29
ayında İstanbulda baş vermiş hadisələr
17
barədə bizə bir söz de-
mədi. Əlbəttə, bu barədə dəqiq məlumatımız olsaydı, səfərin na-
rahatçılığından o qədər də sıxılmaz,
uzunmüddətli əzabdan sonra
ilk dəfə olaraq yumşaq yataqda rahat yatardıq. Hətta ola bilsin ki,
Selanikə gedib Fransa konsulundan
məlumat alar, yunan yarıma-
dalarının sahillərini gəzərdik. Ancaq tələsdiyimizdən mənzil ba-
şına mümkün qədər tez çatmaq istəyirdik.
Yağışlı və soyuq bir gündə yola düşdük. Yol boyu kəndlilər
yağış altında öküzlər qoşulmuş kotanlarla yer şumlayırdılar. Fik-
rimizcə, şumlanan torpaq məhsuldar idi. Orada pambıq əkəcəkdi-
lər. Gecənin başlanğıcında biz yolu azdıq. Ancaq çaparxananın
yaşlı atının sayəsində ana yolu tapa bildik. Yorğun-arğın və taqət-
dən düşmüş bir halda Paraviçə çatdıq. Ancaq bu kənddə nə odun,
nə yemək, nə də istirahət yeri tapa bilmədik.
Dostları ilə paylaş: