______________Milli Kitabxana_______________
298
öləcək: yalnız bir “ah” çıxacaq dilindən... və bunu yalnız
özgələr eşidəcək... Sənətlə həyat sərhədinin qarışdığı
nöqtə...
Mehdi Məmmədov təqribən 6 aya hazırladı “Xəyyam”
tamaşasını: 6 pərdəlik dramı üç hissəyə yığdı və mətni
misteriya, şəbih tamaşası variantı kimi görükdürdü səhnədə. O,
Cavid mətnini dəyişmədi, ancaq çətin anlaşılan ərəb-fars
sözlərinin bəzilərini türk kəlmələrilə əvəzlədi, Caviddən
Cavidə azacıq şeir əlavələri etdi. Mehdi ədəbi-bədii mətnə
həmişə böyük ehtiramla yanaşan rejissorlardan olub: sanıb ki,
Yazı canlıdır, bütövdür, pakdır və ülvidir. Odur ki, Mehdi
müasir dramaturqlarla ədəbi mətn urvatlı bir səviyyəyə çatana
qədər işləyirdi; klassik pyeslərin mətnlərinə isə toxunmurdu.
Bununla yanaşı o, özünə icazə verirdi ki, hərdən zəmanənin
teatr dəbinə uyğun ixtisarlar aparsın. Amma Mehdi heç vaxt
heç kimin yerinə heç nə yazmırdı; özündən əlavələr yazmırdı.
Ona əlavələr lazım olanda isə elə həmən dramaturqun
yaradıcılığına müraciət edirdi. Mehdi Məmmədov təkcə
hansısa bir dramaturqun hər hansı bir pyesini tamaşaya
hazırlamırdı. O, çalışırdı ki, dramaturqun pyesində
canlandırdığı dövrü gətirsin səhnəyə. Ol səbəbdən Mehdi
müəyyən bir klassik əsərə quruluş verəndə əvvəlcə kiçik bir
tədqiqat işi aparırdı: öncə əsri, qərinəni öyrənirdi, sonra
dramaturqu. Və yalnız bundan sonra pyesi təhlil etməyi
mümkün sayırdı. “Xəyyam”la da belə olmuşdu: o, Xəyyamın
rübailərindən Xəyyamın fəlsəfəsinə, Xəyyamın fəlsəfəsindən
Xəyyamın dövrünə bir pəncərə açmışdı.
Mehdi Məmmədov Azərbaycan səhnəsində “Xəyyam”
dramını fenomenal bir şəkildə sərgiləməklə Azərbaycan
poeziya teatrının ideal modelini, Şərq teatrının mümkün
variantını yaratdı. O, pyesin emosional, diri kompozisiyalarını
vahid bir üslub nizamında cilalayıb bütöv və son dərəcə
suggestiv bir tamaşa qurdu səhnədə. Və elə buna görə də
ədəbiyyatşünas Məmməd Arifə elə gəlirdi ki, çox yumşaq,
______________Milli Kitabxana_______________
299
plastik, şairanə, əlvan, romantik pritça, nağıl təəssüratı oyadan
bu tamaşa “qranitdən yonulub”, yəni üslubca birətədir, tamdır.
“Xəyyam” tamaşasında məhz zövq, miniatür qəşəngliyində,
əruz ahəngində gözlənilən üslub və aktyorların ifasındakı
həqiqi emosiya bu səhnə əsərini pafos və patetika “bataqlığına”
yuvarlanmağa qoymurdu, ritorikanı “söndürürdü”.
Bilməm nə üçün mən bu tamaşaya baxmaya-baxmaya ona
vuruldum, onu sevdim, hətta “Dəli yığıncağı”ndan da artıq
sevdim. Əgər yaşım imkan versəydi... və mən o zaman
“Xəyyam”ı səhnədə görsəydim... və əlimdə səlahiyyətim
olsaydı... mən Dövlət mükafatına “İblis”i yox, “Xəyyam”ı
təqdim edərdim... Yəni “fələyin yazdığını mən poza bilsəydim
həmən”...
Olum, ya ölüm?
Ölüm nəmənə, əlbəttə ki, olmaq...
“Xəyyam”dan sonra Şəfiqə və Mehdi sevgisi ağızlarda
gəzən bir dastan... Amma arada evlilik yox... Mehdi subaydır,
yaraşıqlıdır və qızlar, qadınlar ona heyran-heyran baxırlar,
onunla bir kəlmə kəsməkdən ötrü belə saatlarla Mehdinin
küçəyə çıxmasını gözləyirlər...
Bu zaman Mehdi (1971-76-cı illər üçün) Azərbaycan Teatr
Cəmiyyətinin (indiki Teatr Xadimləri İttifaqının) sədri
vəzifəsinə seçilir. Artıq oğlu Elçin rəssamdır, öz maraqlı həyatı
və maraqlı sənət ideyaları ilə yaşayır. Onlar yenə əvvəlki kimi
vaxtaşırı görüşürlər, söhbətləşirlər, zarafatlaşırlar və ayrılırlar.
Bu məqamda Mehdinin sıx əlaqə saxladığı insan qardaşı
Teymurdur, Teymurun ailəsidir. Ömrünün bu mərhələsində
Mehdinin məişəti, demək olar ki, bu ailə tərəfindən
tənzimlənir. Elə gün olmur ki (Azərbaycan Teatr Cəmiyyətində
çalışarkən Mehdinin katibəsi Məlahət xanımın
söylədiklərindən), Mehdi qardaşına zəng vurmasın. Teymurun
oğlu teatrşünas Əsəd də hər gün əmisinin yanındadır, onun
qulluğundadır. Amma Əsəd üçün Mehdi əmi yox, həmişəlik
müəllimdir və o, bu gözəgörünməz sərhədi aşa bilmir... və heç
______________Milli Kitabxana_______________
300
buna cəhd də göstərmir. Hamı bir nəfər üçün, bir nəfərsə...
sənət üçün... Azərbaycan üçün...
1971-ci ildə onu mayın 24-dən iyunun 10-na qədər Tiflis və
Londona ezamiyyətə göndərirlər. Mehdi səfərdən dönən kimi
aktrisa Firəngiz Şərifovanı, yəni Abbas Mirzə Şərişzadənin
qızını, yanına çağırır və Firəngizə deyir ki, Şekspir Muzeyində
onun atasının Hamlet rolunda şəklini görüb; odur ki, Firəngizi
də Londona göndərmək istəyir. Az bir müddətdən sonra
Firəngiz Şərifova da İngiltərəyə yola düşür. Bununla da Mehdi
ilk dəfə sədr səlahiyyətlərindən yararlanıb Firəngiz xanım üçün
qürrələnmək, fəxr duymaq imkanı yaradır və sanki teatr
mədəniyyətinin Abbas Mirzə qarşısında mənəvi borcunu,
qismən də olsa, qaytarmağa çalışır. Nəzərə alsaq ki, Sovetlər
Birliyində kapitalist ölkələrinə getmək nə dərəcədə çətin bir iş
idi, Mehdi Məmmədovun atdığı addımın dəyəri daha böyük
masştablarda aşkarlanacaq.
Həmin bu 1971-ci ildə Mehdi baba olur: Elçinin ilk övladı
Kərim dünyaya gəlir. Onun bu hadisəyə reaksiyası çox
pozitivdir: o, sevinir və eyni zamanda bığaltı qımışıb
gülümsünür. Nə tez keçdi vaxt? Axı mən də hələ qoca deyiləm.
1971-ci ildə Mehdi Məmmədov üç kitab nəşr elətdirir:
birincisi 48 səhifədən ibarət monoqrafiyadır, Aleksandr
Aleksandroviç Tuqanovun həyat və yardıcılığına həsr olunub;
rus dilindədir. Mən artıq bir şünas kimi elə hesab edirəm ki, bu,
Mehdinin ən yaxşı əsərlərindən biridir. Burada quru, dəqiq
araşdırma və obyektiv qiymətləndirmə hər şeydən üstündür və
Mehdi öz tədqiqat predmetinə şəxsi münasibətini heç bir
vəchlə önə çəkmir, yalnız faktları panoramlaşdırır. Görünür ki,
bu monoqrafiya üzərində çalışarkən o, Moskva
kitabxanalarından da mühüm tarixi məlumatlar toplayıb və
Tuqanovun kimliyinə, onun həyat amalına Azərbaycan
mədəniyyəti müstəvisində bir aydınlıq gətirib. Mehdi
Məmmədovun bu monoqrafiyada açıqladığı faktlar yenidir;
əsərin də konkret konsepsiyası var ki, buradan da Mehdinin
Dostları ilə paylaş: |