25
məqbərə dindar bir şəxsin xatirəsinə tikilmişdir. Onun boynu ha-
kim tərəfindən vurulmuşdur. Kəsilmiş başını əlinə alan dindar bir
xeyli yol getmiş və dəfn olunmaq istədiyi yerə çatmış və orada
dünyasını dəyişmişdir. Bu üzdən də onu həmin yerdə dəfn etmiş
və xatirəsinə məqbərə ucaltmışlar.
Belə məlum olurdu ki, paşa serblərdən çox qorxurdu. Ona
görə də ətrafdakı ağacları kəsdirmiş, şəhərin divarlarını möhkəm-
lətmişdi. Onun həyata keçirdiyi tədbirlər göstərirdi ki, Vaubanın
16
göstərişlərindən tamamilə xəbərsizdir.
Əslində paşa pis adam deyildi. O, bizə qəhvə və çay təklif
etdi
və söz verdi ki, bizi müşayiət və mühafizə etməkdən
ötrü bir
dəstə adam versin. Onlar bizi serblərin keçid məntəqəsi olan ana
yoldan keçirməli idilər. Paşa qardaşı Mustafa bəyə də bir məktub
yazdı. Biz növbəti gecə Mustafa bəyin idarə etdiyi məntəqəyə çat-
malı idik.
Ayın 30-da Priştinadan hərəkət etdik. Paşanın 1
macar hərb-
çisi və 1 xidmətçisi də bizimlə birlikdə idilər. Macar əsgər danı-
şırdı ki, o, 50 xristian əsgərin başçısıdır və bizim kimi şəxslərlə
rəftar qaydalarını yaxşı bilir. O, bizim ona tam etimad etməyimizi
istəyirdi. Paşanın bizə qoşduğu hər iki atlı tam silahlı idi. Ancaq
onların görkəmi elə xoşagəlməz idi ki, əgər bizə hücum edilsəydi,
onlar canlarını bizə fəda etməzdilər. Əksinə, hətta quldurlarla əl-
bir olardılar. Qarət üçün münasib olan dağlıq və meşəlik ərazidən
keçdiyimizə görə olduqca nigaran olmağımıza baxmayaraq, heç
bir problem yaşamadan Gilana çatdıq. Paşanın sifarişlərinə bax-
mayaraq, burada bizi çox aşağı səviyyədə qəbul etdilər və biz ha-
kimlə görüşə bilmədik. Ayın 31-də macar hərbçi və Mustafa bə-
yin xidmətçilərindən biri ilə birlikdə Danub dərəsini yunan ada-
larından ayıran uca və meşəli Qara dağdan keçdik. Onun cənub
yoxuşu şimal yoxuşundan daha kəskin idi. Yoxuş şərqdən qərbə
doğru uzanırdı. Dağın uca təpələri qarla örtülümüşdü. Ola bilsin
ki, mərkəzi təpə Hemus dağı idi və Rodop dağları cənubdan ona
birləşirdi. Buradan yaxşı olmayan əkin məntəqəsinə daxil olduq.
16
Vauban-məşhur fransız hərbi mühəndisi-istehkamçısı
26
Çöl, demək olar ki, bitkisiz idi. Bu yerlər şahzadə Əli bəyin haki-
miyyəti altındadır. Əli bəy Cyustikdə oturur.
Rəiyyətin daxmaları insanı riqqətə gətirirdi. Onlar insan
məskənindən çox torpaq yığınına bənzəyirdilər. Bədbəxt xristian-
ların başlarını girələdikləri bu zirzəmi daxmalrın ətrafındakı çinar
ağaclarının başlarında hacıleyləklər yuva qurmuşdular. Hacıley-
lək yuvaları daxmalardan daha böyük və möhkəm idilər. Əgər
ara-sıra insan ləyaqətini ortaya qoyan görkəmli Osmanlı evləri
gözə dəyməsəydi, Makedoniya quşların məskəni hesab olunardı.
Bu region olduca yoxsuldur. Zaman keçdikcə onun meşələri
məhv olmuş və onların yerini heç bir bitki tutmamışdır.
Nəticədə
çöl və səhra yaranmışdır.
Əgər Osmanlıların hakimiyyəti altında cəhalət içində yaşa-
yan bu yoxsul camaata kömək olunsa, onların sənayesi inkişaf et-
sə, Makedoniya yenidən gözəl bir məntəqəyə çevrilər, Makedo-
niyalı İsgəndərin və onun qəhrəman əsgərlərinin adına layiq olar.
Bu regionun əhalisi orta boyludur. Onların sifəti həyəcanlıdır.
Üzlərindəki
qorxu və bədbəxtlik olmasa, gözəl görünərlər.
Dostları ilə paylaş: