31
çox gözəl idi. Yaşıl tarlalar, zeytun ağacları və otlaqlarda otlayan
sürülər göz oxşayırdı.
Makri burnundakı balaca Miriya şəhərinə yetişdik. Burada
da at tapmaq müşkül oldu. Başqa müştərilərin çıxarıldığı
19
kəsif
bir çayxanaya yerləşdik. Yerləşdiyimiz küçədə daha 3 çayçı var-
dı. Onların hamısı müştəri ilə dolu idi.
Qarşıda Samotras və İmbros adaları görünürdü. Qədimdə əl-
çatmaz olan Samotras bir sığınacaq olmuşdu, ancaq hazırda, ək-
sinə, yerli hakimlərin zülmü və sitəmi ilə təhlükə dolu bir məkan-
dır. Dənizdən aralı sol tərəfdə Xerson və Dardanel boğazı, daha
uzaqda isə Troya dağları yerləşir. Onlar, sanki, üfüqün ağ bulud-
ları ilə qarışmışlar. O günün sabahı gözəl zeytun bağları olan əra-
zidən keçdik. Yerli əhalinin tənbəlliyinin və işsizliyinin səbəbini
başa düşdük; buradakı verimli zeytun bağlarının becərilməsi elə
də zəhmət tələb etmir. Az sonra faydalı bir iş görən birinci dəvə
karvanı gördük. Dəvələr yavaş-yavaş hərəkət edirdilər, ancaq da-
şıdıqları yük ağır idi. 1 nəfər 7 dəvəni idarə edirdi. Onların qarşı-
sında isə uzunqulağa minmiş bir nəfər gedirdi.
Dostları ilə paylaş: