Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə96/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   92   93   94   95   96   97   98   99   ...   114

______________Milli Kitabxana_______________ 
307 
nə yoxdur (“Gənc qvardiya” tamaşasından oxşar səhnəni 
xatırlayın - A.T.). Səhnənin dərinliyində bütün tamaşa boyu 
görünməkdə davam edən ovcu kitablı üç əl gah imdad rəmzinə, 
gah igidliyi bir estafet kimi daşıyan və irəli aparan dost əllərin 
birliyinə, gah da yumruqla kitabın, qələmlə qüvvətin birliyinin 
ifadəsinə çevrilə bilir”.
221
 Bu təsvirdən tamaşanın reallığı 
görünür.  Əsərin, obrazların təhlil müstəvisindən isə dövrün 
ideoloji demaqogiyası boylanır. Amma heç kəsin bu 
demaqogiyada məqalə müəllifini suçlandırmağa ixtiyarı 
yoxdur. “İnsan”ı müasir monumental üslubda düşünülmüş 
fəlsəfi-şairanə bir tamaşa kimi tanıtdıran Yaşarın məqaləsindən 
təqribən üç ay sonra Moskvanın “Pravda” qəzetinin müxbiri də 
“İnsan” barəsində pis rəy söyləmir, fikirlərini cəmi altı 
cümləyə  sığışıdırır, rejissor işini, tərtibatı, musiqini və bir də 
Şahbazın arvadı  Səhər rolunun ifaçısı Hökümə Qurbanovanı 
tərifləyir, tamaşanın həm teatra xas poetik-romantik ənənəni 
inkişaf etdirdiyini, həm də müasir rejissorluq vasitələrinin 
mürəkəb kompleksi üzərində qurulduğunu bəyan edir.
 222
    Nə 
qutlu bir məqam. 
     “İnsan”ın respublika mətbuatında böyük eyforiya dalğası ilə 
qarşılanması
223
 heç də tamaşanın tam həqiqətini əks etdirmir və 
ilk növbədə, siyasi-ideoloji motivlərlə, ikinci növbədə isə 
Səməd Vurğunun imicilə, bu şairə olan xalq sevgisilə izah 
olunur. Teatrşünas  İ.Rəhimli  əbəs yazmır ki, Mehdi 
Məmmədov “əsərin ümumi dramaturji naqisliklərini dəf edə 
bilmədi. Lev Tolstoyun “Canlı meyit”, Cavidin “Xəyyam” 
kimi monumental tamaşalarının fonunda “İnsan” sönük və 
cansız görünürdü”.
224
 Çünki burada çoxlu söz və inandırmaq 
gücünə malik olmayan primitiv mübahisələr vardı. Söz, pafoslu 
ifadə bolluğu, qəhrəmanların  əməl xəttinin zəifliyi
mübarizənin nitq vasitəsilə eyhamlaşdırılması bu pyesdə 
aktyorların aktiv səhnə 
fəaliyyətinə qoşulmasını  
mümkünsüzləşdirirdi. Ona görə  də aktyorlar çox zaman, içi 
Mehdi Məmmədovun özü, Həsən Turabov (Şahbaz), Vəfa 


______________Milli Kitabxana_______________ 
308 
Fətullayevə (Dildar), Hamlet Qurbanov (Albert), Şəfiqə 
Məmmədova (Nataşa) və başqaları qarışıq, sözü, cümləni 
oynamaq, qiraətçiyə çevrilmək, emosiyanı göstərmək 
məcburiyyətində qalırdılar. 
     Mehdinin  yaxınları bunu ona söyləyirdilər. Xüsusilə  də 
Şəfiqə  Məmmədova.  Şəfiqə xanım Mehdinin Şahbazını  qəti 
şəkildə  bəyənmirdi və onun özünə deyirdi ki, sən bu rolda 
gülünc görünürsən. Lakin Mehdi bu irada bir elə  də ciddi 
yanaşmırdı. Çünki qəzet səhifələrində  çıxış edən  şünas və 
şünas olmayanlar yer-yerdən Mehdinin Şahbazını 
tərifləyirdilər, onun ifasını  Həsən Turabovun ifası ilə 
tutuşdururdular, hərəsinə bir cür yüksək qiymət verirdilər. 
Lakin Moskva qastrolları zamanı aydınlaşdı ki, Şəfiqə xanım 
öz tənqidi fikirlərində haqlı imiş. “Pravda” qəzetinin rəsmi 
rəyindən savayı teatr kuluarlarında, müzakirələrdə  “İnsan” 
tənqid olundu, hərçənd tamaşanın tərtibatının ünvanına bir 
kəlmə də mənfi fikir söylənilmədi. Aktyorlara iradlar bildirildi, 
səhnədə faşistlərin marionet kuklalar kimi təqdim edilməsi 
tənqid olundu. Əlbəttə ki, özünün 100 illik yubileyi 
münasibətilə Moskvaya qastrola getmiş bir teatrın bundan artıq 
tənqid edilməsi adi etika qaydalarına görə yol verilməz idi. 
Amma bir faktı mütləq demək lazımdır ki, “Məkr və 
məhəbbət”in, “Sən yanmasan” tamaşasının tənqidi fonunda 
“İnsan”ın tənqidi çox rahat və ağrısız qavranılırdı.  
     Mənim fikrimcə, 1974-cü ilin iyulunda Moskva səfərinə 
çıxmış teatr qastrol repertuarını düzgün formalaşdırmamışdı və 
qastrol tamaşalarının siyahısını  tərtib edərkən siyasi motivləri 
ön plana çəkmişdi, və bir də kimlərinsə marağını güdmüşdü. 
Mən indi də anlaya bilmirəm ki, niyə qastrol repertuarına Nəbi 
Xəzrinin aşkar zəif “Sən yanmasan...”  pyesi əsasında 
hazırlanmış tamaşanı daxil etmişdilər?  Şair Nəbi Xəzrinin 
ictimai mövqeyinə, vəzifəsinə, səlahiyyətlərinə görəmi? Niyə 
rejissor  Ə.Şərifovun “Zamanın hökmü” tamaşası Moskvaya 
aparılmışdı, Mehdi Məmmədovun “Canlı meyit”i isə  kənarda 


______________Milli Kitabxana_______________ 
309 
qalmışdı? Məgər Poqodin ruslara və inqilaba Tolstoydan daha 
yaxın idi? Məgər Leninin özü Tolstoyu rus inqilabının güzgüsü 
adlandırmamışdı? Niyə Mehdinin “İnsan”ını rəva bilib ruslara 
göstərmişdilər, “Xəyyam”ını isə evdə saxlamışdılar? Niyə 
Ə.Şərifovun köhnə teatr estetikasında,  Ə.İskəndərov üslubuna 
yaxın bir manerada quruluş verdiyi “Məkr və  məhəbbət” 
tamaşasını Tofiq Kazımovun “Aydın”ından üstün hesab 
eləmişdilər? Bu suallardan birinə  də cavabım yoxdur. Ancaq 
onu bilirəm ki, teatrın qastrol səfərinin repertuar siyahısını 
müəyyənləşdirən  şəxs yaltaq, qorxaq, intriqaçı, dar düşüncəli 
bir adam olub; fikirləşməyib ki, söhbət təkcə teatrdan, ayrı-ayrı 
şəxsiyyətlərdən yox, Azərbaycanın imicindən gedir. 
     Qəribə bir mənzərə yaranır: Azərbaycanın teatr aləmində 
hamı, hətta qəzetlərə palaz boyda tərifli məqalə yazmış 
Y.Qarayev də, M.Allahverdiyev də, N.Babayev də, gözəl 
bilirdi ki, “İnsan” Mehdinin “Canlı meyit”i, “Xəyyam”ı ilə 
müqayisədə  aşkar uğursuzluqdur. Onda niyə  bəs “İnsan”ı 
Moskvada oynanılmaq üçün məqbul saymışdılar? II Cahan 
Savaşının olayları ilə ilişikli olduğuna görəmi? Bəlkə kimsə 
Mehdinin imicinə  zərbə vurmağa, onun renomesini aşağı 
salmağa çalışırdı? Mehdi isə, təbii ki, özünə də, tamaşasına da 
arxayın idi və yaxınlarını dinləmirdi. Ol səbəbdən də tamaşanın 
qastrol repertuarı siyahısına salınmasına etiraz eləməmişdi. 
     Teatr  Moskvadan  qayıdır və başlanır  dedi-qodular... 
“Pravda” qəzetinin rəsmi məqaləsində “İnsan” tamaşası barədə 
ümumən müsbət rəy söylənilməsinə baxmayaraq hamı 
kuluarlarda Mehdinin uğursuzluğundan, tamaşanın Moskva 
sənətçiləri, Moskva tənqidçiləri tərəfindən qəbul 
edilmədiyindən danışır. Getdikcə bu söhbət şişir, şişir, böyüyür 
və Mehdiyə acı  məqamlar yaşadır. Bu azmış kimi o biri 
tərəfdən də Mehdinin pedaqoji fəaliyyətilə bağlı  əngəllər 
ortalığa çıxır. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət 
İnstitutunda (institutun 1974-cü ilə görə  rəsmi adı) sanki 
Mehdini ram edib “cilovlamaq”, özlərindən asılı  vəziyyətə 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə