Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə2/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   2   3   4   5   6   7   8   9   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Əsaslı təmir (ƏT) – Avtomobilin və ya aqreqatların iş qabiliyyətinin və onun resursunun tam (və ya normativ resursunun 80 %-i qədər ) bərpası zamanı görülən əməliyyatlar kompleksinə deyilir.Buzaman baza elementi də daxil olmaqla işlədilən element bərpa və ya əvəz edilə bilər.

Tam resurs və ya ona yaxın (80%) qiymətlər normativ – texniki sənədlərdə verilir.Minik avtomobillərində və avtobuslarda baza (bazis ) elementi kimi kuzov (ban) ,yük avtomobillərində isə çərçivə nəzərdə tutulur.

Avtomobillərin əsaslı təmiri onun tam söküləmsini ,hissələrin yuyulub-təmizlənməsini ,qüsurlaşdırılmasını ,çeşidlənməsini ,hissələrin bərpasını ,aqreqat və düyünlərin əsaslı təmirini (və ya əvəz olunmalarını), yığılmasını ,nizamlanmasını ,sınağını və rənglənməsini nəzərdə tutur.

Aqreqatların əsaslı təmirinə onların tam sökülməsi ,hissələrin yuyulması,təmizlənməsi ,qüsurlaşdırılması və çeşidlənməsi,hissələrin bərpası,yığılması ,nizamlanması ,sınağı və rənglənməsi daxildir.

Aşağıdakı hallarda aqreqat əsaslı təmirə göndərilir:baza və əsas hissələrin təmirə ehtiacı olduqda.

Cari təmir (CT) - Məmulatın əsaslı təmirə qədər istismar prosesində əmələ gələn imtina və nasazlıqların aradan qaldırılmasına deyilir.Cari təmir sökmə ,əvəz etmə,yığma,çilingər,qaynaq və başqa işlərin görülməsi ilə yerinə yetirilir.Cari təmir aqreqatın və ya qovşağın növbəti texniki xidmətə qədər müddətdə imtinasız işini təmin etməlidir.


Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə