Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə9/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   5   6   7   8   9   10   11   12   ...   101
Benton PDF.çapı

Qaçaq-quldur qorxusu
. Çox uca Kavac dağından keçəndən 
sonra bir tikiliyə çatdıq. Belə tikililər dağ yolları üərində qurulub 
yolçuların  heyvanları  ilə  birlikdə  toplaşdıqları  sığınacaq  rolunu 
oynayır. Əsas bina olan böyük otağın ortasında qalanmış ocaq ha-
mını isidir. Bayırda qar yağırdı və hava çox soyuq idi. Bu üzdən 
ocağın istisi çox xoş təsir bağışlayırdı. Biz ocağın üstündə özü-
müzə kofe hazırladıq. Tikilinin sahibləri ancaq ot və odun satırlar. 
Bizim  tatarımız  (bələdçimiz)  xəstə  idi  və  onun  məsrəflərini  biz 
qarşılayırdıq. O, belə tikililərdə bizi quldurlardan qorumağa çalı-


23 
şırdı. Albanlardan olan quldurları “arnavut” adlandırırdılar. Bə-
lədçimiz bizi  quldurlarla qorxutsa da, biz ona elə də  əhəmiyyət 
vermir və yolumuza davam etmək istəyirdik. Çünki sığınacaqda 
çox qalsaydıq, o zaman serb quldurlarının diqqətini cəlb edər və 
onların hücumuna məruz qalardıq.  
Keçdiyimiz ərazi elə də gözəl deyildi. O, Dalmas kimi hər 
cür bitkidən məhrum idi. Səhrada ara-sıra görünən 1-2 ağac yek-
nəsək  ətrafı,  az  da  olsa,  maraqlı  edirdi.  Öz  sənayesi  ilə  tanınan 
Taşılıtsadan keçdik. 
Pripol
. Ayın 25-də Lim çayının sahilində yerləşən Pripol şə-
hərinə çatdıq. Lim çayı Drina çayına tökülür. Pripolda bələdçimiz 
bir dostu ilə rastlaşdı və onunla o qədər araq içdi ki, biz onu böyük 
çətinliklə atına mindirə bildik.  
O gecə çox ağır-ağır hərəkət etməyə məcbur olduq, çünki xid-
mətçilər məst bələdçimizin atdan yıxılmamasına diqqət edirdilər. 
Məcburən  yol üstündəki ilk sığınacaqda dayandıq ki, bələdçimiz 
özünə  gəlsin.  Onun  özünə  gəlməsi  xeyli  vaxt  apardı.  Zənnimcə, 
Məhəmməd peyğəmbər alkoqollu içkiləri qadağan etməkdə haqlı 
imiş, çünki bu vəhşi təbiətli xalq içməyin həddini bilmir. Axırda 
məcbur olduq ki, bələdçimizi və onun yoldaşlarını təhdid etməklə 
yola  çıxmağa  məcbur  edək.  Əgər  o  gecə  xoşagəlməz  insanlarla 
(
qaçaq-quldurlarla-tərcüməçi
)  rastlaşsaydıq,  təhlükəli  vəziyyətə 
düşəcəkdik. Mən qorxurdum, çünki Serbiya ilə sərhəddə idik. Bu-
rada hər yan yolkəsənlərlə doludur. Sabahısı bir kənddən keçdik. 
Quldurlar kəndi yandırmış, əhalisini əsir götürmüşdülər.  
 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə