Айятуллащ ял-цзма Мякарим Ширази 163
َﻚ ِﺴْﻔَﻨِﺑ يِﺮْﻐُﺗ َﻚﱠﻧِﺎَﻓ َءاﺮِﻤْﻟاَو َكﺎّﻳِا ! ُﻞْﻴَﻤُﻛ ﺎﻳ :(ع)َينِﻨِﻣْﺆُﻤْﻟا ِيرِﻣَا ْﻦَﻋ
َءﺎﺧِ ْﻻا ُﺪ ِﺴْﻔُﺗ َو َﺖْﻠَﻌَﻓ اذِا َءﺎﻬَﻔ ﱡﺴﻟا
5. İmam Əli (ə) Kumeylə buyurmuşdur: “Ey
Kumeyl! Mücadilə və faydasız deyişmədən uzaq ol ki, öz
əlinlə nadanları əleyhinə qaldırar və qardaşlığı pozarsan.”
6
Bu hədislərə əsasən, mücadilə və çəkişmələrə bais
olan mübahisələr, adətən, əks təsirlərə malikdir ki,
onların bir neçəsini aşağıda qeyd edirik:
1. Bəhs zamanı mücadilə heç bir tərəfə faydalı deyil
və çox vaxt qarşı tərəflərin müqavimətinə səbəb olur.
2. Mücadilə imanın təkamülünə mane olur.
3. Mücadilə hissləri təhrik edir, ədavət və
düşmənçiliyə səbəb olur.
4. Mücadilə azğınlığa yol açır. Çünki o, inadkarlıq,
xudbinlik və təəssübkeşlik hisslərini oyadaraq haqqın
üstünü örtür.
5. Nadanlarla mücadilə insanı şəxsiyyət və
hörmətdən salır.
İslam insanın şəxsiyyəti və imanın qiymətini nəzərə
alaraq hər hansı çəkişmə, mücadilə və qalmaqaldan
uzaq olmağı təklif edir və hətta haqqın isbatı naminə
olsa belə, ona qətiyyən icazə vermir.
b) Xudbinlikdən uzaqlaşmaq: Cəmiyyətlə gözəl
münasibət yaratmaq, onlarda xoş təsir qoymaq
istəyənlər hər hansı mövzudan danışarkən onu
özünə mənsub edərək özünü bu ideyanın sahibi kimi
göstərməməli, obyektivliyə riayət edərək haqq sözü
qarşı tərəflə bölüşməli, bəzən onun fikirləri tərkibində
mövzunu aydınlaşdırmalıdır. Çünki hər bir insana
6 . “Biharul-ənvar”, 77-ci cild, səh.270, hədis: 1.
164 Яхлаг сайясиндя саьлам щяйат
fikirləri doğma övladı kimi əziz olur, onları varlığının
bir hissəsi sayır, məhəbbət bəsləyir və onlarla yaşayır.
Eynilə ona əks olaraq, başqalarının fikir və düşüncələri
insana yad övladlar kimi ögeydir. Bəzən insan qarşı
tərəfin məhəbbətini özünə cəlb edə bilmədikdə, onu
özünə rəqib edir. Amma insanın hər hansı həqiqəti
öz düşüncəsi və başa düşdüyü formada anlaması çox
asandır. Çünki o zaman şüur və hisslər üst-üstə düşür.
Buna əks olaraq, hər hansı yad fikir onun varlığına
daxil olduqda, şüur və hissləri arasında ziddiyyət baş
verir ki, adətən, çoxlarında hisslər şüura qalib gəlir.
Halbuki əql doğru fikri qəbul etmək istəsə də, rəqib
duyğular onu yad hesab edərək imtina edirlər. Bəs,
əgər mübahisədə məqsədimiz, doğrudan da, qələbə
deyil, həqiqəti araşdırmaqdırsa, onda yaxşı olar ki,
qarşı tərəfdə mövzu və ideyanın əsasının, yaxud
nəticəsinin onun özününkü olduğu haqda təsəvvür
yaradaq! Əgər məqsəd həqiqəti yetirməkdirsə, nə üçün
onun məhz “bizim fikrimiz” olduğunu israr etməliyik?!
Aparılan bir çox təcrübi sınaqlar göstərir ki, belə üsul
və metodlar, adətən, daha uğurlu təsirə malikdir.
Demək, istənilən ideyanın reallığı üçün aşağıdakı üsul
və metodları nəzərə almaq zəruridir:
1. Mübahisə zamanı mövzu açıqlandıqca, onun
bütövlükdə qavranılması üçün qarşı tərəfə şərait
yaratmaq lazımdır. Yəni həqiqətdə danışan fikirlərini
birbaşa onun beyninə yeritməməli, dərki üçün zəmin
hazırlayaraq daxili istedadını dirçəltməlidir.
2. Yaxşı olar, mübahisə sual-cavab formasında
aparılsın və son nəticə qarşı tərəfin özünə həvalə
edilsin.
Айятуллащ ял-цзма Мякарим Ширази 165
3. Özünə istinadı bildirən “məndən qabaq heç kim
bunu deməyib!” – kimi ifadələrdən çəkinməliyik.
4. Qarşı tərəfin söhbətlərində mövzuya uyğun bir
fikir və ya ideya vardırsa, hökmən xatırlanılsın. Hətta
onun öz sözü də olmasa, atası, ustadı, tayfasının
ağsaqqalı, səmimi dostu və ya hər hansı ehtiram və
məhəbbət bəslədiyi şəxsin ifadələrinə bir fakt kimi
əsaslanmaq lazımdır.
Qeyri-adi ecazkarlığı ilə hamını valeh edən Qurani-
Kərim çox vaxt həmin üsullarla öz müxaliflərini və ona
şübhə ilə yanaşanları sorğu-suala çəkir. Buna aşağıdakı
ayələri misal göstərmək olar:
{ِﻪﱠﻠﻟا َﻊﱠﻣ ٌﻪَﻟِإَأ}
“Məgər Allahla yanaşı bir tanrımı var?”
1
{ِﻪﱠﻠﻟا ُ ْيرَﻏ ٌﻪَﻟِإ ْﻦَﻣ}
“Allahdan başqa tanrı varmı?”
2
{ِﻪﱠﻠﻟا ُ ْيرَﻏ ٍﻖِﻟﺎَﺧ ْﻦِﻣ ْﻞَﻫ}
“Allahdan başqa xaliq varmı?”
3
{ﺎَﻬِﺑ َنﻮُﻠِﻘْﻌَﻳ ٌبﻮُﻠُﻗ ْﻢُﻬَﻟ َنﻮُﻜَﺘَﻓ ِضْرَ ْﻷا ِﰲ اوُير ِﺴَﻳ ْﻢَﻠَﻓَأ}
“Niyə onlar yer üzündə gəzib dolanmırlar ki,
düşünən qəlbləri olsun?”
4
Bəli, Qurani-Kərim hər hansı həqiqəti açıqlayarkən
son hökmü və düzgün nəticə çıxarmağı müqabil tərəfin
1 . “Nəml” surəsi, ayə 61.
2 . “Qəsəs” surəsi, ayə 72.
3 . “Fatir” surəsi, ayə 3.
4 . “Həcc” surəsi, ayə 46.
166 Яхлаг сайясиндя саьлам щяйат
vicdanına tapşırır.
c) Etik qaydalara riayət: Ötən bəhslərdə deyildi ki,
gərək danışıq və ifadələrimizdə şüur və duyğuların
bir-birinə zidd olmasına zəmin yaratmayaq. Əksinə,
mövzunun təsirini daha da artırmaq üçün hiss və
duyğulara xüsusi əhəmiyyət verilməlidir. Burada da
bir sıra üsullara diqqət yetirmək lazımdır:
1. Hər kəsin adı özünə sevimli olduğundan,
müraciət formalarında onu xüsusi ehtiramla qeyd
etməli, onu cəlb edə bilən adı, soyadı və təxəllüsündən
birini seçməliyik. Hədislərdə də buyurulur ki, insanı
“künyə”si ilə çağırmaq daha layiqdir.
1
(“Künyə”
ərəblər üçün ən hörmətli addır.) Peyğəmbəri-Əkrəm
(s) hər kəsi ən yaxşı adı ilə çağırar və hətta künyəsi
olmayanlara münasib künyə seçərmiş.
2. Əvvəl sözü qarşı tərəfə verməklə onu diqqətlə
dinləmək lazımdır. Bu özü insan üçün doğrudan da
həqiqətin əhəmiyyət daşıdığını və müqabil tərəfin
fikirlərinə hörmətlə yanaşıldığını göstərir. Belə nəzakətli
rəftar istər-istəməz onun hisslərində öz müsbət təsirini
qoyacaqdır.
Adətən, mübahisələrdə hər kəs bütün qüvvəsini öz
əqidə, təfəkkür, dəlil və fikirlərinin açıqlanmasına sərf
edir və belə vaxtda başqasının sözlərini tam mənası
ilə eşitməyə hazır olmur. O zaman irəli sürülən hər
hansı doğru dəlil biyabana düşən toxuma bənzəyir.
Birdə ki, dil açıb danışdıqda, içləri boşalır və bundan
sonra onlarda haqqı eşitmək qabiliyyəti yaranır.
Rəvayətlərdə nəql olunur ki, Peyğəmbəri-Əkrəm (s)
və Əhli-beyt (ə) də qarşılaşdığı adamları hövsələ və
1 . “Vəsailüş-şiə”, 8-ci cild, “əhkamul-əşərə”, 5-ci bölüm.
Dostları ilə paylaş: |