Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə10/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   6   7   8   9   10   11   12   13   ...   101
Benton PDF.çapı

Novibazar
. Ayın 27-də Novibazara yetişdik. Bura 6 min nə-
fərin yaşadığı bir şəhərdir. Onun hakimi İbrahim paşadır. O, Bos-
niyadakı  vəzirə  tabedir.  İbrahim  paşa  şəhərin  ortasındakı  dörd-
künc qalada  yaşayır. Qalanın  ətrafındakı  hasar  gildəndir, ancaq 
onun dörd küncündə daşdan tikilmiş bürclər var. Hasarın kənar-
larında xəndək qazılmışdır.  
Qalanın  darvazasının  qarşısında  bir  müddət  əvvəl  döyüşdə 
öldürülmüş 80 nəfər serb quldurunun başları nizəyə taxılmış və 
nümayişə qoyulmuşdur. Biz növbəti günə qədər at gözləməli ol-
duq. Bu arada İbrahim paşanın 12 yaşlı oğlu Hezad bəy bizim gö-
rüşümüzə gəldi. O, xoşsifət və çox vüqarlı idi. Bizim uşaqlarımız 


24 
zadəgan nəslindən olsalar da, belə vüqarlı və mətanətli olmurlar. 
Hezad bəy başdan-ayağa qiymətli silahlar taxmışdı. Onu 7-8 nə-
fər müşayiət edirdi.  
Novibazardan keçəndən sonra dağlıq əraziyə daxil olduq. Bir 
müddət sellərin açdığı dərələrlə yol getdik. Çünki serb quldurla-
rının və əsgərlərin olduğu əsas yol ilə hərəkət etməkdən çəkinir-
dik.  Bu  regionda  paşanın  əsgərləri  ilə  rastlaşmaq  təhlükəli  düş-
mənlə  üz-üzə  gəlmək  kimidir.  Qarşımıza  çıxan  və  sürətlə  axan 
bol sulu İbar çayından çox böyük çətinliklə keçdik. Onun üzərin-
dəki körpünü bir müddət əvvəl sel  yuyub aparmışdı. Onu bərpa 
eləmək heç kimin ağlına gəlmirdi. Əgər sel olsaydı, biz 15 gün 
orada məəttəl qalmalı olacaqdıq. Çayın bəri üzündə Mitroviç kən-
di yerləşir. O, Bosniya vəzirinin hakimiyyəti altında olan sonuncu 
sərhəd kəndidir. Oradan Rumeli vilayəti başlayır. O, Makedoni-
yanın bir hissəsidir və bir neçə hakim tərəfindən idarə olunur.  
Makedoniya
.  Axşam  Makedoniyanın  kiçik  şəhərlərindən 
biri olan Veçitrinə çatdıq, yerli hakimlərdən biri ilə görüşdük. An-
caq bu şahzadə bizə qarşı o qədər nəzakətsiz davrandı ki, məcbur 
olub  gecəni  Estəbldə  keçirdik  və  yeməyə  süddən  başqa  bir  şey 
tapmadıq. Veçitrin Kosovo adlı geniş bir düzənlikdə yerləşir. Bu 
düzənlikdə çoxsaylı qəbirlər gözə dəyir. Onlar müharibədə həlak 
olanların qəbirləridir. Makedoniya Osmanlı sultanı I Murad tərə-
findən qanlı döyüş sonu fəth edilmişdir. Döyüşün növbəti günün-
də o, əsirləri görməyə gələndə bir serb əsir tərəfindən öldürülmüş-
dür. Biz onun məqbərəsinə baxmağa getdik. Onun ağacdan olan 
məqbərəsi daşdan tikilmiş kiçik bir məscidin içərisində yerləşir. 
17 müharibədən fateh kimi çıxmış bu sultanın məqbərəsi üzərində 
onun xidmətləri ilə bağlı heç bir yazı yox idi. Türklər bu cür mə-
sələlərə əhəmiyyət vermirlər.    

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə