Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə22/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   18   19   20   21   22   23   24   25   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Termokimyəvi metal hissələrin qələvi məhsullarında çirkin ərədilməsi ilə təmizlənməsindən ibarətdir.Məhlulun tempraturu 400+20◦ S ,tərkibi isə 65% natrium hidroksiddən 30% azot turşusundan və 5% natrium xlordan ibarət olur.Termokimyəvi təmizləmə xüsusi qrğularda aparılır.

Təmizləmə qurğusu 4 vannadan ibarət olur. Birinci vannada isti qələvi məhlulda hissələr 5-10 dəqiqə saxlanılır.Burada çirklər parçalanır və dağılır.Sonra hissələr ikinci vannada soyuq suya salınır.Kəskin tempratur fərqi burada xüsusi buxar axını əmələ gətirir.Buda çirklərin - ərpin qurumun,pasın əriyərək hissələrdən tam qopmasına şərait yaradır.Üçüncü vannada hissələrin səthləri turşulu emal nəticəsində təmizlənərək ağarır və qələvilərin qalıqları neytrallaşdırılır.

Dördüncü vannada hissələr qaynar suda yuyulur.Yumanın tam tsikli 20-25 dəqiqə təşkil edir.Hissələrin konteynerdə vannadan vannaya keçməsi elektrotelfer vasitəsilə aparılır.

Kombiləşdirilmiş üsullara ultrasəs vibroabraziv və elektro hidravlik effekti aid etmək olar.

Xırda hissələrin (klapanların ,itələyicilərin, normal hissələrinin vəs.)keyfiyətli təmizlənməsi maye doldurucuya malik fırlanan barabanlarda aparılır.Maye doldurucu kimi ağ neft dizel yanacağı lobomid 203 YM-8 istifadə edilir.

Mürəkkəb konfiqurasiyalı xırda hissələrin (elektrik avadanlığı və qida sistemi hissələri)təmizlənməsində ultra səsə malik yuma qurğularından istifadə olunur.Təmizlənəcək hissələr məhlul olan vannaya yığılır.

Ultrasəs vasitəsilə məhlulda rəqsi hərəkət köpüklənmə əmələ gətirir.Bu da öz növbəsində hissələrin səthlərinə zərbələrlə təsir edərək (Kavitasiya)onları çirkdən təmizləyir.Yuyucu məhlul kimi YM Labomidin sulu məhsullarından istifadə olunur.Qatılıq 10-30kq/m3 tempratur 55-65 ◦ S götürülür.

Slindrlər blokunda və dirsəkli valda yağ kanallarını yumaq üçün qurğulardan istifadə edilir.Bu qurğulardayuma zamanı maye axını dalğalanır.

Hissələrin konservasiya yağlarından təmzilənməsində SYM-dən istifadə etmək olar.


Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə