______________Milli Kitabxana_______________
295
qəbristanlığa, gah da Xəyyamın evinə çevirirdi. Səhnə
fəzasında ştangetlərdən bir-birinə paralel iri sırğa formasında
iki bəzək asılmışdı. Haradasa çadır dirəklərini xatırladan
konstruksiyalarla (piştaxta tipli qurmalar) çərçivələnmiş səhnə
bazar meydanının ovqatını yaradırdı. Tərtibatla geyimlər
harmonik şəkildə bir-birini tamamlayırdı. Elçin kostyumları əla
işləmişdi: “Nəsimi” bədii filmini bir anlığa fikrinizə gətirin:
həməncə “Xəyyam” tamaşasındakı geyimlər təsəvvürünüzdə
canlanacaq. Bu aspektdə “Xəyyam” tamaşası “Nəsimi”
kinofilminin invariantı kimi qavranılır. Onun da, bunun da
geyim rəssamı Elçin olub. Qəribədir, mən “Xəyyam”
tamaşasının şəkillərinə baxıram və görürəm ki, rəssamın
geyimləri çox konkretdir: çaxçur, əba, əmmamə, baş örtükləri...
Və mən həm də görürəm ki, bu geyimlər xırda-para detalların
köməyi ilə mücərrədləşir, simvollaşır, obraza çevrilir və sanki
nəbati naxışları kimi tükənmir, məkana yayılır, məkanla
təmasda bulunur... Premyeradan sonra isti-isti yazılmış 1970-ci
ilin resenziyasına dönək: “Pərdəsiz və bər-bəzəkli səhnə
bayram əhval-ruhiyyyəsini təlqin edir. Tərtibatda xarakterlərin
və psixologiyaların obrazlı həllinə rəssam ən çox geyim və
paltarlarda nail olmuşdur. Bu paltarlar son dərəcə əlvan, mənalı
və istifadə üçün əlverişlidir... Qara fraklı insan kütlələrinin
göründükləri səhnələr ümumiləşmiş obraz, simvol səviyyəsinə
qalxa bilir. Tamaşanın sonunda aktyorlar iş paltarında səhnə
qarşısına çıxır ki, rəssam bunu aktyor zəhmətinə hörmətin və
bunu tamaşaçı salonuna təqdim etməyin yeni bir vasitəsi kimi
düşünmüşdür”.
218
Bu priyomla Mehdi və Elçin bildirmək
istəyirdilər ki, dövrün çağdaş teatr estetikası müasir
Azərbaycan teatr təfəkkürünə də yad deyil və biz bu tamaşada
adi sənətçilər olub Xəyyam həyatının bir fraqmentini
oynayırıq.
Mehdi Məmmədov hər qatında bir məna çözülən çoxplanlı
bir tamaşa qurmuşdu. Burada C.Cahangirovun musiqisi elə bil
ki geyimlərin, səhnədən asılmış əlvan, nazik, şuxrəngli
______________Milli Kitabxana_______________
296
parçaların (səliqə ilə büzmələnmiş bayraqların) arasından öz-
özünə peyda olurdu, Xəyyamın ruhunun, dövrün ruhunun
melodiyalarını çalırdı, şairin arzularını, zamana etirazını,
qüssəsini dilləndirirdi. Söz və musiqi... Şərq teatrının cövhəri,
mayası burda.
Xor qədim yunan tetarı ilə Şərq teatrı arasında üzvi bir
bağlantı... Mehdi də öz tamaşasında xordan o ki var
bəhrələnmişdi. Və bəstəkar Cahangir Cahangirov əla xor
partiyaları yazmışdı. “Xəyyam” tamaşasında qızların xoru
vardı, müridlərin, dindarların, bazar əhlinin xoru vardı və bu
xor fraqmentləri epizodları, kompozisiyaları tamamlayırdı,
tamaşanı bütövləşdirirdi. Xor vasitəsilə Mehdi sanki mizanları
ornamentləşdirirdi, müəyyən bir fikrin, ideyanın, duyğunun
refrenini yaradırdı. “Xəyyam” tamaşasını monumentallaşdırıb
tragik vüsətə çatdıran, onu yunan faciəsinə bənzədən məhz xor
idi. Burada xorun fəaliyyəti emosional dalğaları gücləndirən
energetik səhnə epizodları kimi qiymətləndirilməlidir.
Uğurlu xor və uğurlu fərdi ifalar tamaşası idi “Xəyyam”...
Muxtar Əfşarovun epikurçu Xərabatisi bu aktyorun səhnə
yaradıcılığının zirvəsi kimi “oxunur” mən tərəfindən...
A.Gəraybəyli (Alp Arslan), M.Şeyxzamanov (Müfti),
A.Cavadov (birinci məzarçı), B.Əskərov (Məlikşah),
H.Qafqazlı (çadırçı) və digər aktyorlar da rejissorun tamaşa
üçün müəyyənləşdirdiyi estetik qanunlar çərçivəsində əla
baxılırdılar, ayrı-ayrı
mənaların vizual konkretliyini
göstərirdilər. Belə ki, M.Şeyxzamanovun Müftisi şəriət
islamının, A.Cavadov xalq müdrikliyinin, A.Gəraybəyli
hakimiyyət qurnazlığının məkani obrazını yaradırdılar. Və bu
ifa tərzi tamaşanın quruluşuna xas simvolizmlə tam uyuşurdu.
Bu tamaşa Xəyyam ətrafında birləşdirilmiş qurama epizodların
tamaşası idi, Xəyyam həyatının, onun xəyallarının və
fikirlərinin diskret kadrlarından montaj edilmiş bir tamaşa idi,
iştirakçılardan bol bir tamaşa idi. Ona görə də çoxlu epizodik
rollar vardı ki, cəmi bir dəfə görünürdülər səhnədə, cəmi bir
______________Milli Kitabxana_______________
297
dəfə ağız açıb danışırdılar. Təbii ki, bu, realistik oyun tərzi
üçün qədərincə məqbul deyildi və aktyorları romantik ifa
üsulundan, poeziya teatrının prinsiplərindən bəhrələnməyə
doğru istiqamətləndirirdi. Belə olduqda söz və ehtiras ön plana
keçirdi.
Mehdi emosional təlqin gücünə malik bir tamaşa qurmuşdu
və Xəyyam - Sevda sevgisini bir nağıl kimi, bir xəyal kimi,
qəmli bir macəra kimi ən ali bir məqama yüksəltmişdi. Lakin
bu sevgi onun həyatında bir şimşəyin parladığı qədər parlar və
sönər: “Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?”
Hüseyn Cavidin Xəyyam üçün müəyyənləşdirdiyi sevginin
ömrü: bir göz qırpımı, ani bir baxış... Aktrisa Şəfiqə
Məmmədovanın Sevdası bu tamaşada pənbə buludlar kimiydi,
miniatür rəsmlərində görünən ağ buludlar kimiydi və bu bulud
topasının içindən bir cüt qara, məlahətli, sevgi dolu xumar göz
baxırdı dünyaya... və Mehdinin Xəyyamına... Şəfiqə səhnədə
davranmırdı, səhnə fəzasından pənbə bulud kimi axırdı və
qürub edirdi... Saray oyunları, hakimiyyət iddiaları “altunlu
qəfəslər”in dustaq yavrusu Sevdanı məzara gömdürürdü...
“Hey fələk, keçdi zaman dalğa kibi,
Öylə bir dalğa ki qorxunc, əsəbi.
Bir əsər qalmadı şən gənclikdən,
Kimsələr yox, nə gələn var, nə gedən...”
Sevda yoxmuş... Xərabati məhv edilmiş... Xacə Nizam
öldürülmüş... Kimlə danışsın, kimlə dərdləşsin Xəyyam?
Ünsiyyət qurtaranda yaşamağın mənası da itir.
Olum, ya ölüm?
Gözünə görünən teyflər, ilğımlardır Xəyyamın dostları...
Sevdadır, ruhu o dünyadan uçub da gəlmiş, qoca şairin qəlbinə,
sinirlərinə qonmuş... Bu, bir köç xəbəridir, Xəyyamı göylərə
dəvət edər... Zavallı tablamaz buna... Ətrafda qızlar şərqi
deyərkən, xanəndə oxurkən Xəyyam qəlbini tutar, taxt üstünə
uzanar və bir “ah” çəkərək ansızın ölər... Bir gün Mehdi
Məmmədov da eynən Xəyyam kimi ürək ağrısından
Dostları ilə paylaş: |