Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə92/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   88   89   90   91   92   93   94   95   ...   114

______________Milli Kitabxana_______________ 
295 
qəbristanlığa, gah da Xəyyamın evinə çevirirdi. Səhnə 
fəzasında  ştangetlərdən bir-birinə paralel iri sırğa formasında 
iki bəzək asılmışdı. Haradasa çadır dirəklərini xatırladan  
konstruksiyalarla (piştaxta tipli qurmalar) çərçivələnmiş səhnə 
bazar meydanının ovqatını yaradırdı. Tərtibatla geyimlər  
harmonik şəkildə bir-birini tamamlayırdı. Elçin kostyumları əla 
işləmişdi: “Nəsimi” bədii filmini bir anlığa fikrinizə  gətirin: 
həməncə “Xəyyam” tamaşasındakı geyimlər təsəvvürünüzdə 
canlanacaq. Bu aspektdə “Xəyyam” tamaşası “Nəsimi” 
kinofilminin invariantı kimi qavranılır. Onun da, bunun da 
geyim rəssamı Elçin olub. Qəribədir, mən “Xəyyam” 
tamaşasının  şəkillərinə baxıram və görürəm ki, rəssamın 
geyimləri çox konkretdir: çaxçur, əba, əmmamə, baş örtükləri... 
Və mən həm də görürəm ki, bu geyimlər xırda-para detalların 
köməyi ilə mücərrədləşir, simvollaşır, obraza çevrilir və sanki 
nəbati naxışları kimi tükənmir, məkana yayılır, məkanla 
təmasda bulunur... Premyeradan sonra isti-isti yazılmış 1970-ci 
ilin resenziyasına dönək: “Pərdəsiz və  bər-bəzəkli səhnə 
bayram əhval-ruhiyyyəsini təlqin edir. Tərtibatda xarakterlərin 
və psixologiyaların obrazlı  həllinə  rəssam  ən çox geyim və 
paltarlarda nail olmuşdur. Bu paltarlar son dərəcə əlvan, mənalı 
və istifadə üçün əlverişlidir... Qara fraklı insan kütlələrinin 
göründükləri səhnələr ümumiləşmiş obraz, simvol səviyyəsinə 
qalxa bilir. Tamaşanın sonunda aktyorlar iş paltarında səhnə 
qarşısına çıxır ki, rəssam bunu aktyor zəhmətinə hörmətin və 
bunu tamaşaçı salonuna təqdim etməyin yeni bir vasitəsi kimi 
düşünmüşdür”.
218
 Bu priyomla Mehdi və Elçin bildirmək 
istəyirdilər ki, dövrün çağdaş teatr estetikası müasir 
Azərbaycan teatr təfəkkürünə də yad deyil və biz bu tamaşada 
adi sənətçilər olub Xəyyam həyatının bir fraqmentini 
oynayırıq. 
     Mehdi Məmmədov hər qatında bir məna çözülən çoxplanlı 
bir tamaşa qurmuşdu. Burada C.Cahangirovun musiqisi elə bil 
ki geyimlərin, səhnədən asılmış  əlvan, nazik, şuxrəngli 


______________Milli Kitabxana_______________ 
296 
parçaların (səliqə ilə büzmələnmiş bayraqların) arasından öz-
özünə peyda olurdu, Xəyyamın ruhunun, dövrün ruhunun 
melodiyalarını çalırdı,  şairin arzularını, zamana etirazını, 
qüssəsini dilləndirirdi. Söz və musiqi... Şərq teatrının cövhəri, 
mayası burda.  
     Xor  qədim yunan tetarı ilə  Şərq teatrı arasında üzvi bir 
bağlantı... Mehdi də öz tamaşasında xordan o ki var 
bəhrələnmişdi. Və  bəstəkar Cahangir Cahangirov əla xor 
partiyaları yazmışdı. “Xəyyam” tamaşasında qızların xoru 
vardı, müridlərin, dindarların, bazar əhlinin xoru vardı  və bu 
xor fraqmentləri epizodları, kompozisiyaları tamamlayırdı, 
tamaşanı bütövləşdirirdi. Xor vasitəsilə Mehdi sanki mizanları 
ornamentləşdirirdi, müəyyən bir fikrin, ideyanın, duyğunun 
refrenini yaradırdı. “Xəyyam” tamaşasını monumentallaşdırıb 
tragik vüsətə çatdıran, onu yunan faciəsinə bənzədən məhz xor 
idi. Burada xorun fəaliyyəti emosional dalğaları gücləndirən 
energetik səhnə epizodları kimi qiymətləndirilməlidir. 
     Uğurlu xor və  uğurlu fərdi ifalar tamaşası idi “Xəyyam”... 
Muxtar  Əfşarovun epikurçu Xərabatisi bu aktyorun səhnə 
yaradıcılığının zirvəsi kimi “oxunur” mən tərəfindən... 
A.Gəraybəyli (Alp Arslan), M.Şeyxzamanov (Müfti), 
A.Cavadov (birinci məzarçı), B.Əskərov (Məlikşah), 
H.Qafqazlı (çadırçı) və digər aktyorlar da rejissorun tamaşa 
üçün müəyyənləşdirdiyi estetik qanunlar çərçivəsində  əla 
baxılırdılar, ayrı-ayrı 
mənaların vizual konkretliyini 
göstərirdilər. Belə ki, M.Şeyxzamanovun Müftisi şəriət 
islamının, A.Cavadov xalq müdrikliyinin, A.Gəraybəyli 
hakimiyyət qurnazlığının məkani obrazını yaradırdılar. Və  bu       
ifa tərzi tamaşanın quruluşuna xas simvolizmlə tam uyuşurdu. 
Bu tamaşa Xəyyam ətrafında birləşdirilmiş qurama epizodların 
tamaşası idi, Xəyyam həyatının, onun xəyallarının və 
fikirlərinin diskret kadrlarından montaj edilmiş bir tamaşa idi, 
iştirakçılardan bol bir tamaşa idi. Ona görə  də çoxlu epizodik 
rollar vardı ki, cəmi bir dəfə görünürdülər səhnədə, cəmi bir 


______________Milli Kitabxana_______________ 
297 
dəfə  ağız açıb danışırdılar. Təbii ki, bu, realistik oyun tərzi 
üçün qədərincə  məqbul deyildi və aktyorları romantik ifa 
üsulundan, poeziya teatrının prinsiplərindən bəhrələnməyə 
doğru  istiqamətləndirirdi. Belə olduqda söz və ehtiras ön plana 
keçirdi.  
     Mehdi emosional təlqin gücünə malik bir tamaşa qurmuşdu 
və  Xəyyam - Sevda sevgisini bir nağıl kimi, bir xəyal kimi, 
qəmli bir macəra kimi ən ali bir məqama yüksəltmişdi. Lakin 
bu sevgi onun həyatında bir şimşəyin parladığı qədər parlar və 
sönər: “Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?” 
Hüseyn Cavidin Xəyyam üçün müəyyənləşdirdiyi sevginin 
ömrü: bir göz qırpımı, ani bir baxış... Aktrisa Şəfiqə 
Məmmədovanın Sevdası bu tamaşada pənbə buludlar kimiydi, 
miniatür rəsmlərində görünən ağ buludlar kimiydi və bu bulud 
topasının içindən bir cüt qara, məlahətli, sevgi dolu xumar göz 
baxırdı dünyaya... və Mehdinin Xəyyamına...  Şəfiqə  səhnədə 
davranmırdı, səhnə  fəzasından pənbə bulud kimi axırdı  və 
qürub edirdi... Saray oyunları, hakimiyyət iddiaları “altunlu 
qəfəslər”in dustaq yavrusu Sevdanı məzara gömdürürdü...  
               “Hey fələk, keçdi zaman dalğa kibi,  
                 Öylə bir dalğa ki qorxunc, əsəbi. 
                 Bir əsər qalmadı şən gənclikdən,  
                 Kimsələr yox, nə gələn var, nə gedən...” 
    Sevda  yoxmuş... Xərabati məhv edilmiş... Xacə Nizam 
öldürülmüş... Kimlə danışsın, kimlə  dərdləşsin Xəyyam? 
Ünsiyyət qurtaranda yaşamağın mənası da itir.  
     Olum, ya ölüm? 
     Gözünə görünən teyflər, ilğımlardır Xəyyamın dostları... 
Sevdadır, ruhu o dünyadan uçub da gəlmiş, qoca şairin qəlbinə, 
sinirlərinə qonmuş... Bu, bir köç xəbəridir, Xəyyamı göylərə 
dəvət edər... Zavallı tablamaz buna... Ətrafda qızlar  şərqi 
deyərkən, xanəndə oxurkən Xəyyam qəlbini tutar, taxt üstünə 
uzanar və bir “ah” çəkərək ansızın ölər...  Bir gün Mehdi 
Məmmədov da eynən Xəyyam  kimi ürək ağrısından 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə