi fəaliyyətidir və könüllüdür
D) Hər ikisi könüllü yaranır, müqavilə ilə həyata keçirilir
E) Hər ikisi yoxlama rəylə tamamlanır, sahibkarlıq fəaliyyətidir

74. Hansı hallarda auditora lisenziya verməkdən imtina edilir?


A) Tələb olunan sənədlər tam təqdim edilmədikdə
B) Vergi Məcəlləsi ilə əlaqədar vergi orqanları ilə fikir ayrılığı olduqda
C) Balansın tərtib olunduğu anda akkreditivlər haqqında informasiya əldə olmadıqda
D) Maliyyə hesabatlarında dəyişiklik olduqda
E) Auditor rəyinin təsdiq olunması

75. Hansı hallarda auditorun lisenziyası ləğv edilir?


A) Lisenziyadan istifadə edən şəxs bu haqda Auditorlar Palatasına ərizə ilə müraciət etdikdə, məhkəmə qərarı olduqda
B) Təsərrüfat-maliyyə fəaliyyətinin təhlili qeyri-obyektiv olduqda
C) Mühasibat (maliyyə) hesabatı düzgün tərtib edilmədikdə
D) İqtisadi subyektlərin aktiv və passivinə düzgün qiymət vermədikdə
E)Uçot siyasəti düzgün olmadıqda

76. Auditin başlıca prinsipləri hansılardır?


A) Düzgünlük, obyektivlik, konfidensiallıq
B) Sənədli yoxlama, faktiki yoxlama, sorğu
C) Müşahidə, sorğu, taktiki yoxlama
D) Analitik testlər, müşahidə, sənədli yoxlama
E) Müayinə, xüsusi yoxlama, obyektivlik

77. Auditora müstəqil və normal fəaliyyət göstərmələrini təmin etmək üçün onlara verilmiş hüquqlar hansılardır?


A) Sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq
B) Maliyyə hesabatlarını Beynəlxalq Standartlara uyğunlaşdırmaq
C) Nümunəvi nəzarət forması olmalıdır
D) Tapşırıqların yerinə yetirilməsinin nəticələrini və onları əks etdirən sənəd hazırlamaq
E) Auditlə bərabər yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət sistemi olmalıdır

78. Audit təşkilati cəhətdən bölünür:


A) Daxili və xarici auditə
B) Operativ və kənar auditə
C) Məcburi və könüllü auditə
D) Sistemli və operativ auditə
E) Təsdiqedici və xarici auditə

79. Audit standartları dedikdə nə başa düşülür?


A) Vəzifələrini yerinə yetirərkən normativ materialları rəhbər tutmaq
B) Mühasibat uçotunun təşkilində müəssisəyə köməklik göstərmək
C) Uçotun bərpa olunmasına və aparılmasına mühasibat (maliyyə) hesabatının tərtib edilməsinə köməklik göstərmək
D) Vergilərin planlaşdırılmasına və vergiyə görə hesablaşma aparılmasına köməklik göstərmək
E) Müştərilərə informasiya xidmətləri göstərmək

80. Firmadaxili audit standartları nəyi özündə əks etdirir?


A) Razılaşmanın məqsədinin müəyyən edilməsi, biznesin icmalını, riskin qiymətləndirilməsini
B) Obyektivlik, razılaşmanın məqsədinin müəyyən edilməsini
C) Konfidensiallıq, düzgünlük, biznesin icmalını
D) Düzgünlük, konfidensiallıq, riskin qiymətləndirilməsini
E) Məsuliyyət, obyektivlik, konfidensiallıq, düzgünlüyün

81. Auditin planlaşdırılması dedikdə nə başa düşülür?


A) Planlaşdırılan işlərin növləri, yerinə yetirilmə müddəti, hesabat haqqında rəyin hazırlanması
B) İstehsalatın şəraiti və aktivlərin səviyyəsi ilə tanış olmaq və planlaşdırilması
C) Müştərinin yoxlama aparmaqda məqsədi və onun nəticəsindən istifadə imkanlarının müəyyən edilməsi
D) Yerinə yetiriləcəyi audit xidmətinə xüsusi imkanların yaranması və planlaşdırılması
E) Uçot siyasətinin səviyyəsinin müəyyən edilməsi və planlaşdırılması

82. Audit planlaşdırılması aşağıdakı məqsədlər üçün zəruridir ()


A) Riskə qiymət verilməsi, işin yerinə yetirilməsinə nəzarət
B) Daxili nəzarət sistemini yaratmaq
C) Hüquqi öhdəliklər əldə etmək
D) Texnoloji, istehsalat üzrə əlaqələr yaratmaq
E) Törəmə müəssisələrin yaradılmasına

83. Auditin planlaşdırılması özündə nəyi birləşdirir?


A) Auditin ümumi planını, auditin proqramını
B) Auditin standartlarını, auditin hüquqi bazasını
C)Auditin növlərini, auditin standartlarını
D) Auditin hüquqi bazasını, auditin proqramını
E) Auditin növlərini, auditin ümumi planını

84. Maliyyə (mühasibat) hesabatının auditi neçə risklə əlaqəlidir?


A) İki
B) Üç
C) Dörd
D) Bir
E) Beş

85, Maliyyə (mühasibat) hesabatının auditi hansı risklər ilə əlaqəlidir?


A) Sahibkarlıq riski, auditor riski
B) Dövlət riski
C) Bank riski
D) Qiymətləndirmə riski
E) Lisenziyaların verilməsi ilə əlaqədar risk

86. Vaxta görə xərclərin planlaşdırılması prosesində audit aşağıdakıları nəzərə almalıdır.


A) Real əmək məsrəfləri, riskin qiymətləndirilməsi
B) İnventarlaşmanın vaxtında aparılması
C) İlkin sənədlərin tərtib edilməsi
D) Mühasibat uçotunda səhvlərin düzəldilməsi
E) Planlaşdırmanın optimallığı

87. Auditor riski nə deməkdir?


A) Yoxlamanın yekunları üzrə müəyyənləşdirilən gümanların etirafı
B) Lisenziyanın verilməsi deməkdir
C) Auditor proqramının həyata keçirilməsi deməkdir
D) Yoxlamanın nəticəsinin rəylə yekunlaşdırılması deməkdir
E) Auditor planlaşdırılmasının həyata keçirilməsi deməkdir

88. Auditor riski özündə hansı komponentləri birləşdirir?


A) Nəzarət riskini, təsərrüfatdaxili riski
B) Dövlət riski, nəzarət riski aşkaretməmək riski
C) Qiymətləndirmə riski, bank riski
D) Bank riski, təsərrüfatdaxili risk
E) Sahibkarlıq riski, dövlət riski

89. Auditor proqramı dedikdə nə başa düşülür?


A) Yoxlama üçün lazım olan auditor əməliyyatlarının siyahısı
B) Sənədlərin tamlığı və dəqiqliyi
C) Səhvlərin aradan qaldırılması
D) Əmr və sərəncamların icrasının siyahısı
E) Bütün proseslərin mühafizəsinə nəzarət edilmə siyahısı

90. Auditor proqramının hansı növləri var?


A) Mühasibat hesabatlarının vaxtında, düzgün aparılması
B) Aktivlərin hərəkətinin yoxlanılması
C) Testlərə nəzarət hesablarındakı qalıqların yoxlanılması
D) Mühasibat uçotu sənədlərinin yoxlanılması
E) Balansın düzgünlüyünün yoxlanılması

91. Auditor sübutu deyəndə nə başa düşülür?


A) Auditorun rəyini əsaslandırmaq və müəyyən bir nəticəyə gəlmək üçün toplanmış məlumatları
B) Auditor hesablaşmalarının seçmə yolu ilə aparılması
C) Bunun köməyi ilə mal çatdırılmasının müqavilə-qaimələrdə qeydə alınması
D) İqtisadi subyektin əmlakı və öhdəlikləri haqda dəqiq informasiyaların əldə olunması
E) Auditor hesablaşmaların müşahidə yolu ilə əldə edilməsi

92. Auditor sübutları əldə etmək üçün əsas metodlar hansılardır?


A) Analitik prosedurlar
B) Müşahidə, təhlil, riyazi hesablamalar
C) Üzləşdirmə, müşahidə
D)İqtisadi subyektin əvvəllər keçirilmiş inventarlaşdırılmasının sənədlərinin mövcudluğu
E) Sənədli yoxlamanın təhlili

93. Audit yoxlamasının metodları hansılardır?


A) Faktiki, müşahidə, analitik testlər
B) Etibarlılıq, təsdiqnamə
C) Ekspertlərin rəyi, mühasibat uçotunun sənədləri
D) Sənədin yoxlanılması, yazılı təqdimat
E) Digər mənbələrdən daxil olan məlumatlar

94. Auditin təşkilati metodları hansılardır?


A) Başdan-başa, seçmə üsul, analitik yoxlama
B) Müştəri tərəfindən qəbul olunmuş uçot siyasətinin ümumi təhlilinin araşdırılması
C) Yoxlamanın nəticəsinin sistemləşdirilməsi
D)Auditor rəyinin hazırlanması
E) Maliyyə vəziyyəti haqqında hesabat

95. Analitik prosedurlar dedikdə nə başa düşülür?


A) Təhlil və qiymətləndirilməsi, iqtisadi göstəricilərin tədqiqi və baş verən səhvlərin və saxtalaşdırılmaların səbəblərinin aşkara çıxarılması
B) Auditor proqramının hər bir maddəsinin tam və keyfiyyətlə yerinə yetirilmə vəziyyətinin qiymətləndirilməsi
C) Hesablaşmalar təkrar yoxlanılır və informasiyaların verilməsinin düzgünlüyünün bir daha araşdırılması
D) İlk sənədlər və yazılışların yoxlanılması
E) Maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılmasının qiymətləndirilməsi

96. Analitik prosedurların tipik növləri aşağıdakılardan hansıdır?


A) Aşkara çıxarılan kənarlaşmaları qiymətləndirmək
B) Mühasibat hesabatları göstəricilərini smeta göstəriciləri ilə üzləşdirmək
C) Seçmənin nəticəsini qiymətləndirmək
D) Sifarişçilər və onlarla əlaqə saxlamaq
E) Xüsusi fənd və üsullarla hesablamaları aparmaq

97. Auditin predmetini təşkil edir:


A) Müstəqil yoxlama aparmaqla təsərrüfat - maliyyə fəaliyyətini mühasibat sənədləri əsasında öyrənmək və ona kompleks qiymət vermək
B) Müəssisənin sosial-iqtisadi problemlərinin həlli səviyyəsini öyrənmək və qiymətləndirmək
C) Müəssisə rəhbərliyinin verdiyi sərəncam və göstərişlərin yerinə yetirilmə vəziyyəti
D) Müstəqil yoxlayıcılar tərəfindən mühasibat sənədlərinə əsasən müəssisənin əmlakının inventlaşdırılması
E) Təsərrüfat maliyyə fəaliyyətinin yoxlanması

98. Mühasibat hesabatının audit yoxlamasının metodoloji əsasları hansılardır?


A) Auditor sübutlarının toplanması
B) Audit aparmaq üçün normativ baza
C) İqtisadi subyektin fəaliyyətinin əhəmiyyətli göstəricilərinin təhlili
D) Yoxlama nəticəsinin qiymətləndirilməsi
E) Daxili auditin nəticəsindən və ekspert işlərinin nəticəsindən istifadə edilməsi

99. Auditin gedişatında əlaqəli tərəflərlə əməliyyatlara aşağıdakılardan hansılar aiddir?


A) Qapalı tipli səhmdar cəmiyyətlər
B) Törəmə, asılı cəmiyyətlər, qarşılıqlı, əlaqəli və eyni qrupa aid olan təşkilatın müəssisələri
C) Açıq tipli səhmdar cəmiyyətlər
D) Təşkilatın hüquqi şəxsi
E) Müəssisənin təsisçiləri

100. Auditor iqtisadi subyektin fəaliyyətinin dayandırılması və ləğv edilməsi ilə bağlı yerinə yetirilməyən normativ aktları yoxlayan zaman nəyə əməl etməlidir?


A) İqtisadi subyektə aid olan informasiyalari, normativ hüquqi bazanı öyrənməli
B) Daxili və xarici auditin aparılmasına dair məlumatları öyrənməli
C) Ekspertin məqsədi və ekspert işinin həcmini öyrənməli
D) Ekspertin iqtisadi subyektlə qarşılıqlı münasibətlərinin şərhini öyrənməli
E) Auditor təşkilatının ekspert rəyini öyrənməli

101. Audit əsasən kimlərin qarşılıqlı maraqları təşkil edir?


A) Auditin əsasını dövlətin təsərrüfat subyektlərinin qarşılıqlı maraqları təşkil edir.
B) Auditin əsasını debitorların,malsatanların,səhimdarların qoyduqları qarşılıqlı maraqları təşkil edir
C) Auditin əsaslarını cəmiyyətlərində səhimdarların dövlətin qarşılıqlı marağı təşkil edir
D) Auditin əsaslarını sərmayəçilərin,səhimdarların,kreditorların və dövlətin qarşılıqlı maraqları təşkil edir.
E) Auditorların təsərrüffat subyektləri və ayrı-ayrı şəxslərin maraqları təşkil edir.

102. Audit dedikdə nə başa düşülür?


A) Audit dedikdə maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür.
B) Audit dedikdə müəssisənin yoxlanılması üsulları başa düşülür.
C) Audit dedikdə iqtisadi hərəkətlər və hadisələr haqında məlumat toplanması üsulları başa düşülür.
D) Audit dedikdə -iqtisadi subyektlərin maliyyə vəziyyəti başa düşülür.
E) Audit dedikdə təsərrüfat subyektlərinin mühasibat uçotunun yenidən qurulması başa düşülür.

103. Müəssisə və onun əhatə edən mühitin, eləcə də daxili nəzarətinin öyrənilməsi məqsədilə auditor aşağıda göstərilən riskin qiymətləndirilməsi prosedurlarını həyata keçirməlidir.


A) Müqavilə bağlamaq
B) Rəhbərlik və müəssisə daxilində digər şəxslərə sorğu verilməsi
C) Analitik prosedurlar
D) Müşahidə
E) Nəzarət


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə