Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə97/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   93   94   95   96   97   98   99   100   ...   114

______________Milli Kitabxana_______________ 
310 
salmaq istəyirlər, Mehdi ilə adi, sıravi müəllim kimi 
davranmağa, onun hər addımını izləməyə, hər işinə “mız 
qoymağa”, Mehdini gözdən salmağa, urvatsız eləməyə  
çalışırlar. Qəribədir, sanki 1974-cü ilin avqustundan 
noyabrınadək institut rəhbərliyi Mehdiylə bağlı  əmrlər 
verməklə  məşğul olub. Vəziyyəti tam təsəvvür etməkdən ötrü 
sənədlərin imzalanma tarixlərinə və məzmununa diqqət yetirin: 
 
                   Əmr № 67 
20 avqust 1974 
 
     Dərs yükünü 840 s. əvəzinə 219 s. yerinə yetirdiyi üçün Mehdi 
Məmmədova ciddi xəbərdarlıq edilsin. 
 
          Rektor:           R.Hüseynov 
 
  
                  Əmr № 85 
2 oktyabr 1974 
 
     Aşağıda adları qeyd olunan müəllimlərə üzürsüz olaraq dərsə 
gəlmədikləri üçün xəbərdarlıq elan edilsin: 
1.
 
Məmmədov Mehdi Əsədulla oğlu 
 
          Rektor:           R.Hüseynov  
  
                                 
                  Əmr № 87 
8 oktyabr 1974 
 
     Rejissorluq  kafedrasının müdiri, professor Mehdi Məmmədova 
müntəzəm olaraq əmək intizamını pozduğu üçün edilmiş şifahi və yazılı  
xəbərdarlıqlardan nəticə çıxarıb intizama riayət etmək əvəzinə üzürsüz 
olaraq 3, 5, 8 oktyabr tarixlərində  dərsə  gəlmədiyi üçün töhmət 
verilsin. 
 
          Rektor:           R.Hüseynov  
 
  
 


______________Milli Kitabxana_______________ 
311 
                  Əmr № 104 
23 noyabr 1974 
 
       İnstitutun rejissorluq fakultəsinin müdiri Mehdi Məmmədov 
noyabr ayının 22-dən işdən azad edilsin. 
 
           Rektor:           R.Hüsenov
   
 
     Olurmu,  yahu?  Yoxsa  ölümmü,  yahu?  SSRİ xalq artistinə 
qarşı böylə bir mənəvi təcavüz nə demək? Mehdi Məmmədov 
kimi professoru, rejissoru, aktyoru işdən çıxarmaq nə demək? 
Xırda-para qüsurlara az qala cinayət donu geyindirmək nə 
demək? Mehdinin şəxsi həyatına burun soxmaq nə demək? 
Çoxmuydu Mehdi Məmmədovdan Azərbaycanda?  Əsla. Bəs 
onda niyə bu insanı belə ucuz priyomlarla incitmək, onu 
aşağılamaq istəyirdilər? Mən burada yalnız bir səbəb görürəm: 
paxıllıq. Mehdinin uğurlarına paxıllanırdılar, məğrur və 
gözəgəlimli qamətinə paxıllanırdılar, yaraşıqlı,  şıq geyiminə, 
kübar ədalarına paxıllanırdılar, qadınların sevimli bir romantik 
qəhrəmanı olmasına paxıllanırdılar, onu bəzən Komandor, 
bəzən Don Juan, bəzən Hamlet, bəzən Astrov, bəzən Fedya 
Protasov, bəzən Xəyyam bilib paxıllanırdılar, Azərbaycanda 
dövrünün seks-simvolu olmasına paxıllanırdılar. Ona görə 
imkan düşən kimi Mehdidən öc alırdılar,  əvəz çıxırdılar. 
Mehdiyə Mehdinin hədsiz populyarlığını bağışlamırdılar. Bir 
də Mehdi kompromislər adamı deyildi; sözü düz danışırdı, heç 
kəsdən çəkinmirdi, öz sənət prinsiplərindən, öz sənət 
həqiqətindən dönmürdü. Ol səbəbdən istedadsızlar, məmurlar 
və yaltaqlar üçün gizli qorxu obyektinə çevrilirdi və bu tip 
insanlar imkan düşdüyü andaca çalışırdılar ki, Mehdini 
ləkələsinlər, özlərindən asılı eləsinlər.  İnstitutda həmişə 
fəaliyyətdə olan yaltaqlar, yalançılar və  xəbərçilər sistemi işi 
elə düzüb qoşdu ki, Mehdi Məmmədov kimi bir sənətçini, 29 
ilin müəllimini işdən qovdular intizamı pozduğuna görə... 
noyabrın 23-də... 


______________Milli Kitabxana_______________ 
312 
     Noyabrın 22-dən isə Mehdi artıq Opera və Balet Teatrında 
bir rejissor kimi ştata götürülmüşdü. Amma fikir verin: Mehdi 
vaxtaşırı tamaşalar hazırladığı, bir zamanlar uzun müddət 
çalışdığı Milli Teatra yox, Opera və Balet Teatrına üz tutur. 
Çünki Mehdi bilirdi ki, burada çalışanların  əksəriyyəti kübar 
xislətə malik, mədəniyyətin intellektual elitasına mənsub 
adamlardır və heç kim onun xətrinə  dəyməyəcək, könlünü 
qırmayacaq. Hərçənd Mehdi bir məqamı nəzərdən qaçırırdı ki, 
artıq təqvimdə 50-ci illər yox, 70-ci illərdir və teatrın 
kontingenti kökündən dəyişib. Mehdi onu da nəzərdən qaçırırdı 
ki, 60-cı illərin azadlıq havası beyinlərdə  və  mənəviyyatda 
əməllicə inqilab edib, teatral davranış  tərzini, yapma ədaları 
pisləyib, natural səmimiyyəti ünsiyyətin bir nömrəli parametri 
kimi bəyənib, danışığın tempo-ritmini dəyişib və  həyatda 
Komandor qəhrəman tipi daha aktual deyil. 
     Ancaq  Mehdi  ona  görə tarixi şəxsiyyətdir ki, hər bir 
məqamda yaşadığı zamana, dövrə adekvat olmağa çalışırdı və 
elə bu məramla da o, 1975-ci ildə Milli Teatrda Maksim 
Qorkinin eyniadlı pyesi əsasında “Meşşanlar” tamaşasını 
hazırlayır. Bu, həmin zamanda qədərincə aktual idi. Nədən ki, 
60-cı illər sovet toplumuna məxməri bir inqilab yaşatmaqla 
bərabər yeni meşşanlıq tipi, əşyalara, geyimlərə, dəblərə 
(tranzistorlara, maqnitofonlara, alabəzək köynəklərə, cins 
şalvarlara, xarici siqaretlərə və s. və i.a.) yeni sevgi sindromu 
da yaratmışdı. Və bu hal Mehdinin diqqətindən yayınmamışdı. 
Elə bu xüsusda mən istərdim ki, teatrşünas  Ədilə  Əliyevanın 
tamaşaya yazdığı resenziyadan bir fraqmenti sitatlaşdırım: “... 
teatr və rejissor əsərin  şərhini verərkən onun bugünki 
həyatımızla necə  də  səsləşdiyini göstərmiş  və M.Məmmədov 
haqlı olaraq söhbətlərinin birində  əsərin “... tənqidi neştərilə 
müasir meşşanlara, meşşanlıq fəlsəfəsinə qarşı yönəldiyini” 
xüsusi qeyd etmişdir”.
225
 Bu resenziya mayın 31-də dərc edilib, 
tamaşa isə ilk dəfə martın 22-də
226
 oynanılıb. Maraqlısı budur 
ki, mayın 25-də  də “Bakı” axşam qəzetində  Cəlal 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə