Айятуллащ ял-цзма Мякарим Ширази 159
səmimiyyətin aradan getdiyini, qarşı tərəfə yersiz və
dəlilsiz nifrət və kin-küdurətin oyandığını hiss edirik.
4. Siyasi məktəb çəkişmələrin və dini-məzhəbi
mübahisələrin tarixi göstərir ki, bir əqidə və ya
məktəbin isbatı uğrunda sərf olunan küllü miqdarda
qüvvə, xərc və zəhmətlərə rəğmən, bəhrə və nəticəsi
əsla bərabər deyildir.
5. Elmi müzakirə və fikri mübadilələrin çəkişmələr,
bəzən də dava-dalaşla nəticələnməsi təəssüfləndirici
haldır. Halbuki dava-dalaşla elmi müzakirə arasında
heç bir əlaqə yoxdur və heç vaxt birini digəri ilə isbat
etmək olmaz.
6. Çox vaxt qarşı tərəf güclü məntiqin müqabilində
cavabsız qalıb sussa da, təslim olmayaraq
inadkarlığından əl çəkmir.
Bütün bunlar elmi, ictimai, siyasi və s. mübahisələrdə
qarşılaşdığımız hallardır. Axı nə üçün belə olmalıdır?
Çünki çox vaxt bu bəhslərdə həqiqətin aydınlaşması
deyil, qarşı tərəfə qələbə çalmaq əhəmiyyət daşıyır.
Halbuki həqiqəti araşdırmaqda məqsəd hər kəsi əvəzsiz
yararlandırmaqdır. Məsələn, fərdin şəxsiyyəti təhqir
edilmədən ona müəyyən bir məsələ öyrədilsin. Amma
əgər mücadilə və çəkişmələrdə elə də mühüm olmayan
məsələyə görə qarşı tərəflərin şəxsiyyəti, hörməti və
s. hissləri asanlıqla tapdanır. Belə hallarda hər hansı
tərəfin müqavimət göstərib, nifrət hissini bildirməsi
təəccüblü deyildir. Çünki psixoloqlar deyirlər:
1. Hərçənd, mücadilə və çəkişmə ilə qarşı tərəfi
məhkum etmək mümkün olsa da, onun səmimi razılığı
əldə edilməyəcəkdir.
2. Heç vaxt nadan şəxsə mücadilə və çəkişmə ilə
160 Яхлаг сайясиндя саьлам щяйат
məntiq və həqiqəti anlatmaq olmaz.
3. Mübahisələrdə qələbə üçün ən yaxşı üsul ondan
boyun qaçırmaqdır. Adətən, çəkişmə, yaxud dava-dalaş
hökm sürən bəhslərdə qarşı tərəfi razı salmaq çox çətin
olur. Belə hallarda onun müqaviməti göstərir ki, özü
və ya hər hansı məqamı təhlükə qarşısındadır. Halbuki
insanın bilmədiyi bir şeyi öyrəndiyi halda müqavimət
göstərməsi mənasızdır.
Mübahisələrdə insanın təhrik və müqavimətinə
bais olan səbəblərin bir neçəsini aşağıda qeyd edirik:
1. Qarşı tərəfin özünün, yaxud fikirlərinin təhqir
olunduğu bəhslər. Buna “sənin nəzərin heç də məntiq
və ağılla uyğun gəlmir, heç kim bu fikirdə deyil,
heç sizə belə danışmaq yaraşmaz və yaxud adam
təəccüblənməyə bilmir!...” – kimi nümunələri misal
çəkmək olar.
2. Qarşı tərəfin çəkindiyi bir kəsin kənarında baş
verən bəhs və danışıqlar.
3. Qarşı tərəfə bir növ təlimvermə məqsədli bəhslər.
4. Fikir mübadiləsi zamanı bir tərəfin üstünlüyü və
digər tərəfin gözdəndüşmə ehtimalı verilən bəhslər.
5. Qarşı tərəfin özünün, yaxud sevdiyi şəxslərin, ya
da dost və yaxınlarının bir sıra keçmiş və yaxud indiki
əməllərini şübhə altına ala biləcək bəhslər.
6. Mühitin, yaxud ailənin və ya ilkin təlim-tərbiyənin
təsiri nəticəsində insanın fikir və düşüncəsinin təməlini
təşkil edən bəhslər.
Demək, sağlam mübahisə üçün bütün bunlar nəzərə
alınmalı, müqabil tərəfi təhrik etməmək, dava-dalaş və
çəkişmədən uzaq olmaq üçün adi metodlardan əsla
istifadə edilməməlidir.
Айятуллащ ял-цзма Мякарим Ширази 161
Müsbət təsirli amillər
a) Mübahisə zamanı mülayim rəftar: İslamın
əxlaqi təlimlərində nitq və danışığın ədəb-ərkanına
dair kifayət qədər tövsiyə və göstərişlər vardır ki,
mövzumuzla əlaqədar olaraq mücadilə və çəkişməyə
bais olan bəhslərə icazə verməyən və ya bəzən onları
tamamilə qadağan edən bir neçə nümunəni qeyd
etmək istəyirik. Məsələn, Qurani-Kərimdə buyurulur:
{ُﻦ َﺴْﺣَأ َﻲِﻫ ﻲِﺘﱠﻟﺎِﺑ ﱠﻻِإ ِبﺎَﺘِﻜْﻟا َﻞْﻫَأ اﻮُﻟِدﺎَﺠُﺗ َﻻَو}
“Kitab əhli ilə yalnız ən gözəl tərzdə mücadilə
edin!”
1
Başqa bir ayədə belə buyurulur:
{ُﻦ َﺴْﺣَأ َﻲِﻫ ﻲِﺘﱠﻟﺎِﺑ ﻢُﻬْﻟِدﺎَﺟَو}
“Onlarla ən gözəl tərzdə mücadilə et!”
2
Bu ayələr mübahisə zamanı “ən gözəl tərz və
üslub”u seçməyi tövsiyə edir. Qeyd olunan “əlləti
hiyə əhsən” (ən gözəl tərz) – ifadəsinə əsasən,
mübahisələrimizdə hökmən səmimiyyəti,
ədəb
qaydalarını nəzərə almamalıyıq. Hətta bəzən mütəal
Allah Peyğəmbəri-Əkrəmə (s) rəsmən göstəriş verir
ki, inadkar müxaliflərin müqabilində tamamilə sükut
etsin, mücadilə ilə nəticələnən bəhslərdən çəkinsin:
{َنﻮُﻠَﻤْﻌَﺗ ﺎَ ِبم ُﻢَﻠْﻋَأ ُﻪﱠﻠﻟا ِﻞُﻘَﻓ َكﻮُﻟَدﺎَﺟ نِإَو}
“(Ya Rəsulum!) Əgər onlar səninlə əsassız mübahisə
1 . “Ənkəbut” surəsi, ayə 46.
2 . “Nəhl” surəsi, ayə 125.
162 Яхлаг сайясиндя саьлам щяйат
etsələr, de ki, Allah sizin hər bir əməlinizi yaxşı bilir.”
1
Buna dair misallar hədislərimizdə az deyildir.
Məsələn:
ُﻪُﺘَﻨْﺘِﻓ ُﻦَﻣْﺆُﺗ ﻻ َو ُﻪُﺘَﻤْﻜِﺣ ُﻢَﻬْﻔُﺗ ﻻ ُﻪﱠﻧِﺎَﻓ َءاﺮِﻤْﻟا اوُرَذ :(ص) ﱡﻲِﺒﱠﻨﻟا َلﺎﻗ
1. Peyğəmbər (s) buyurmuşdur: “Mücadilədən
çəkinin ki, nə onun faydası var, nə də fitnəsindən amanda
qalmaq olar.”
2
ْنِا َو َءاﺮِﻤْﻟا َعَﺪَﻳ ﻰّﺘَﺣ ِنﺎيمِ ْﻻا َﺔَﻘﻴِﻘَﺣ ٌﺪْﺒَﻋ ُﻞِﻤْﻜَﺘ ْﺴَﻳ ﻻ :(ص) َلﺎﻗ َو
ًﺎّﻘِﺤُﻣ َنﺎﻛ
2. Peyğəmbər (s) buyurmuşdur: “Haqq onunla olsa
belə, mücadiləni tərk etməyən bəndənin imanı kamilləşməz.”
3
ِﻪﻴِﻓ ْﺖ َﺴْﻴَﻟ ُﻪﱠﻧِﺎَﻓ َءاﺮِﻤْﻟا َو َكﺎّﻳِا ﱠﻲَﻨُﺑ ﺎﻳ :ِﻪِﻨْﺑِ ِﻻ َدُواد ُﻦْﺑ ُنماْﻴَﻠُﺳ َلﺎﻗ
َةَواﺪَﻌْﻟا ِناﻮْﺧِ ْﻻا َ ْينَﺑ ُﺞﱢﻴَﻬُﻳ َﻮُﻫَو ٌﺔَﻌَﻔْﻨَﻣ
3. Süleyman ibn Davud oğluna belə buyurmuşdur:
“Ey oğul! Mücadilədən çəkinin ki, onda heç bir fayda yoxdur
və din qardaşları arasında da ədavət və düşmənçilik odunu
şölələndirir!”
4
َلَﺪَﺠْﻟا اﻮُﺗوُا ّﻻِا ِﻪْﻴَﻠَﻋ اﻮُﻧﺎﻛ ًىﺪُﻫ َﺪْﻌَﺑ ٌمْﻮَﻗ ﱠﻞ َﺿ ﺎﻣ :(ص) ﱢﻲِﺒﱠﻨﻟا ِﻦَﻋ
4. Peyğəmbər (s) buyurmuşdur: “Mücadilə etməyincə,
insan haqq yoldan azmaz.”
5
1 .“Həcc” surəsi, ayə 68.
2 .“Biharul-ənvar”, 2-ci cild, səh.138.
3 .Yenə orada, hədis: 53.
4 .Yenə orada, 14-cü cild, səh.134.
5 .“Sünəni-İbn Macə”, 1-ci cild, səh.47.
Dostları ilə paylaş: |