Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə6/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   2   3   4   5   6   7   8   9   ...   101
Benton PDF.çapı

 
 
 
 


16 
I FƏSİL  
 
QƏNSTƏNTINƏ (İSTANBUL). MAY 1807 
 
Birinci məktub 
Əziz dostum, mənim Aralıq dənizi sahilində yerləşən Espla-
tu
7
 məntəqəsindən 2000 fərsəngdən
8
 artıq bir məsafədə, yol boyu 
Osmanlı imperiyasının naməlum torpaqlarından keçərək İstanbu-
la qədər uzanan səfərimə marağını nəzərə alaraq, bu məktubu sə-
nə yazıram. Ancaq təəssüf edirəm ki, bunun üçün daha münasib 
təchizata sahib deyiləm. Çünki səfər məsələsi qəflətən ortaya çıx-
dı və mən tələm-tələsik yola çıxmalı oldum. Hətta lazımi əşyala-
rımı belə götürmək imkanım olmadı. Mənə əmr olundu ki, dərhal 
Raquzdan  Fransa  Silahlı  Qüvvələrinin  baş  komandanı  general 
Marmunun korpusunun yerləşdiyi Dalmas vilayətinin Esplatu li-
manına hərəkət edim və oradakı iki zabitlə birlikdə İstanbula ge-
dim və Osmanlı sarayındakı Fransa səfiri general Sebastiyaninin 
(1772-1851) komandanlığı altında xidmət edim. 
Biz 3 nəfər zabit 1807-ci ilin mart ayının 14-də yola düşdük. 
General Marmunun Türkiyə sərhədindəki məmurlara məktubları, 
əhalisi etimadsız və ehtiyatlı olan Türkiyədəki səfərimizi asanlaş-
dırmalı idi. Biz Trunikdəki Bosniya paşasından lazımi göstərişlər 
alıb İstanbul səfərimizi davam etdirməli idik. 
Biz gəmi ilə şimal-şərqə, yəni Sinə tərəf hərəkət etdik. Hava 
çox pis idi və biz gecə mənzil başına yetişənə qədər çox əziyyət 
çəkdik. Mənzil başında dövlət məmurları bizi xoş qarşılamadılar. 
Biz  başa  düşdük  ki,  Dalmasın  əhalisi  mədəniyyətdən  uzaq  qal-
mışlar. Onlarda ünsiyyətsizlik və yekəxanalıq var idi. Burada an-
caq zorbalıq qanunu işləyir. Bizi müşayiət edənlərin vəziyyətləri 
o qədər də ürəkaçan deyildi. Onlar bizim onların bizə qarşı xoşa-
gəlməz rəftarından şikayət etməyə imkanımızın olmadığını başa 
düşərək bizi yağışın altında və soyuqda saxlayırdılar. Bu vəziy-
                                                           
7
 Esplatu-Dalmas vilayətində bir limandır. 
8
 Fərsəng (fərsəx)- 6 km-ə bərabər uzunluq ölçüsüdür. 


17 
yətdə biz islandıq və üşüdük. Bu üzdən də onları xəncərlə hədə-
lədik. Bundan sonra bizi çox namünasib bir sığınacağa yerləşdir-
dilər, ancaq şam yeməyi belə vermədilər. Dalmasda mehmanxana 
yoxdur. Ona görə də qonaqpərvər bir şəxsə rast gəlməyən qonaq-
lar, bədbəxt vəziyyətə düşür və ortada qalırlar. 
Növbəti günü günortaya qədər kiraladığımız atları gözləməli 
olduq. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə