Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə23/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   19   20   21   22   23   24   25   26   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Qüsurların təsnifatı

Avtomobillərin müxtəlif şəraitlərdə uzun müddətli istismarı nəticəsində hissələrdə qüsurlar əmələ gəlir.Qüsurların əmələ gəlmə səbəblərini ümumi şəkildə aşağıdakı qruplara bölmək olar:

-konstruksiyanın çatışmamazlığı;

-istehsal və bərpa texnologiyasının pozulması;

-istismar prosesində əmələ gələn təbii və qəza yeyilmələri.

Konstruksiyanın çatışmamazlığına hissələrin plçülərinin və oturtmaların düzgün təyin edilməməsini,materialın ,termiki emalın və örtük təbəqələrinin düzgün seçilməsinini aid etmək olar.Bu səbəblər yeyilmənin artmasına və qüsurların əmələ gətirilməsinə şərait yaradır.

Texnologiyanın pozulmasına materialın uyğun gəlməyən markadan seçilməsi,qovşaqlarda,oturtmaların pozulmasını ,mexaniki və termiki emalların keyfiyyətlərinin aşağı olmasını göstərmək olar.

Təbii yeyilmə prosesi istismar şəraitindən aslıdır.Yeyilmə nəticəsində qovşaq hissələrinin səthlərinin başlanğıc ölçüləri ,yeyilmə qeyri-bərabər olduqda isə həndəsi forması da dəyişir.

Qəza qüsurlarına isə dişli çarxların dişlərinin ressor vərəqlərin ,yayların ,dartqıların vəs.Sınmasını aid etmək olar.

Avtotəmir istehsalında qüsurları müxtəlif əlamətlərinə görə təsnif edirlər.Məsələn ,baş vermə yerinə görə,əmələ gəlmə səbələrinə görə,aradan qaldırma (bərpa) imkanına görə,təsir dərəcəsinə görə,aşkar olunmasına görə vəs.

Avtomobil hissələrində əmələ gələn qüsurları bərpa imkanına görə 3 qrupa bölmək olar:təbii yeyilmə nəticəsində əmələ gələn qüsurlar,mexaniki zədələr nəticəsində əmələ gələn qüsurlar,antikorroziya örtüklərinin zədələnməsi nəticəsində əmələ gələn qüsurlar.

Təbii yeyilmə nəticəsində əmələ gələn qüsurlara hissələrin işçi səthlərinin ölçülərinin və həndəsi formalarının dəyişməsini,hissələrin işçi səthlərinin qarşılıqlı vəziyyətlərinin pozulmasını,qovşaqlarda oturtmaların pozulmasını vəs.aid etmək olar.

Mexaniki zədələr hissələrdə qalıq deformasiya ,çatalar ,burulma ,əyilmə,qırılma,yastılanma vəs. şəklində əmələ gəlir.

Antikorroziya örtüklərinin zədələnməsi ilə əmələ gələn qüsurlara qalvanik ,kimyəvi üsullarla və ya rəng çəkilmiş örtüklərin pozulmasını göstərmək olar.

Hissələrin işçi səthlərinin dəyişməsi yeyilmə nəticəsində baş verir.Qeyri-bərabər yeyilmə nəticəsində hissənin işçi səthlərinin həndəsi formasında müxtəlif xətalar:ovallıq ,konusluluq vəs. əmələ gəlir.Misal olaraq mühərrikin əsasə hissələrindən olan slindrlər gilizinin və dirsəkli valın yeyilmə xüsusiyyətlərinə baxaq.

Slindrlər gilizində əsasən onun daxili – işçi səthi yeyilir.Yeyilmə nəticəsində gilizin daxili işçi səthinin diametri böyüyür və forması pozulur.Gilizin daxili səthi uzununa düzgün olmayan konus,çevrəvi səth isı oval formasını alır.



Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə