Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə11/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   7   8   9   10   11   12   13   14   ...   101
Benton PDF.çapı

Priştinanın hakimi
. Həmin gecə nisbətən böyük olan Priş-
tina  şəhərinə  çatdıq.  Paşanın  maliyyə  idarəsi  burada  yerləşirdi. 
Paşa  axşam  yeməyindən  sonra  bizi  qaranlıq  və  kəsif  bir  otaqda 
qəbul etdi. Danışdıqlarından və bəhs etdiyi mövzulardan görünür-
dü ki, o, axmağın birisidir. Belə ki, o, bizdən ciddi bir şəkildə so-
ruşurdu ki, bəzədilmiş məqbərəsi olan və şəhərin 1 fərsəngindən 
görünən günbəzi gördünüzmü? Və həqiqi imanla əlavə etdi ki, bu 


25 
məqbərə dindar bir şəxsin xatirəsinə tikilmişdir. Onun boynu ha-
kim tərəfindən vurulmuşdur. Kəsilmiş başını əlinə alan dindar bir 
xeyli  yol  getmiş  və dəfn olunmaq istədiyi  yerə  çatmış  və  orada 
dünyasını dəyişmişdir. Bu üzdən də onu həmin yerdə dəfn etmiş 
və xatirəsinə məqbərə ucaltmışlar.  
Belə  məlum  olurdu  ki,  paşa  serblərdən  çox  qorxurdu.  Ona 
görə də ətrafdakı ağacları kəsdirmiş, şəhərin divarlarını möhkəm-
lətmişdi. Onun həyata keçirdiyi tədbirlər göstərirdi ki, Vaubanın
16
 
göstərişlərindən tamamilə xəbərsizdir.   
Əslində paşa pis adam deyildi. O, bizə qəhvə və çay təklif 
etdi və söz verdi ki, bizi müşayiət və mühafizə etməkdən ötrü bir 
dəstə adam versin. Onlar bizi serblərin keçid məntəqəsi olan ana 
yoldan keçirməli idilər. Paşa qardaşı Mustafa bəyə də bir məktub 
yazdı. Biz növbəti gecə Mustafa bəyin idarə etdiyi məntəqəyə çat-
malı idik. 
Ayın 30-da Priştinadan hərəkət etdik. Paşanın 1 macar hərb-
çisi və 1 xidmətçisi də bizimlə birlikdə idilər. Macar əsgər danı-
şırdı ki, o, 50 xristian əsgərin başçısıdır və bizim kimi şəxslərlə 
rəftar qaydalarını yaxşı bilir. O, bizim ona tam etimad etməyimizi 
istəyirdi. Paşanın bizə qoşduğu hər iki atlı tam silahlı idi. Ancaq 
onların görkəmi elə xoşagəlməz idi ki, əgər bizə hücum edilsəydi, 
onlar canlarını bizə fəda etməzdilər. Əksinə, hətta quldurlarla əl-
bir olardılar. Qarət üçün münasib olan dağlıq və meşəlik ərazidən 
keçdiyimizə görə olduqca nigaran olmağımıza baxmayaraq, heç 
bir problem yaşamadan Gilana çatdıq. Paşanın sifarişlərinə bax-
mayaraq, burada bizi çox aşağı səviyyədə qəbul etdilər və biz ha-
kimlə görüşə bilmədik. Ayın 31-də macar hərbçi və Mustafa bə-
yin xidmətçilərindən biri ilə birlikdə Danub dərəsini yunan ada-
larından ayıran uca və meşəli Qara dağdan keçdik. Onun cənub 
yoxuşu şimal yoxuşundan daha kəskin idi. Yoxuş şərqdən qərbə 
doğru uzanırdı. Dağın uca təpələri qarla örtülümüşdü. Ola bilsin 
ki, mərkəzi təpə Hemus dağı idi və Rodop dağları cənubdan ona 
birləşirdi. Buradan yaxşı olmayan əkin məntəqəsinə daxil olduq. 
                                                           
16
 Vauban-məşhur fransız hərbi mühəndisi-istehkamçısı 


26 
Çöl, demək olar ki, bitkisiz idi. Bu yerlər şahzadə Əli bəyin haki-
miyyəti altındadır. Əli bəy Cyustikdə oturur.  
Rəiyyətin  daxmaları  insanı  riqqətə  gətirirdi.  Onlar  insan 
məskənindən çox torpaq yığınına bənzəyirdilər. Bədbəxt xristian-
ların başlarını girələdikləri bu zirzəmi daxmalrın ətrafındakı çinar 
ağaclarının başlarında hacıleyləklər yuva qurmuşdular. Hacıley-
lək  yuvaları  daxmalardan  daha  böyük  və  möhkəm  idilər.  Əgər 
ara-sıra  insan  ləyaqətini  ortaya  qoyan  görkəmli  Osmanlı  evləri 
gözə dəyməsəydi, Makedoniya quşların məskəni hesab olunardı. 
Bu  region  olduca  yoxsuldur.  Zaman  keçdikcə  onun  meşələri 
məhv olmuş və onların yerini heç bir bitki tutmamışdır. Nəticədə 
çöl və səhra yaranmışdır.  
Əgər Osmanlıların hakimiyyəti altında cəhalət içində yaşa-
yan bu yoxsul camaata kömək olunsa, onların sənayesi inkişaf et-
sə, Makedoniya yenidən gözəl bir məntəqəyə çevrilər, Makedo-
niyalı İsgəndərin və onun qəhrəman əsgərlərinin adına layiq olar. 
Bu  regionun  əhalisi  orta  boyludur.  Onların  sifəti  həyəcanlıdır. 
Üzlərindəki qorxu və bədbəxtlik olmasa, gözəl görünərlər.  

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə