Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə100/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   96   97   98   99   100   101   102   103   ...   114

______________Milli Kitabxana_______________ 
319 
düşünürdü və  Tədris teatrından bir sınaq laboratoriyası kimi 
faydalanırdı. 1975-ci ildə“Dəli yığıncağı” artıq Naxçıvanda 
tamaşaya qoyulur. Amma Azərbaycanın teatr ictimaiyyəti bu 
olaya heç bir reaksiya vermir: yalnız kimlərsə öz kabinetlərində 
kirimişcə əyləşib teatr tarixinə yeni bir fakt da əlavə edirlər. 
     Mehdi  Məmmədovun 1978-ci il tamaşası isə bir partlayış 
olur milli düşüncə müstəvisində. Ziyalılar dözəmmirlər, alqış 
üçün ayağa qalxırlar,  əlləri pul kimi qızarana qədər çəpik 
çalırlar, ancaq inqilab eləmirlər, yalnız məqalələrində
234
 öz 
mövqelərini üstüörtülü şəkildə bildirməyə  tələsirlər. Çünki 
Mehdinin “Dəli yığıncağı” tamaşası təkcə sənət hadisəsi deyil, 
ictimai-siyasi aksiyadır, cəmiyyətə göndərilmiş ifşaedici 
mesajdır, insanların gündəlik həyatını hörümçək toru kimi 
bürümüş absurdun ittihamıdır. Mehdinin tənqidi keçmişə yox
müasir topluma ünvanlanmışdı. O, az qala açıq tekstlə deyirdi 
ki, bizim yaşadığımız sosium dəli yığıncağıdır və bunun 
tariximizdə ənənəsi var: gərçi inanmırsınızsa, buyurun, özünüz 
baxın: bu səhnə, bu Mirzə Cəlil, bu da Siz. Baxın, baxın, yaxşı 
baxın, diqqətlə baxın! Bu, Sizin tarix kitabınızdır! 
     Olum, ya ölüm? 
     Molla  Nəsrəddin  Şərqin bazar meydanının Hamletidir; bu 
filosof cəmi iki maskada çıxış eləyir: maskalardan biri təlxəyi 
tanıdır, o biri dəlini... Molla Nəsrəddin bu maskalarını itirsə, 
yaşaya bilməz, ölər. Çünki ətrafda hamı dəlidir. 
     Mehdi  bu  situasiyanın, “Dəli yığıncağı”nın tragizmini 
səhnəyə 
gətirmişdi və tamaşasının janrını belə 
müəyyənləşdirmişdi: faciəvi komediya... 
   “...  Günlərini küçələrdə, meydanlarda keçirən ruhi xəstələr 
qeyri-normal hərəkətlərilə  şəhər  əhlinin “normal” həyatına 
mane olurlar. Heç kəs bu zavallı səfilləri başa düşmür və başa 
düşmək də istəmir, hamı onları lənətləyir, daşa basır, kötək və 
yumruqla qarşılayır. Nəhayət, “dəliləri küçələrdən rədd edib” 
şəhərin sakit həyatını qorumaq üçün xaricdən həkim gəlir, min 
bir çətinliklə pul yığılır, xəstəxana açılır. Lakin əbəs yerə.. 


______________Milli Kitabxana_______________ 
320 
həkim şəhərdə elə eybəcər insan kütləsilə qarşılaşır ki, çaş-baş 
qalır, kimin dəli, kimin ağıllı olduğunu təyin edə bilmir. 
Məlum olur ki, cəmiyyət başdan ayağa dəlidir: dəli 
yığıncağıdır. Bu yığıncağı təbabət müalicə edə bilməz, onu bu 
bəladan ancaq ictimai-sosial partlayış qurtara bilər; cəmiyyətin 
mənəvi varlığını buxovlayıb onu heçlik dərəcəsinə endirən bu 
bəlanı ancaq inqilabın ağıllarda,  şüurlarda yaratdığı çevriliş 
aradan qaldıra bilər”.
235
  
     “Göstərən saətdə dörani-fələk bir inqilab”!!!
236
 
     “Dəli yığıncağı” tamaşası ilə Mehdi 10 il öncəni gördü: 
suyamı baxdı, peyğəmbərlikmi elədi, bilinmədi. Amma “Dəli 
yığıncağı”ndan 10 il ötüncə müxtəlif-müxtəlif toplumlarda 
kollapslar yaşandı, insanlar dəliləşib küçələrə cumdular, dünya 
masştabında başladılar bir-birindən torpaq istəməyə, 
müstəqillik istəməyə, azadlıq istəməyə, nələrisə istəyə-istəyə 
yandırdılar, yaxdılar, öldülər, öldürdülər, bir-birini çeynədilər, 
diddilər və elə bu zaman... Azərbaycan da müstəqim mənada 
dəli yığıncağına döndü. Təqvim 1988-ci ili göstərirdi. Mehdi 
isə artıq üç il idi ki, dəli yığıncağından ayrılıb Fəxri xiyabana 
köçmüşdü. 
     Olum, ya ölüm? İnsanın azadlığının təminatçısı bu seçimin 
mövcudluğudur və bu seçimi heç kim onun əlindən almaq 
hüququna malik deyil. Olum, ya ölüm? Ömür boyu permanent 
təkrarlanan ən şairanə və ən zövqlü sual. 
      Əgər sən “Dəli yığıncağı” pyesini tamaşaya qoymaq və 
onun vasitəsilə öz fikirlərini xalqla bölüşmək istəmisənsə, 
deməli, yenə  də olumu seçmisən və içində bilirsən ki, 
yaşamağına dəyər.  
     Mehdi  bu  komediya  üzərində  işləyərkən Mirzə  Cəlilin 
publisistikasına (“Dərd”, “Tüstü” felyetonlarına) müraciət etdi 
və bu felyetonlar orqanik şəkildə  əsərin strukturu ilə,  əsərin 
diskursu ilə uyuşdu. Bu dəfə  də Mehdi tərtibatı  oğluna 
tapşırmışdı  və Elçin də pyesin ruhunu, ovqatını, tragizmini 
yüzdə yüz əks etdirə biləcək, daha doğrusu, dəli yığıncağının 


______________Milli Kitabxana_______________ 
321 
məkan içrə varlıq zonasını müəyyənləşdirəcək ideal maket 
hazırlamışdı.  İkiyaruslu taxta konstruksiyalar səhnədə konkret 
şəkildə heç nəyi eyhamlaşdırmırdı: bilinmirdi ki, bura haradır 
və hansı dövrü təmsil edir; burada kimlər yaşayır: xristianlar, 
induslar, yoxsa müsəlmanlar... Hücrə-hücrə, tövləyə bənzər bir 
üslubda səliqəsiz, kələ-kötür taxta parçalarından mıxlanmış 
“evciklər” (bəlkə “türmə  pəncərələri”, bəlkə “kəcavələr”?) 
gecəgonduları da xatırladırdı, türmənin ikimərtəbəli yataqlarını 
da. Bu konstruksiyalar dəmir çarxların üzərində idi və onları 
səhnə boyunca dığırlatmaq olurdu. Aktyorlar isə  həm birinci 
“mərtəbə”də, həm də ikinci “mərtrəbə”də  işləyirdi: yəni 
rejissorla rəssam çalışmışdılar ki, bütün horizontal və 
vertikallarda səhnə fəzasını mənimsəsinlər. 
     Elə ilk epizoddan bu şərti türmənin (tövlənin) içindən  
(həyətindən) ritmik şəkildə  “Şah Hüseyn, vay Hüseyn” deyib 
təkrarlayan qara geyimli bir dəstə zəncirvuran keçirdi. Şəbihmi 
çıxarılır, yahu? Yoxsa bu bir təziyə məqamıdır? Stroboskopun 
yaratdığı yanıb sönən işıq effekti bu müdhiş  səhnəyə dünyəvi 
bir tragizm, ümidsizlik, həyəcan gətirirdi. Və yalnız bundan 
sonra bəlli olurdu ki, biz səhnədə ixtiyari bir şiə məmləkətinin 
simvolik modeliylə üzləşmişik. Zəncirvuranlar çəkilib getdikdə 
zavallı “dəlilər”i tutmaq üçün şəhər əhlinin ovu başlanırdı. İşıq  
qaranlığı ülgüc kimi “kəsib” zolaqlayırdı, səhnə fəzasını cadar-
cadar eləyirdi, sanki gecəni cırmaqlayırdı  və  dəlilərin fəciəvi 
siluetləri bu ani işıq sayrışmalarında  şəkil neqativdə görünən 
tərzdə seyrçilərə görsənib yox olurdu. 
     Və sonra sakitlik... Alatoranlıq... Azan səsi... Personajlar 
bir-bir evcik-hücrələrdən siçanlar dəlmə-deşiklərdən çıxan kimi 
çıxarlar, səhnəyə doluşarlar... 
     Mehdi, həqiqətən, səhnədə çoxfiqurlu bir tamaşa qurmuşdu. 
Mirzə  Cəlilin adlarını yazdığı 23 personajdan savayı burada 
zəvvarlar da, zəncirvuranlar da vardı. Busa kütləvi səhnələr 
məsələsini yenidən aktuallaşdırırdı. Belə ki, “Dəli yığıncağı” 
komediyasının baş  qəhrəmanı kütlədir və  dəlilik bu tamaşada 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə