24
zadəgan nəslindən olsalar da, belə vüqarlı və mətanətli olmurlar.
Hezad bəy başdan-ayağa qiymətli silahlar taxmışdı. Onu 7-8 nə-
fər müşayiət edirdi.
Novibazardan keçəndən sonra dağlıq əraziyə daxil olduq. Bir
müddət sellərin açdığı dərələrlə yol getdik. Çünki serb quldurla-
rının və əsgərlərin olduğu əsas yol ilə hərəkət etməkdən çəkinir-
dik. Bu regionda paşanın əsgərləri ilə rastlaşmaq təhlükəli düş-
mənlə üz-üzə gəlmək kimidir. Qarşımıza çıxan və sürətlə axan
bol sulu İbar çayından çox böyük çətinliklə keçdik. Onun üzərin-
dəki körpünü bir müddət əvvəl sel yuyub aparmışdı. Onu bərpa
eləmək heç kimin ağlına gəlmirdi. Əgər sel olsaydı, biz 15 gün
orada məəttəl qalmalı olacaqdıq. Çayın bəri üzündə Mitroviç kən-
di yerləşir. O, Bosniya vəzirinin hakimiyyəti altında olan sonuncu
sərhəd kəndidir. Oradan Rumeli vilayəti başlayır. O, Makedoni-
yanın bir hissəsidir və bir neçə hakim tərəfindən idarə olunur.
Makedoniya
. Axşam Makedoniyanın kiçik şəhərlərindən
biri olan Veçitrinə çatdıq, yerli hakimlərdən biri ilə görüşdük. An-
caq bu şahzadə bizə qarşı o qədər nəzakətsiz davrandı ki, məcbur
olub gecəni Estəbldə keçirdik və yeməyə süddən başqa bir şey
tapmadıq. Veçitrin Kosovo adlı geniş bir düzənlikdə yerləşir. Bu
düzənlikdə çoxsaylı qəbirlər gözə dəyir. Onlar müharibədə həlak
olanların qəbirləridir. Makedoniya Osmanlı sultanı I Murad tərə-
findən qanlı döyüş sonu fəth edilmişdir. Döyüşün növbəti günün-
də o, əsirləri görməyə gələndə bir serb əsir tərəfindən öldürülmüş-
dür. Biz onun məqbərəsinə baxmağa getdik. Onun ağacdan olan
məqbərəsi daşdan tikilmiş kiçik bir məscidin içərisində yerləşir.
17 müharibədən fateh kimi çıxmış bu sultanın məqbərəsi üzərində
onun xidmətləri ilə bağlı heç bir yazı yox idi. Türklər bu cür mə-
sələlərə əhəmiyyət vermirlər.
Dostları ilə paylaş: