Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə37/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   34   35   36   37   38   39   40   41   42

150                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
ُﻪْﻨِﻣ َﻦ َﺴْﺣَا ٍءْ َﳾ  ﱠﻞَﺟَوﱠﺰَﻋ ُﻪﻠﻟا  َﻖَﻠَﺧ  ّماِﻣ َنﺎﻛ ﺎﻣ ىﺮُﻳ ًﺎﻔْﻠَﺧ  ُﻖَﻓﱢﺮﻟا َنﺎﻛ ْﻮَﻟ
“Əgər dostluq və mehribanlıq yaradılsaydı, Allah-
Taalanın yaratdıqları içərisində ondan gözəli olmazdı.”
1
Göründüyü kimi, burada mehribanlıq xilqətin  ən 
yüksək zirvəsi ilə müqayisə edilir. Bu o deməkdir ki, 
sərtlik insanın ruhunu alçaldan nə qədər təhlükəli bir 
sifətdir.
3. Peyğəmbəri-Əkrəm (s) buyurur:
 ماُﻬَﻘَﻓْرَا ِﻪﻠﻟا  َﱃِا ماُﻬﱡﺒَﺣَاَو ًاﺮْﺟَا ماُﻬُﻤَﻈْﻋَا َنﺎﻛ  ّﻻِا ِنﺎﻨْﺛا  َﺐَﺤَﻄ ْﺻَا ﺎﻣ
ِﻪِﺒِﺣﺎﺼِﺑ
“İki dostdan hansı biri digərinə qarşı daha çox mehriban 
olsa, savabı daha çox və Allah yanında daha sevimlidir.”
2
Bu hədisə görə də həyatda dostluq və mehribanlığı 
artıq olanlar Allah yanında böyük savab və məhəbbətlə 
müjdələnirlər.
4. İmam Baqir (ə) buyurur:
ُنﺎيمِ ْﻻا ُﻪَﻟ َﻢ ِﺴُﻗ  ُﻖْﻓﱢﺮﻟا ُﻪَﻟ َﻢ ِﺴُﻗ ْﻦَﻣ
“Hər kəsə dostluq nəsib olsa, iman da nəsib olar!”
3
Mərhum Feyz Kaşani “Vafi” kitabında dostluq və 
mehribanlığın imanla əlaqəsini belə izah edir: “Adətən, 
sərtlik insandan ixtiyarı alır və  əsəb sistemini pozur. 
O zaman şəxs hər bir xəta və küfrə də yol verə bilər.” 
Bu əlaqəni başqa cür də izah edə bilərik. O da budur 
ki, adətən, sərtlik insanı Allahın məxluquna, sonra 
da Xaliqə qarşı bədbin edir və bunların heç biri kamil 
1 . Yenə orada, səh.63.
2 . Yenə orada, 76-cı cild, səh.268.
3 . “Kafi”, 2-ci cild, səh.118.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   151
imanla uyğun gəlmir. Başqa sözlə, həmişə  sərt və 
qəzəbli adamların dostu az olur və bununla da onlar 
yavaş-yavaş cəmiyyətdən uzaq düşürlər. Cəmiyyətdən 
ayrılmağın özü məxluq və Xaliqə qarşı  bədbinlik 
nişanəsidir və bu da yeni imanla ziddir.
5. İmam Baqir (ə) Peyğəmbəri-Əkrəmdən (s) belə nəql 
edir:
ُﻪَﻧﺎﺷ  ّﻻِا ٍءْ َﳾ ْﻦِﻣ َعِﺰُﻧ ﻻ و ُﻪَﻧاز  ّﻻِا ٍءْ َﳾ ﲆَﻋ ْﻊ َﻀُﻳ ْﻢَﻟ  َﻖْﻓﱢﺮﻟا ﱠنِا
“Dostluq və mehribanlıq hər nəyə qoşulsa, onu 
zinətləndirər və hər nədən ayrılsa, o şey gözdən düşər.”
1
Bu hikmətli hədisə əsasən, sülh və dostluq hər şeyə 
gözəllik bəxş edir, sərtlik isə hər şeyi, hər işi və hər kəsi 
pis və çirkin göstərir.
6. İmam Baqir (ə) buyurur:
  َﲆَﻋ ﻲِﻄْﻌُﻳ ﻻ ﺎﻣ  ِﻖْﻓﱢﺮﻟا  َﲆَﻋ ﻲِﻄْﻌُﻳ  َﻖْﻓﱢﺮﻟا  ﱡﺐِﺤُﻳ  ٌﻖﻴِﻓَر  ﱠﻞَﺟَوﱠﺰَﻋ َﻪﻠﻟا َنِا
ِﻒْﻨُﻌْﻟا
“Allah-Taala möminlərin dostudur və mehribanlığı da 
sevir. Dostluq və mehribanlığa görə bağışladığını  qəzəb və 
sərtliyə görə bağışlamaz.”
2
Bu hədisdə sülh, dostluq və mehribanlıq hətta 
Allahın Özünə nisbət verilir. Burada mühüm məsələ 
odur ki, çox vaxt İslam düşmənləri ona sərt don 
geyindirməyə, onda baş verən müharibələri bəhanə 
edərək, hər yerdə onu gözdən salmağa çalışırlar. 
Halbuki Peyğəmbərin (s) təkcə həmin müharibələrdəki 
onun qanına susayan, dəvəti müqabilində  təhlükə 
1 . “Kafi”, 2-ci cild, səh.119, hədis: 6.
2 . Yenə orada, hədis: 5.


152                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
yaradan düşmənləri, eləcə  də  əsirlər, məğlubiyyətə 
uğrayan qövmlər və müharibə meydanlarında 
yaralılarla rəftar və davranışı ilə tanış olduqda, İslamın 
sülh və dostluq münasibətlərindəki parlaq səhifələrinin 
şahidi olacaq, onun zor və sərtliyə qarşı qəti mövqeyi 
aydınlaşacaqdır. Bundan da mühüm məsələ odur ki, 
bəzən ruhaniləri orta əsrin qəddar xristian keşişlərinə 
bənzətməklə, yaxud ictimai dünyagörüşü aşağı olan bir 
sıra din xadimlərinin yönsüz fikir və  rəftarlarını  əldə 
dəstək etməklə  həmin  şübhələri daha da qabartmaq 
istəyənlər az deyildir. Demək, biz müsəlmanlar da 
sərtliyin tərkinə dair İslamın yetərli göstərişlərinə itaət 
etməli, cəmiyyət arasında davranışlarımıza diqqət 
yetirərək, İslamın sülh və dostluğa dair həqiqi simasını 
nümayiş etdirməli və müxalif qüvvələrin zəhərli 
təbliğatlarını öz əməllərimizlə beyinlərdən silməliyik. 
İslam müharibələrinə gəldikdə isə, onların müdafiə və 
yaxud azadlıq uğrundakı səbəblərini aydınlaşdırmaqla 
şübhələri aradan qaldırmaq çətin deyildir.
Amma sülh, dostluq, mehribanlıq və ya sərt 
davranışa əl atmamaq dedikdə, zülmkarların, zor tətbiq 
edənlərin, inadkar düşmənlərin və istismarçıların 
müqabilində təslim olmaq nəzərdə tutulmur. Bu məsələ 
Qurani-Kərimin “Fəth” surəsinin 29-cu ayəsində belə 
açıqlanır:
{ْﻢُﻬَﻨْﻴَﺑ ء َماَﺣُر ِرﺎﱠﻔُﻜْﻟا  َﲆَﻋ ءاﱠﺪِﺷَأ}
“Onunla birlikdə onlar kafirlərə qarşı  sərt, bir-
birinə (öz aralarında) isə mehribandırlar.”
Beləliklə, müsəlmanlar inadkar və  rəhmsiz 
düşmənləri müqabilində mütləq sərt mövqe 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   153
seçməli, dostlarına qarşı isə  mərhəmətli olmalı  və 
qələbə çaldıqları düşmənlərilə  də onlar tərəfindən 
yeni hücum ehtimalı verilməyənə  qədər mehriban 
davranmalıdırlar.


154                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
MƏNƏVİ TƏSİR AMİLLƏRİ
Nə zaman öyüd-nəsihətlər başqalarına 
müsbət təsir bağışlayır?
İctimai  əxlaqda özünə yer alan məsələlərdən biri 
də insanlarda öyüd-nəsihətin təsiri, onların inam və 
etimadının cəlbidir. Bu sahəyə dair diqqəti cəlb edən 
bir çox parametrlər vardır ki, adətən,  əxlaq alimləri 
deyilən xüsusi dəyəri nəzərə almadan, mövzunu sırf 
fəzilət baxımından araşdırırmışlar. Halbuki ruhi-
psixoloji incəliklərlə dolu olan ictimai əxlaqın bu 
kateqoriyası ideoloqlar, təbliğatçılar üçün son dərəcədə 
əhəmiyyət kəsb edir və onsuz hər hansı bilik sahibi 
və ziyalı  şəxsin səylərinin, tərbiyəvi və  məqsədyönlü 
addımlarının uğursuzluqla üzləşməsi mümkün 
məsələdir. Hələ  də bir çox elm və  fəzilət sahiblərinin 
ictimai  əxlaqın bu sahəsindəki təcrübəsizliklərindən 
cəmiyyətdən uzaq düşmələri az deyildir. Nə cəmiyyət 
onların elm və düşüncələrindən bəhrələnir, nə  də 
özləri xalq arasında layiqli yer qazana bilirlər. Lakin 
çox vaxt onlardan səviyyədə aşağı olanlar bu üsullarla 
tanış olduqlarından cəmiyyətdə özlərinə  hər cür 
mövqe qazanır, hələ layiq olmadıqları  məqamlara da 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə