Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə43/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   38   39   40   41   42   43   44   45   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Yüksək tezlikli metallaşdırma

Yüksək tezlikli metallaşdırma örtük metalını əritmək üçün yüksək tezlikli cərəyandan istifadə etməyə əsaslanır.Verilən məftil yüksək tezlikli induktorda əridilir və elektrik – qövs metallaşdırmasında olduğu kimi sıxılmış qazla və ya hava ilə tozlandırılır.

Yüksək tezlikli metallaşdırma aparatının başlığı yüksək tezlikli generatordan qidalanan induktora cərəyan mərkəzləndiricisinə malikdir.Cərəyan kondensatoru məftilin üz hissəsinin əriməsini təmin edir.

Yüksək tezlikli metallaşdırmanın üstünlüklərinə aşağıdakılar aid edilə bilər.Burada metal elektrik – qövs metalaşdırılmasına nisbətən az oksidləşir və legerləyici elementlər az yanır .Bu əsasən proses zamanı metalın qızdırılma temperaturunun nizamlama bilməsinə görə əldə edilir.Örüyün mexaniki möhkəmliyi kifayət qədər yüksək olur.Üsulun mənfi cəhətlərinə prosein məhsuldarlığının nisbətən az olmasını ,istifadə olunan avadanlığın mürəkkəb və baha olmasını aid etmək olar.Təmir müəssisələrində MVÇ-1,MVÇ-2,MVÇ-3 markalı yüksək tezlikli metallaşdırıcı aparatlardan istifadə edilir.Yüksək tezlikli metallaşdırılmada lampalı generatorlardan QZ-46,LZ-37 ,LQ-60 vəs.istifadə edilir.

YTC-la metallaşdırma zamanı 4-5 mm diametrdə tərkibində karbonun miqdarı 0.45 % olan məftillərdən istifadə edilir.Belə məftillər stabil tərkibdə örtük almağa imkan verir.YTC ilə metallaşdırma zamanı alınan örtüyün bərkliyi elektrik – qövs və qaz metallaşdırılmalarına nisbətən HB 100-150 vahid yüksək olur.


Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə