30
yük şöhrətə sahibdir. Çünki Sant Paul Makedoniyaya səfəri za-
manı burada gəmidən düşmüşdü. Uca qayanın üstündə qədim qa-
la vardı, onun ətrafındakı arx rumlulardan qalmışdı. İndi də şəhə-
rin bulaqlarına su çatdırılmasında ondan istifadə olunurdu.
Biz burada azca dayanandan sonra atlarımızı dəyişərək yolu-
muza davam etdik, dənizin kənarındakı çox məhsuldar əkinlərdən
və otlaqlardan keçərək, Neapolun 8 fərsəngliyində Qarasu adlı
böyük bir çaya yetişdik. Bu məntəqənin çaylarının çoxu iti axır
və zaman-zaman məcralarından çıxırlar. Deyilənə görə, qarasu
“qara” və ya “qorxulu sular” deməkdir. Qədimdə bu çayın adı
Nestus olmuşdur.
Yeni xəritələrdə o, Nestu kimi göstərilir. Ceni-
za adlı balaca və gözəl şəhərdən keçəndən sonra çöl yolundan çıx-
dıq. Burada yolkəsənləri məhv etməyə gedən bir dəstə əsgərlə
rastlaşdıq. Bəzən belə əsgərlərlə rastlaşmaq yolkəsənlərlə rastlaş-
maqdan daha pis olur.
Az sonra şirin sulu bir çayın kənarından keçdik və Giromiji-
naya çatdıq. O, təqribən 200 ailədən ibarət yunan şəhəridir. Bu-
rada at olmadığına görə məcburən bir müddət gözləməli olduq.
Dostları ilə paylaş: