57
injektorun püskürdüyü şırnaq — yanacaq məşəli içi boş konus şəklində olur. Ştiftli injektorun
tozlandırma keyfiyyəti iynəli və deşikli tozlandırıcılı injektora nisbətən daha aşağı olur. Buna görə
də ştiftli injektorlar yanma kamerində qazların sürətli hərəkəti ilə daha intensiv qarışmanı təmin
edən bölünmüş kamerli dizellərdə tətbiq edilir.
Dizel mühərriklərində
əsasən hidravlik, mexaniki və elektrohidravlik intiqallı injektorlar tətbiq
edilir. Hidravlik təsirli injektorlarda dirsəkli valın fırlanma dövrlərinə uyğun olaraq hər silindrə
verilən anda yanacaq nasosundan verilən yanacağın təzyiqindən asılı olaraq tozlandırıcı iynəsi
hərəkət etdirilir (şək.6.58).
Mexaniki intiqallı injektorlarda tozlandırıcı iynəsinin açılması yumruqcuqlu valın fırlanması
zamanı yumruqcuğun plunjeri hərəkətə gətirərək tozlandırıcı iynəsinin üzərindəki yanacağın
təzyiqinin artırılması ilə yerinə yetirilir (şək.6.59). Elektrohidravlik injektorun işinin əsas
xüsusiyyəti ondan ibarətdir ki, elektrik intiqallı klapan və ya dişli çarxlı paylayıcı (zolotnik) açılıb-
bağlanmaqla injektorun gövdəsində (və ya idarəetmə kamerində) yüksək təzyiqli yanacağın yolunu
dəyişdirir. Bu zaman təzyiqlər fərqindən yaranan hidravlik qüvvə isə injektor tozlandırıcısının
iynə-klapanını açıb-bağlayır. Elektrik intiqalı injektor tozlandırıcısının iynə-klapanına bilavasitə
təsir etmir. İynə-klapanını hərəkətə gətirmək üçün hidravlik gücləndiricinin — multiplikatorun da
tətbiq edilməsi onu idarə edən qüvvəni daha da artırmaqla, açılıb-bağlanma sürətini artırır. Bu,
elektrik intiqallı klapanın hərəkətə gətirilməsi üçün tələb olunan gücü iki tərtib azaldır, onun
ölçülərini
kiçildərək, injektorun gövdəsində yerləşdirməyə imkan verir.
Elektrohidravlik injektorlar elektrik intiqalının növünə görə iki cür olur: elktromaqnit
idarəetməli və pyezoelektrik idarəetməli elektrohidravlik injektorlar.
Şək.6.58. Hidravlik təsirli dizel injektoru:
1-tozlandırıcı
iynəsi,
2,
9-araqatı,
3-
tozlandırıcının üzərindəki yanacaq həcmi, 4, 5-
yanacaq boru xətti, 6-ştuser araqatı, 7-ştuser
yuvası, 8-ştuser, 10-vint, 11-başlıq, 12-qayka,
13-yay, 14-itələyici başlığı, 15-itələyici mili,
16-gövdə,
17-birləşdirici,
18-tozlandırıcı
gövdəsi,
19-tozlandırıcı
qaykası,
20-
tozlandırıcı yuvası, 21-ştift, 22-ucluq.
Şək.6.59. Elektrohidravlik təsirli nasos-
injektor və onun intiqalı:
1-elektromaqnitin
dolağı; 2-plunjer; 3-
tozlandırıcı iynəsi; 4-tozlandırıcının ucu; 5-
porşen; 6-yanma kameri; 7-yanacaq qayıtma
borusu; 8-yanacaq daxil olma borusu; 9-
yumruqcuqlu val; 10-itələyici; 11-çiyinlik.
58
Şək. 6.60. Elektromaqnit idarəetməli elektrohidravlik
təsirli dizel injektorunun sxemi:
1-yanacağın alçaq təzyiq sisteminə qayıtması; 2-elektrik
kontaktları; 3-elektromaqnit; 4-yanacağın gəlməsi; 5-
kürəcikli klapan; 6-klapan jiklyoru; 7-qidalandırıcı jiklyor; 8-
hidroidarəetmə kameri; 9-multiplikator; 10-tozlandırıcının
kanalı; 11-iynə-klapan.
Elektromaqnit idarəetməli elektrohidravlik injektorlarda
injektor elektromaqnitin 3 dolağına cərəyan
verilməklə idarə olunur
(şək.6.60). Elektromaqnit isə lövbəri özünə çəkərək, kürəcikli
klapanı 5 qaldıraraq, klapan jiklyorunun 6 keçidini açır. Cərəyan
verilmədikdə isə yayın təsiri ilə klapan bağlanaraq, jiklyorun
keçidini qapayır. Elektromaqnitin dolağına cərəyan verildikdə,
onun lövbəri yayı sıxaraq qalxır və kürəcikli klapanı 5 açır. Bu
zaman hidroidarəetmə kanalında axın yaranır. Yanacaq injektorun
giriş ştuserindən 4 daxil olaraq, qidalanma jiklyorundan 7,
hidroidarəetmə kamerindən 8, klapan jiklyorundan 6 keçir və
elektromaqnitin dolağını soyudaraq çıxış ştuserindən 1 alçaq təzyiq
sisteminə axır. Axın jiklyorlarda 6 və 7 drosselləndiyindən,
hidroidarəetmə həcmində 8 yanacağın təzyiqi aşağı düşür və onun
qiyməti tozlandırıcı kanal 10 ilə müqayisədə xeyli azalır.
Hidroidarəetmə həcmində 8 yanacağın təzyiqi qidalanma jiklyoru 7 ilə klapan jiklyorunun 6
keçid sahələrinin nisbətindən asılıdır. Nəticədə, multiplikatorun 9 və iynə-klapanın 11 en kəsiyinə
yuxarıdan təsir edən təzyiq aşağıdan (iynəətrafı həcmdən) təsir edən təzyiqdən az olduğundan,
multiplikatorla iynə-klapan birlikdə qalxaraq, tozlandırıcı deşiklərin keçid sahəsini açır və yanacaq
püskürülməsi başlanır.
Yüksək sürətlərdə yanacağı sikllik dozasını 4-5 və daha artıq hissəyə bölmək lazım gəlir. Bu
zaman injektorun idarəedici klapanının gedişi 0.2-0.3
mm olmaqla, onun tam açılma və ya
bağlanma vaxtı 0.1-0.2
ms olmalıdır. İşəsalma rejimində açıq qalma vaxtı 15
ms, iş rejimində
1.7÷2.0
ms intervalında, ardıcıl püskürmələr arasındakı vaxt isə 0.2÷0.4
ms olmalıdır. Belə işləmə
çevikliyini isə elektromaqnit intiqallı idarəedici klapanla təmin etmək çox çətindir. Bu problemin
həlli üçün ən perspektiv yol pyezoelektrik intiqalının tətbiqi sayılır.
Pyezoelektrik intiqallı elektrohidravlik injektorların işi, bəzi kristal maddələrin (kvars)
mexaniki deformasiyaya məruz qaldıqda onun qarşı-qarşıya olan üzlərində elektrik potensialları
fərqi (gərginlik) meydana çıxması — pyezoeffekt hadisəsində gərginliyin qoşulmasının
qütblərindən asılı olaraq, uzunluğun artma və ya azalma istiqamətində dəyişərək elektrohidravlik
injektorların idarəedici klapanının açıb-bağlamasına əsaslanır (şək.6.61). Pyezointiqalda 150÷200
V
həddində elektrik gərginliyi tələb olunur. Pyezointiqalda böyük yerdəyişmə almaq üçün elektrik
dövrəsinə bir-biri ilə paralel qoşulmuş 80÷100 ədəd (bəzən hətta 400-ə qədər) pyezokeramik disk
ardıcıl olaraq, paket şəklində bir-birinin üzərinə yığılır və çubuq forması alır.