27
də həmin günü və gecəni xaraba bir karvansarayda keçirməyə
məcbur olduq. Əgər bura istirahət üçün münasib olsaydı, türk
ağaların xoşagəlməz münasibətinə görə məcburən burada qalma-
ğımızdan o qədər də narahat olmazdıq. Onların bədxahlığından
savayı, bələdçimizin tənbəlliyi də problem idi. O, hər gün daha az
yol qət etməyimizi istəyirdi. Halbuki, biz istəyirdik ki, fransızla-
rın fəaliyyət göstərdikləri İstanbula mümkün qədər tez yetişək,
onlara qoşulaq, onların əməliyyatında iştirak edək, eşitdiyimiz
bəd xəbərlərin nə dərəcədə doğru olduğunu öyrənək. Növbəti gün
gözəl məntəqələr və əkin sahələrinin arası ilə 12 fərsəx yol qət
etdik. Ancaq Strumitsada yenidən bizi saxladılar. Belə ki, rəsmi
formada bədcins və bədxah hakim-türk Əli bəyin yanına gedib
ədəb-ərkanla yolumuza davam etməyə icazə istəsək də, o, icazə
vermədi. Bizim Əli bəylə görüşümüzdə mənim diqqətimi çəkən
ədəbli bir qazı da iştirak edirdi. 1 saat keçəndən sonra mən qazını
ziyarət etməyə getdim. Onun İstanbuldan gəldiyini bildiyim üçün
paytaxt sakinlərinin ədəb və tərbiyəsindən bəhs etdim. Nəticədə
onu öz tərəfimizə çəkə bildim və o, bizə at verilməsi üçün göstəriş
verdi. O gecə biz dərhal yola düşdük.
Böyük Qarasu çayına tökülən Kiçik Qarasu çayından keçdik.
Bəzi xəritələrdə bu çayın adı Cəmbəli su kimi verilmişdir. Bu,
həmin qədim Strimon çayıdır.
Əlbəttə, biz onun kənarında vaxt keçirə bilmədik. Əksinə,
sürətlə yolumuza davam etdik və axşama Demerissaya çatdıq. Bu,
əyri-üyrü çay yatağı ilə Estrimenə axan bir çayın
sahilində yerlə-
şən böyük bir şəhərdir. Şəhərin ətrafında çoxlu gözəl meyvə bağ-
ları salınmışdır. Onların arasında füsunkar göllər vardır. Bu göl-
lərdən birinin sahilində ağacdan gözəl bir malikanə tikilmişdir. O,
Abu Lard paşaya məxsus idi. Paşa zahirən yaxşı adam təsiri ba-
ğışlayırdı və biz ümid edirdik ki, o, bizi layiqli bir şəkildə qonaq
edəcəkdir. Lakin gözlədiyimizin əksi oldu.
Bizi bütün şəhərdə gəzdirdilər. Bu müddətdə böyük bir dəstə
səs-küylə ardımızca gəlirdilər. Sonunda bizi yuvaya oxşar kiçik
və kəsif bir evdə yerləşdirdilər.
28
Atdan yıxıldığıma görə hər iki ayağım şişmişdi və bərk ağrı-
yırdı. Bütün bunlar mənim narahatlığımı daha da artırırdı. Ərazi-
nin namünasib olmasına və səfər yorğunluqlarına baxmayaraq,
səbr etməkdən başqa əlac yox idi. Burada da bizə at vermək istə-
mirdilər. Axır ki, bizə o qədər də yararlı olmayan bir
neçə at ver-
dilər və biz çətinliklə özümüzü Saraya çatdırdıq.
Dostları ilə paylaş: