Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə7/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   2   3   4   5   6   7   8   9   10   ...   101
Benton PDF.çapı

Prolok  dağı
.  Gecəni  Prolok  dağının  yanında  keçirdik.  Bu 
dağ yerli xalqın əfsanə və tarixində məşhurdur. O, allahların mə-
kanı və yerli əhalinin əcdadlarının türklərə qarşı apardıqları tarixi 
müharibələrin yeridir. Bu müharibələrlə bağlı səhnələrin yer aldı-
ğı dastandakı qəmli və birtonlu mahnıların güclü və gur sədalarnıı 
Dalmas dağlarında hər zaman eşitmək olar. İndi də bəzən bu mah-
nıların avazı qulağımda cingildəyir. 
Dalmas dağlarından keçmək bizim üçün unudulmaz bir şey 
oldu. Çünki burada güclü bir tufana düşdük və bədbəxtlikdən bir 
dəstə türk tacirlə rastlaşdıq. Onlar Bosniyadan
9
 Dalmasa taxıl, də-
mir, mis, iri və xırdabuynuzlu heyvan aparırdılar. Biz yeganə dar 
bir  keçidin  qarşısında  qarın  altında  1,5  saat  onların  keçməsini 
gözləməli olduq. 
Dağın  cənub  hissəsində  çox  gözəl  palıd  ağacları  bitmişdi. 
Keçilər çöl kolları kimi onları hələ yeyə bilməmişdilər. Dalmasda 
təbiətin qorunması ilə bağlı gələcəyə yönəlik planlama  yoxdur və 
heç kim keçilərin təbiətə vurduğu ziyanın qarşısını almır. Ona gö-
rə də bir gün gələcək ki, Dalmasda ağac qalmayacaq. Dağın ba-
şında sərv ağacları görünür. Onun şimal tərəfində isə sellərin aç-
dığı dərələr var. 
Yolun bu hissəsində ilk türk postu mövcuddur. Osmanlı döv-
lətinin məmurları ilə ilk rastlaşma bizi həqiqi mənada vahiməyə 
salırdı.  Ağır  və  səliqəli  uniformalar  geymiş  təqribən  12  nəfər 
uzunboylu, silahlı, kəskin baxışlı əsgər bir kəlmə kəsmədən bizi 
balaca və tüstülü  bir otaqda  məhbus  etdi.  Otağın  ortasında sərv 
                                                           
9
 Bosniya-1879-cu ilə qədər Osmanlı inperiyasının tərkibində olmuş dağlıq bir 
ölkədir.  


18 
odunundan qalanmış bir ocaq yanırdı. Ocağın tutqun işığında əs-
gərlərin siluetləri daha da qorxulu görünürdü. Bizi 15 dəqiqə bu-
rada saxladılar. Yəqin ki, bunun səbəbi özlərinin güclərini və bi-
zim zəifliyimizi nümayiş etdirmək və bunun dadını çıxartmaq idi. 
Nəhayət  bizə  bir  müşahidəçi  qoşdular  ki,  gecəni  bizi  o  ərazidə 
saxlasın. Bizə çox pis bir şam yeməyi verildi və sui-istifadə edi-
lərək əvəzində çox pul alındı. 
Növbəti gün Helivno adlı kiçik bir türk şəhərinə yola daüş-
dük.  Bu  şəhərin  hakimi “Ağa”  adlanırdı  və  o,  Dalmasla  ticarət 
edənlərin hesabına külli miqdarda sərvət toplamışdı. 
Yol yoldaşlarım məndən istədilər ki, Bosniyanın eslavon ad-
lanan yerli dilinə bələd olan türk xidmətçilərindən birinin vasitəsi 
ilə  “Ağa”dan  at  kirayə  edərək  yolumuza  davam  etməyimizə  və 
vəzirin yanına getməyimizə icazə verməsini istəyim. “Ağa” razı-
lıq verdi. “Ağa” o qədər təkəbbürlü idi ki, sanki, Osmanlı dövlə-
tinin baş sultanı idi. 
Ümumiyyətlə, yolu bu tərəflərə düşən hər bir xarici dərhal 
müsəlmanların necə təkəbbürlü olduqlarının fərqinə varır. Bu mə-
sələ onlara işin düşəndə daha çox hiss olunur. Bu regionda şəhər 
azdır. Bosniyanın qaraqabaq əhalisi mərkəzdən uzaq dağ kəndlə-
rində yaşayır. Əksəriyyəti də qonşuları ilə müharibə etdiklərindən 
Avropanın digər xalqlarından daha geridə qalmışlar. Bu vəziyyət-
də dünyadan xəbərsiz olduqlarına görə belə hesab edirlər ki, qə-
dimdə  ölkələrini  igidlik  və  şücaətlə  fəth  etdikləri  kimi,  indi  də 
qəhrəmandırlar. Rastlaşdığımız bir hadisə yerli əhalinin bu xislə-
tini bir daha göstərdi. Belə ki, qarın arası ilə yol gedərkən bir nəfər 
süpürgə satana rast gəldik. O, gözləyirdi ki, biz 6 nəfər atlı yoldan 
çəkilərək ona yol verək və hətta bizi hədələdi. Lakin biz ona əhə-
miyyət vermədik və yolumuza davam etdik. Mən qabaqda getdi-
yimə  görə  onu  itələdim.  Bu  zaman  orada  olan  və  hər  cəhətdən 
bizdən  güclü  6  nəfər  silahlı  türk  ovçudan  ehtiyat  edərək  onlara 
yol verməkdən ötrü yoldan kənara çıxmağa məcbur olduq. 
Trunik
. 6 günlük soyuq, yorğunluq, yerli əhalinin təhqirləri 
və  müxtəlif  məhrumiyyətlərlə  dolu  yolçuluqdan  sonra,  axır  ki, 
mart ayının 20-də Trunikə yetişdik. Buradakı Fransa konsulu Da-
vud  ağanın  bizi  qarşılaması  və  yerli  paşanın  bizə  ehtiramından 


19 
xeyli məmnun olduq. Bizim xoş qarşılanmamızın səbəbi general 
Marmunun bizə verdiyi ezamiyyət məktubu idi. Paşanın ona bö-
yük hörməti var idi. 
Yusif Məhəmməd paşa Qahirədə ezamiyyətdə olarkən, kiçik 
bir ordu ilə Misiri fəth etmiş
10
 qəhrəman fransız hərbçilərinə və 
onun imperatoruna rəğbət bəsləmişdi. Fransızlar Misiri tərk etmə-
mişdən qabaq onun komandanlığına keçmiş və ona xidmət etmiş-
dilər. Paşa indi də özünü fransızların hamisi bilirdi. Ümumiyyət-
lə, Yusif paşa çox vəfalı və səxavətli bir şəxs idi. 
Misirdə kiçik bir qalada mühasirədə olanda və əsgərlər ara-
sında müqavimətin faydasız olduğu  fikri dolaşdığını  öyrənəndə 
və müəyyən ödəmələr müqavilində düşmənin mühasirəni dayan-
dırmağa  razı  sala  biləcəyi  halda  cəvahirat,  qiymətli  parçalar  və 
əşyalarla dolu sandığını gətirməyi və əsgərlərin gözü qarşısında 
ona od vurulmasını əmr etmiş və demişdir ki, mən sərvətimi qo-
rumaq üçün deyil, şərəfimi qorumaq üçün döyüşürəm. 
Yusif paşa böyük bir cah-cəlalla bizi qarşıladı, bizə çox lütf 
elədi və ehtiram göstərdi. Onun söhbəti çox incə, dəyanətli və ma-
raqlı idi. Qəhvə və qəlyandan başqa, bizə mürəbbə və şərbət də 
verildi. Ancaq ənənəyə görə biz müxtəlif mürəbbələrin hər birin-
dən bir qaşıqdan artıq yemədik. Sonra su gətirdilər və biz əlimizi 
yuduq  və  ağzımızı  yaxaladıq
11
.  Bizə  verilən  zərli  işləməli  cod 
dəsmallarla əlimizi və ağzımızı quruladıq. 
Paşa hər cür müharibə və hərbi idman oyunlarının azarkeşi 
idi və bu sahələrdə böyük məharətə malikdi. O, özünə Misir məm-
lüklərindən
12
  bu  sahədə  fərqlənən  xüsusi  mühafizlər  gətirmişdi. 
Biz onların məşqlərinə də tamaşa etdik. Onlar qılınclarla pambıq-
                                                           
10
  Napoleon  Bonapart  1798-ci  ildə  Misiri  fəth  etmiş,  sonrakı  ildə  Suriyaya 
qoşun yeridərkən ingilislərə məğlub olmuş və Fransaya geri qayıtmışdır. Lakin 
ordusunun bir hissəsi 1801-ci ilə qədər Misirdə qalmışdır.  
11
 Belə bir adət bəzi Şərq ölkələrində indi də mövcuddur, yəni yeməkdən əvvəl 
və sonra çiynində dəsmal olan xidmətçi əlində ləyən və sutökən ilə daxil olaraq 
hər bir qonağın əlini yuması və ağzını yaxalamasını təmin edir.  
12
  Məmlük-Misirdə  türk  xidmətçilərə  (qulamlara)  məmlük  deyirlər.  Onların 
yaratdığı dövlət isə tarixə Məmlukilər kimi düşmüşdür.  


20 
dan düzəldilmiş qurama kəllələrə hücum edir və onları bədənlərin-
dən ayırır, tüfəng və tapançalarla atəş edir, 3-4 addım uzunluqda 
çubuqdan hazırlanmış və bir başı daha enli olan, nizəyə oxşar “cə-
rid” adlanan mızraqı atırdılar. Müharibə zamanı bu çubuğun başına 
bir parça kəsici dəmir bağlayır və ondan silah kimi istifadə edirdi-
lər. Tamaşa göstərən süvarilərin məharəti xüsusi ilə təsirli idi. 
Paşanın imarəti taxtadan tikilmişdi. O, kənd qəsrinə oxşayırdı. 
İmarətin yerləşdiyi kiçik şəhər dar bir dərənin sonunda yerləşmişdi. 
Buradakı  bütün  evlər  ağacdan  tikilmişdi.  Məncə,  buranın  əhalisi 
səliqəsiz və yoxsul idi. Biz burada ancaq bir neçə yaşlı qadınla rast-
laşdıq. Paşa və onun məmurları ilə birlikdə olmağımıza baxmaya-
raq bu  qadınlar  bizə  qarşı xoşagəlməz  sözlər  söylədilər.  Buranın 
paşaları çox varlıdırlar və onlara “vəzir” deyilir. Onlar Trunikdə və 
Bosna sarayda
13
 yaşamağa üstünlük verirlər. Trunik gözdən-qulaq-
dan aralı olduğundan paşalar buranı daha çox sevirlər. 
Bosnasarayda müharibə və müharibə idman oyunlarını sevən 
paşaları sevmirlər. Burada türk paşalarının çoxu qapalı həyat sü-
rür.  Xalq  onları  zalım  və  istibdadçı  kimi  tanıyır.  Ancaq  onlara 
qarşı etiraz etmirlər, çünki onlara yarım müqəddəs kimi baxırlar. 
Paşaların bu regiondakı hərbi xidmətlərinin müddəti qısa olur və 
onların əksəriyyəti bu müddətdən maksimum istifadə etməyə ça-
lışırlar. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə