Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə94/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   90   91   92   93   94   95   96   97   ...   114

______________Milli Kitabxana_______________ 
301 
milli məfkurəsi aydın oxunur. Mehdi tədqiqatının konsepsiyası 
ona  əsaslanır ki, Aleksandr Aleksandroviç Tuqanov öz 
dövrünün böyük romantiki olub və bir romantik, bir imitator 
qismində Moçalov, Şepkin, Lenski kimi dahi rus aktyorlarının 
sənət yolunu təkrarlamaq istəyib; istəyib ki, əyalətdə qazandığı 
uğurların  şöhrət dalğasında Moskvaya yenidən gəlsin, 
Moskvanı öz şöhrətilə yenidən “fəth eləsin” və  sələfləri kimi 
ad çıxarsın. Elə bu məqsədlə Tuqanov Moskvada Korşun 
teatrından ayrılıb, Rusiyanın  əyalətlərinə yollanıb və bir daha 
Moskvaya... qayıda bilməyib. Düzdür, Tuqanov əyalətlərdə  
əyalət səviyyəsi üçün heç də pis işləməyib, amma rus teatr 
mədəniyyətinin sayılıb-seçilən sənətçisinə çevrilməyib, 
əyalətdə batıb qalıb... gürcülərə lazım olmayıb, gəlib... yox, 
dəvət alıb Azərbaycana... və Milli Teatrın baş rejissoru olub... 
Tuqanovun bu həyat dönəmlərini danışa-danışa və 
səmimicəsinə danışa-danışa, onun rejissor kimi uğurlarını qeyd 
edə-edə, Azərbaycan teatr mədəniyyəti qarşısındakı 
xidmətlərini sadalaya-sadalaya Mehdi Məmmədov bu insan 
haqqında hər  şeyi yazıb, hətta yazmadıqları fikirləri də 
sətirlərarası boşluqlara doldurub, “bizimkilər və Tuqanov” 
mövzusunun həm pozitivlərini, həm neqativlərini gündəmə 
gətirib. 
     1971-ci ildə Mehdi Məmmədovun çapdan buraxılmış digər 
bir kitabı “Rejissor sənəti” adlanan dərslikdir. Mən hələ 
indiyəcən treatrşünas, aktyor, rejissor tələbələrə bu qədər 
gərəkli, bu qədər vacib və  sənət aləmində bu qədər ehtiyac 
duyulan ikinci bir dərslik xatırlamıram. Bu əsərində Mehdi 
rejissor sənətinin  əlifbasını yazıb, təcrübədə  mənimsədiklərini 
aydın bir dildə vərəğə köçürüb, konservləşdirib. Düzdür, onun 
fikirlərinin mayasında və  səliqəsində Vladimir Saxnovskinin 
1939-cu ildə  nəşr elətdirdiyi “Rejissorluq və onun dərs 
metodikası” əsəri dayansa da, burada heç bir plagiatdan söhbət 
gedə bilməz. Çünki Mehdi Məmmədov gətirdiyi iqtibaslarda 
dəqiqdir. Bir də ki Azərbaycan teatr mədəniyyəti tarixində  nə 


______________Milli Kitabxana_______________ 
302 
Mehdiyə  qədər, nə  də Mehdidən sonra belə bir əsər 
yaranmayıb. Bu dərslik rejissor peşəsinə yiyələnməyin sirlərini 
azəri türkcəsində açıqlamaq baxımından əvəzsizdir, unikaldır. 
     1971-ci ilin üçüncü kitabını Mehdi adlandırıb “İncəsənət və 
din”... Onu şəxsən mən Mehdi Məmmədovun “Estetika 
haqqında söhbətlər”inin davamı, özü də  məntiqi davamı kimi 
qavradım. Bu əsər də öz məna tutumuna, təhkiyə üslubuna görə 
xalis dərslikdir, o vaxtın marksist-leninçi fəlsəfəsinin ayrılmaz 
bir hissəsi sayılan ateizm fənni üçün nəzərdə tutulub. Mehdinin 
dərsliklər tərtibləmək, öz rejissor, pedaqoq təcrübəsini, teatrın 
tarixini anlaşıqlı bir tərzdə  məqalələrində, geniş  həcmli 
əsərlərində fiksə eləmək və, ümumiyyətlə, yazı-pozuya sonsuz 
həvəs göstərmək onun maarifçiliyinin əlaməti, təzahürüdür. 
Mehdi təfəkkür parametrlərinə görə,  əqidəsinə görə, milli 
təəssübkeşliyinə görə təpədən dırnağadək maarifçi idi və bütün 
ömrü boyu özünü bir maarifçi kimi aparırdı. Qüsursuz nitq, 
qüsursuz geyim, qüsursuz ədalar,  şairanə poza, yüksək savad 
və bu xalqı ayıltmaq, ona həqiqəti danışmaq yanğısı, istəyi 
Mehdini XX əsrin  əvvəllərində yaşamış Azərbaycan 
ziyalılarına bənzədirdi. Hərçənd onun tam, əsl maarifçi 
olmasından ötrü bu adama mübarizlik əmsalı çatışmırdı. Bir də 
Mehdinin öz personasına qarşı olan diqqəti, qayğısı, sevgisi bu 
maarifçiliyin müxtəlif  əməli aspektlərdə gerçəkləşməsinə yol 
vermirdi. Mehdi öz Komandor səsiylə maarifçiliyini ağ 
səhifələrə “pıçıldayırdı”, ya da obrazlarda eyhamlaşdırıb, 
məxfiləşdirib latent formalarda səhnəyə  çıxarırdı. Onun 
maarifçiliyində heç bir siyasi-ideoloji etiraz yox idi və bu 
maarifçilik lokal bir sahə ilə məhdudlaşırdı. 
     20  (köhnə tarixlə 10-u) mart 1973-cü il Azərbaycanda 
avropatipli peşəkar teatrın 100 illiyi tamam olurdu. Bu məsələ 
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 
birinci katibi Heydər  Əliyevin  şəxsi nəzarətində idi və o, 
maarifçilik qanadlarında Azərbaycana gəlmiş bu qutlu tarixi 
böyük təntənə ilə, yüksək meyarlara uyğun bir dəbdəbə ilə 


______________Milli Kitabxana_______________ 
303 
qeyd etməyi planlaşdırırdı. Ona görə  də respublikada bu 
istiqamətdə  gərgin iş aparılırdı  və  nəticənin tam uğurlu 
olmasından ötrü Dövlət səviyyəsində keçiriləcək son yubiley 
tədbiri müəyyən qədər yubadılırdı. 
     25  mart  1973-cü  il.  Şəfiqə  Məmmədovanın ilk övladı, 
Mehdininsə üçüncü oğlu gəlir dünyaya... Ülvi! Vaxt ötəcək: bu 
cavan oğlan bir gün atasının adını özünə yazar təxəllüsü 
götürəcək və olacaq Ülvi Mehdi. Uşaqlıqda Ülvi dəhşətli 
dərəcədə böyük qardaşı Elçinə oxşayırdı; indisə  mən onu 
görəndə elə bilirəm qarşımda rəhmətlik Mehdi Məmmədovun 
özü dayanıb... boy, ədalar, səs, üz cizgiləri və gizlin, qəribə bir 
utancaqlıq... sanki Ülvi atasının başqa zamanda yaşayan 
dublikatıdır. 
     Bəlkə  də 1974-cü il Mehdi ömrünün ən çətin ilidir. Bu il 
haradasa, müəyyən istisnalarla, onun həyatında uğursuzluq 
zolağıdır, toplum içrə hörmətdən düşdüyü bir zaman kəsimidir. 
O, rəsmi  şəkildə yeni doğulmuş  oğlundan imtina edib, bu 
münasibətlə Milli Teatrda iclasa çağırılıb və özünü safa 
çıxarmaq üçün yalana əl atıb, “yalançı  xəstə” olub, həkimdən 
isə bu “xəstəliyə” bəraət qazandıran saxta arayış alıb, di gəl ki
dediyindən dönməyib. Həqiqətən, Mehdi bütün bunlara bir 
Komandor möhkəmliyilə dözüb, tab gətirib, meydandan 
qaçmayıb. Yəqin ki, bir 1936-cı il onun üçün belə  ağır 
keçmişdi, bir də 1974-cü il. Baxmayaraq ki, 1974-cü il mayın 
31-də  təzə istifadəyə verilmiş Lenin sarayında (indiki Heydər 
Əliyev sarayı) Azərbaycan peşəkar teatrının 100 illiyinə  həsr 
olunmuş təntənəli yubiley gecəsində teatrın bayrağını səhnəyə 
çıxarmaq etimadı Mehdi Məmmədova göstərilir. Bu, şərəfdir, 
seçilmişlərin seçilmişi olmaq deməkdir. Mehdi həmin axşam 
əskəri addımlarla, Komandor addımları ilə  səhnə önündə 
tribunanın qarşısından keçir və Azərbaycan KP MK-nın birinci 
katibi Heydər  Əliyev yaxınlaşıb Lenin ordenini teatrın 
bayrağına sancır və Mehdi Məmmədovla çox isti görüşüb 
səhnəyə çıxmış digər sənətşilərin də əlini sıxır. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə