Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları


Avtotəmir istehsalının xüsusiyyətləri



Yüklə 388,09 Kb.
səhifə9/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   5   6   7   8   9   10   11   12   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Avtotəmir istehsalının xüsusiyyətləri

Avtomobillərin təmir texnologiyası dedikdə onların iş qabiliyyətini tələb olunan keyfiyyətdə və etibarlıqda , minimum xərclərlə bərpasının istehsal prosesi nəzərdə tutulur.

Təmir texnologiyasının avtomobillərin (maşınların ) istehsal texnologiyası ilə ümumi cəhətlərin olmasına baxmayaraq ,onun bir neçə spesifik xüsusiyyətləri vardır .Bu xüsusiyyətlər avtotəmir texnologiyasının maşınqayırmanın digər texnoloji fənləri arasında sərbəst elmi-texniki bilik sahəsi kimi ayrılmasına və öyrənilməsinə imkan vermişdir.

Avtomobillərin iş qabiliyyətinin tələb olunan keyfiyyət və etibarlıqda bərpası onlarla qüsur və nasazlıqların əmələ gəlmə səbəblərini qanunauyğunluqlarının öyrənilməsini tələb edir.Bu səbəblər arasında yeyilmə,yorulma və korroziya prosesləri ,metalın köhnəlməsi ,hissələrin mexaniki və başqa zədələri əsas yer tutur.

İstismar prosesində əmələ gələn zərərli proseslər avytomobilin hissələrinin və qovşaqlarının başlanğıc ölçülərinin dəyişməsinə səbəb olur.

Yəni avtomobillərin təmir texnologiyasının əsas xüsusiyyəti onların iş qabiliyyətlərinin pozulmasına səbəb olan zərərli proseslərin öyrənilməsidir.

Avtomobillərin istehsal prosesi pəstahların hazırlanmasından başlanır,təmir prosesi isə təmirə qəbul edilmiş və yeyilmiş avtomobilin sökülməsindən ,hissələrin yuyulmasından və yağsızlaşdırılmasından ,onların yararlıq dərəcələrinə görə qruplara bölünməsindən başlanır.

Avtomobillərin təmir texnologiyasını fərqləndirən xüsusiyyətlərdən biri yeyilmə qiyməti buraxıla bilən həddə olub əlavə təmir işləri tələb etməyən yararlı hissələrdən istifadə edilməsidir.

Təmir texnologiyasının xüsusiyyətlərində biri hissələrin müxtəlif üsullarla bərpasıdır.Avtomobil hissələrində yeyilmə qiyməti orta hesabla 0,1-0,3 mm arasında dəyişir.

Hissələrin 76,5% -də isə yeyilmə qiyməti 0,21 mm-dən çox olmur.Ona görə avtotəmir istehsalında hissələrin bərpa texnologiyası böyük iş həcminə malik olur.

Təmir texnologiyasının fərqləndirici xüsusiyyətlərindən biri təmir zamanı yığma prosesində mürəkkəb olmasıdır.Çünki,təmir zamanı uyğun yığma prosesində nominal və təmir ölçülərində həm təzə,həmdə təmir olunmuş və buraxıla bilən yeyilməyə malik hissələrdən istifadə edilir.Hissələrin müxtəlif ölçüdə olması qovşaq və düyünlərin yığılmasında onların müxtəlif üsullarla seçilməsini tələb edir.Burada seçmə və komplektləşdirmə işləri yığım və təmir keyfiyyətinə böyük təsir göstərir.

Avtotəmir istehsalını avtoqayırmadan fəqrləndirən əsas xüsusiyyətlərini professor S.İ.Rumyantsev şərti olaraq 3 qrupa bölür .

Birinci qrup fərqlər əsaslı təmirdə spesifik işlərin olması ilə xarakterizə edilir.Yəni bu işlər təmir prosesində yerinə yetirilir.Bu işlərə avtomobilin sökülməsi ,yuyulması ,qüsurlanması,çeşidlənməsi və hissələrin bərpası aid edilir.

İkinci qrup fərqləndiricio xüsusiyyətlərinə təmir obyektlərinin yığılmasını ,rənglənməsinin və texniki nəzarət üsullarının mürəkkəb olması aid edilir.

Əsaslı təmir zamanı hissələrin rənglənməsi avtoqayırma prosesində olan rəngləmə əməliyyatına nəzərən xeyli çətin və mürəkkəbdir.

Avtomobilin əsaslı təmirini onun istehsalından fərqləndirən üçüncü təmir fondunun texniki vəziyyətinin müxtəlif cinsli olması ilə əlaqədar olaraq təmir zamanı yerinə yetirilən işlərin xarakterinin və həcmini qeyri-stabil olmasıdır.

Beləliklə ,avtomobil təmirinin istehsal və texnoloji prosesləri də avtoqayırmanın istehsal və texnoloji proseslərindən fərqlənir.

Avtomobil və aqreqatların avtotəmir müəssisələrində təmiri zamanı görülən işlər iki qrupa bölünür : əsas və köməkçi işlər.

Əsas işlərə : sökmə,yuma və təmizləmə ,qüsurlaşdırma ,çeşidləmə , hissələrin bərpası və hazırlanması ,komplektləşdirmə ,yığma ,sınaq və rəngləmə ;köməkçi işlərə isə nəql etmə ,anbar əməliyyatları ,bina və avadanlığın saxlanması və təmiri ,texniki nəzarət və istehsalın alət və bütün enerji növü ilə təmin edilməsi daxildir.

Avtotəmir istehsalında istehsal prosesi təmir obyektinin konstruksiyası ilə ,istehsalın ixtisaslaşdırılması və konsentrasiyası ilə xarakterizə edilir.

Şəkil 13.1-də aqreqatların əsaslı təmirinin istehsal prosesinin sxemi göstərilmişdir.


Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə